writer1

Sevda Sultanova

Məqalə sayı

815
clock16:40 calendar-gray 22 Sentyabr 2015 view-gray140 dəfə oxunub
view-gray140 dəfə oxunub

10 yaşlı qızın hicab problemi

Təxminən on il əvvəl UNESKO Təhsil Nazirliyi ilə birlikdə fiziki və əqli məhdudiyyəti olan uşaqlarla bağlı layihə həyata keçirirdi. Layihənin əsas məqsədi məhdudiyyəti olan uşaqların sağlam uşaqlarla bərabər təhsilə cəlb olunması idi.

Yadıma gəlir ki, Sumqayıtda gənc kişi fiziki məhdudiyyəti olan oğlunun bu layihədə iştirakını rədd elədi. Onun arqumenti bizim üçün sarsıdıcı oldu: “Mən kafirlərin (yəni xristianların) ayırdığı pulla uşağımın təhsil almasını haram hesab edirəm”.

Onu fikrindən daşındıra bilmədik. Əlbəttə ki, onu tərki-silah eləmək üçün artıq klişeyə çevrilmiş aqressiv arqumentlər də səsləndirmək olardı: məsələn, istifadə elədiyiniz mobil telefon, televizor, nəqliyyat vasitələri də “kafirlərin” beyin məhsulunun nəticəsidir axı.

Amma bu tip insanlar heç cürə əks fikri dinləmək istəməyəcək qədər tərsdirlər.

Son bir neçə gündə mediada Sumqayıtda 10 yaşlı qızının məktəbə hicabla buraxılmaması ilə bağlı xəbərlər yayılıb. Valideyn qızının hicabda getməsində israrlıdır. Məktəb direktoru da mövqeyindən dönmür: “Məktəb geyimi normativinə hicab daxil deyil”.

Hər iki vəziyyətdə bizi qayğılandırmalı olan bir məqamdır. Oğlunu kafirlərin maliyyəsi hesabına oxutmaq istəməyən və ya qızının hicabla məktəbə getməsində israr edən valideynin bu istəkləri hardan qaynaqlanır: inanclarını gerçəkdən dərk edərək ona analitik yanaşmalarındamı, kor-koranə dini təbliğatın təsirinə düşmələrindənmi, yoxsa ailənin sadəcə mühafizəkar baxışlarındanmı?

Bır sıra hallarda hicabın bağlanması ailədaxili mühitdən doğur, valideynlərin qadınla bağlı arxetipik düşüncə tərzinə bağlıdır. Məsələn, qız uşaqlarına qoyulan qadağaları xatırlayın: qız uşağı çox gülməz, atılıb düşməz, oğlanlarla oynamaz, baldırı görünməz, qısa geyinməz və s.

10 yaşında, özünü bir şəxsiyyət kimi tanımayan, ətrafı dərk eləməyən bir uşağa hicab geyindirmək həm də bir mentallıq problemidir. Azərbaycan ailələrində cinsindən asılı olmayaraq uşaqlara seçim şansının tanınmamasının nəticəsidir. Valideynlər övladlarının ailə həyatı qurmalarından hansı peşəni seçməsinə, necə yaşamasına qədər sərt, kompromissiz müdaxilə edir. Onlar alternativ seçimi tanımaq istəmir. Və bu seçimsizlik şəraitində formalaşan, valideynin mülkiyyətinə çevrilən fərdin travmaları sonradan ailə sərhədlərindən çıxaraq cəmiyyətdə problemlər törədir.

Qayıdaq hicab məsələsinin dini tərəfinə. Bir neçə il əvvəl 11 yaşlı qızının məktəbə hicabla buraxılmamasına etiraz edən Azər Xəlilov açıqlama vermişdi: “Konstitusiya vicdan azadlığı prinsipini irəli sürüb, hamıya istədiyi dinə etiqad etməyə imkan yaradıb. İslam dininə etiqad edən məktəblini hicabla məktəbə buraxmamaq dini ayrı-seçkiliyə yol verməkdir”.

O zaman sual doğur: əgər vicdan azadlığından söhbət gedirsə, aydınlaşdırmaq lazımdır ki, hicab seçimi 10-16 yaşlı qızın seçimidir, yoxsa valideynin arzusu və ya basqısı, israrıdır?

Və yenə də vicdan azadlığından söhbət gedirsə, uşaqlara erkən yaşlarından dini təbliğatın aparılması doğrudurmu? Bu, valideynin iradəsinə tabe olan uşağın başqa vacib azadlığının – seçim azadlığının, uşaqlığının əlindən alınması deyilmi? Və ya sualı belə qoyaq. Erkən dini təbliğat necə bir valideyn tərəfindən (bu valideyn dini dəyərləri, onun mahiyyətini hansı səviyyədə qavrayır), hansı mühitdə aparılır, bu təbliğat onun gələcək həyatında hansı nəticələrə səbəb ola bilər? Axı biz bilirik, bır sıra hallarda dini təbliğatın nəticəsi radikallıqla, fanatizmlə nəticələnir. Və onlar Azərbaycandan uzaq ölkələrdə təsəvvürlərində formalaşdırılan hansısa mütləq həqiqət, ədalət uğrunda ölüm-dirim savaşına girirlər.

Bütün bunlar mövcud vəziyyətin motivlərini, səbəblərini öyrənmək, hərtərəfli təhlil, sosioloji araşdırma və məktəb nizamnamələrində hicabla bağlı məsələnin qoyulması ehtiyacını ortaya çıxarır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020
Aktyor ölümlə təhdid olunur
14:17 15 İyul 2020
Facebookda müharibə aparanlar – Oğuz yazır...
13:25 15 İyul 2020
Anar müharibədən danışdı: “Ziyalı sözünə ehtiyac var”
12:46 15 İyul 2020
Məşhur aktyor koronovirusdan vəfat etdi
12:13 15 İyul 2020
Azərbaycanlı şairdən yeni qələbə marşı – Mətn
11:31 15 İyul 2020
Xəyyam Mirzəzadənin həyat yoldaşı vəfat edib
10:58 15 İyul 2020
Əsgərlərlə birlikdə dağa odun daşıyan, öz hesabına kazarma tikdirən, evini şəhid ailəsinə bağışlayan komandir
10:14 15 İyul 2020
XVI əsrdə yaşamış Azərbaycan şairinin şeirlər toplusu tapılıb
10:01 15 İyul 2020
Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
09:00 15 İyul 2020
Sorrentino Maradona haqda film çəkir
18:52 14 İyul 2020
İtkin düşən aktrisanın cəsədi tapıldı
18:12 14 İyul 2020
Etimad Başkeçidin səs-küylü hekayəsi: Veyil dərəsi
17:33 14 İyul 2020
Adını duaya çevirib Tanrıya pıçıldamaq...
16:52 14 İyul 2020
Məşhur aktyor koronavirusdan öldü
16:21 14 İyul 2020
Dünya gözlərinlə mənim aramda keçir... – Adonisin şeirləri
15:39 14 İyul 2020
Con Travoltaya ağır itki
15:00 14 İyul 2020
Türkiyəli yazıçı vəfat etdi
14:21 14 İyul 2020