Bakıda Beynəlxalq Kitab Sərgi-yarması keçiriləcək

Bakıda Beynəlxalq Kitab Sərgi-yarması keçiriləcək
11 sentyabr 2015
# 12:20

16-18 sentyabr tarixində Bakı İdman Sarayında IV Beynəlxalq Kitab Sərgi-yarmarkası öz işinə başlayacaq.

Bu barədə Kulisə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Tədbirdə dünyanın müxtəlif nəşriyyatlarının çap işlərinin nümayiş olunacaq, tanınmış müəlliflərlə görüşlər, təqdimatlar, mühazirə və müzakirələr keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli sərgi ilə bağlı bunları bildirib: “Bəzi dövlətlərin naşirləri, xüsusən də MDB ölkələrində bilirlər ki, bizdə rus dili mühiti var və onlar öz kitablarını burada sərbəst sata və təbliğ edə bilərlər. Ona görə də bu tolerant mühitdən yetəri qədər yararlanmağa çalışırlar. Bundan başqa, Türkiyə və İran nəşriyyatları da sərgimizə maraqlıdırlar və məmnuniyyətlə gəlib iştirak edəcəklər. Sərgidə Azərbaycanda fəaliyyət göstərən səfirliklər də öz ölkələrinin kitab istehsalı nümunələrini müəyyən olunmuş stendlərində nümayiş etdirəcəklər”.

100-ə yaxın yerli nəşriyyat və poliqrafiya müəssisəsinin iştirakı nəzərdə tutulan sərgi maraqlı proqramı ilə də diqqət çəkir. Belə ki, sərgi-yarmarka çərçivəsində yerli və xarici nəşriyyat təmsilçilərinin işgüzar toplantıları, ALİSA proqramının (mərkəzləşdirilmiş elektron kitabxana sistemi), eləcə də “Yazıçı və şairlərimizi dünyaya tanıdaq” seriyasının təqdimatı, “Qızıl kəlmə” ədəbi mükafatının laureatları ilə görüş, bir sıra xarici kitabxanalarla Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq protokollarının imzalanma mərasimləri təşkil olunacaq.

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının rəsmi internet saytı (www.bakubookfair.com) var. Burada sərgi-yarmarka haqqında daha ətraflı məlumat almaq olar.

# 1966 dəfə oxunub

Oxşar xəbərlər

Sonata, pilləkənlərdən enən çılpaq – Məşhur rəssamın 5 əsəri

Sonata, pilləkənlərdən enən çılpaq – Məşhur rəssamın 5 əsəri

17:30 28 iyul 2026
Yoxsulluq içində ölən bəstəkar – “Qırmızı rahib” niyə 150 il xatırlanmadı?

Yoxsulluq içində ölən bəstəkar – “Qırmızı rahib” niyə 150 il xatırlanmadı?

16:00 28 iyul 2026
Milyonlarla uşağın sevdiyi qəhrəmanı yaradan qadın kim idi?

Milyonlarla uşağın sevdiyi qəhrəmanı yaradan qadın kim idi?

15:00 28 iyul 2026
Vasif Adıgözəlov kimdir? - Qara Qarayevin ən istedadlı tələbələrindən biri

Vasif Adıgözəlov kimdir? - Qara Qarayevin ən istedadlı tələbələrindən biri

12:30 28 iyul 2026
Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri

Qırmızı damlar, rus qadının portreti – Məşhur rəssamın 5 əsəri

19:00 27 iyul 2026
14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı

14 illik gizli eşq onu məhv etdi – Dahi şairin sirlərlə dolu həyatı

18:30 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər