Metrodakı qızın açıq ayaqları - MÜNASİBƏT

Metrodakı qızın açıq ayaqları - <span style="color:red;">MÜNASİBƏT
28 sentyabr 2015
# 09:35

Sosial şəbəkələrdə metroda itini böyründə otuzduran bir qızın fotosu yayılıb. Qızın başı üstündə ayaq üstündə ortayaşlı kişi dayanıb. Şəkili çəkən kimdisə, kişi birbaşa o adama baxır, ola bilsin fotosunun çəkildiyindən xəbərdardı. Sözüm onda yox.

Hamı qızı qınayır ki, özündən böyüyə yer verməyib. Əvvəla, inanmıram ki, o kişi qızın yanında oturmaq istəsəydi, qız icazə verməyəcəkdi.

Üstəlik, mən özüm avtobusda, metroda özümdən kiçiklərə yer verirəm. Məktəbdən qayıdan, çantaları ağır olan uşaqlara yer vermək qoca adama yer verməkdən daha savabdı.

Və həm də o şəkildəki kişi vallah, məndən daha sağlam görünür. Onun yerində mən olsam, qocalığı belə tez boynuma almaram. Arıma gələr.

Qızın bir hərəkəti qalıb kənarda. Hamı qızın geyimindən yazır. Qızın geyimində də qeyri-adi bir şey yoxdu. Şortikdədi sadəcə.

Uşaqlığım əyalətdə keçmişdi. 90-cı illərin əvvəlində əyalətlərdə dirsəyə qədər açıq qollu geyinirdi qadınlar. Paltarın qolu dirsəkdən ki, qalxdı eyib sayılırdı. Şəhərdən gələn qadınlar da açıq çiyinlərinin üstündən yaylıq, ya başqa bir köynək atmağa məcbur qalırdılar. Çünki şəhərdə normal qəbul olunan geyim forması rayonda qəbul olunmurdu. Kənardan hamı gözünü bərəldib baxırdı. Şəhərli xanımlar narahat olurdular.

Bacıları Bakıda ərdə olan kişilərin başına arvadları baldızlarının açıq çiyinlərini qaxırdı. “Bacın çiynin, boynun-boğazın bayırda qoyub” - deyə kinayə edirdilər. Əslində, paxıllıqlarından. Özlərinə o cür geyinməyə imkan vermirdilər axı.

Sonra bu adət şəhərdən rayonlara, kəndə yayıldı. Qolu dirsəkdən yuxarı köynəklər geyinməyə, bazarda, dükanda satmağa başladılar. Şəhərdən gələn qadınların qolları heç kimi narahat eləmədi.

İndi də şortiklə eyni problem yaşanmaqdadı. Dizinə qədər açıq şalvar, ətək geyinsən, normaldı. Kimsə söz deməyəcək. Çünki adamların gözləri alışıb. Onlar üçün dizi görünən qadın əxlaqsız deyil. Dizi görünən qadının beyninin içində seksual çağırış zad yoxdu. Bunu dəqiq bildikləri üçün kişilər heç bir reaksiya vermirlər.

Elə ki, qısa şortik geyinən balaca qız uşaqları gördülər. 90-cı illərin əvvəlindəki əyalətə dönür Bakı nəzərimdə.

Qızımın 11 yaşı var. O, şortikdə böyüyür. Əlbəttə, o, 70 yaşı olanda da şortik geyinəcək. Oğlum da həmçinin. 70 yaşlı kişi olanda da şortik geyinəcək. Və digər uşaqlar da. Çünki gözlərini açıb şortikdə görüblər bir-birini. Onlar bir-birini ayıblamayacaqlar. Gənc nəsil şortik geyinməkdə qüsur, qəbahət görməyəcək. Açıq qadın ayaqları yeni nəsil kişiləri narahat etməyəcək. Nə gözəl! Qadın ayaqları cinsi obyekt olmaqdan çıxacaq.

Zatən qadını cinsi obyekt, yeriyən seks maşını olmaqdan xilas etmək lazımdı. Görürsünüz ki, artıq qadın biləyi, qadın qolları, qadın ayaqları, dizləri cinsəl hissləri qıcıqlandıran, hərəkətə gətirən nəsnə olmaqdan çıxmışdır. Modern geyimlər nəticəsində.

İzin verin qadınların ayaqları da cinsəl hissləri hərəkətə gətirən mexanizm olmaqdan qurtulsun!

Şortik geyinməyin əleyhinə olanlar şüuraltı arzulayır ki, qadın ayaqları sirli, sehrli qalsın. Öz ecazkar cinsi ehtirasları oyadan ampluasında qalsın.

Qadın ayaqlarına sadəcə ayaq olmağı üçün imkan tanıyın!

Qadın ayağı yerimək üçündü. Qadını daşımaq üçündü. Qadın əlləri işləmək, yaratmaq, uşaq bələmək üçündü. Qadın döşləri körpəyə süd vermək üçündü.

Şeytanla, nəfsinizlə mübarizə aparmaq istəyirsinizsə, onunla beyninizin içində müharibəyə girin.

Onu kənarda axtarmayın!

# 7152 dəfə oxunub

Oxşar xəbərlər

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

17:00 24 iyul 2026
Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

15:46 24 iyul 2026
“Space TV”nin bank hesablarına həbs qoyuldu

“Space TV”nin bank hesablarına həbs qoyuldu

14:46 24 iyul 2026
Fatih Altaylı və Hazal  Kaya ifadəyə çağırıldı

Fatih Altaylı və Hazal Kaya ifadəyə çağırıldı

14:30 24 iyul 2026
“Kamal Abdulla və postmodernizm”  kitabı ingilis dilində çap olundu

“Kamal Abdulla və postmodernizm” kitabı ingilis dilində çap olundu

14:00 24 iyul 2026
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu

13:30 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər