news-inner
clock21:00 calendar-gray 07 Aprel 2015 view-gray149 dəfə oxunub
view-gray149 dəfə oxunub

Facebookda adam öldürmək

Məsələ o qədər qəlizdir ki, gərək bir az uzaqdan başlayım…

Bizim kənddə bir çoban vardı. Bütün ömrünü çöldə-bayırda keçirmişdi. Mən uşaq olanda o artıq qoca kişi idi. Səhər dan yeri söküləndə kəndin qoyunlarını qabağına qatıb çölə gedər, axşam alatoranda qayıdardı.

Sovetlər adlı böyük qırmızı ölkəmizin qürubunu yaşadığı o illərdə kəndimizdə məscid yox idi. Ona görə də Məhərrəmlik hər il babamgilin evində qeyd edilirdi. Qırx gün o ev adamla aşıb-daşar, hər axşam məclis qurular, qadınlar ayrı, kişilər ayrı yığışar, əzadarlıq edər, sonra da ehsan verilərdi.

O çoban həmişə əldə-ayaqda işləyərdi. Heç vaxt özünü yuxarı başa verməzdi. Hamıya ehsan paylananda sonra keçib məclisin lap ayağında oturardı. Öz yerini bilərdi.

O çoban artıq yoxdu. Çoxdan ölüb. Amma hər dəfə adı çəkiləndə hörmətlə anılır. Çünki həmişə öz yerini bilərdi. “Bu kəndin qoyunları mənə əmanətdi, özümü dürtüm yuxarı başa” deməzdi. Bəlkə bu cür eləsəydi belə heç kəs ona gözün üstündə qaşın var deməyəcəkdi. Amma indi xatirələrdə də yaşamayacaqdı...

***

Ötən ay TED-in məruzəçilərindən biri Monika Levinski oldu. Ona görə yox ki, Monika keçmiş ABŞ prezidenti Bill Klintonun sevgilisi olmaqla ad çıxarmışdı, ona görə ki, bu qadın qəribə bir fenomenin ilk qurbanı idi. Çıxışında olduqca vacib bir məsələyə toxunur.

Monika deyir ki, bu hadisəyə qədər informasiya insana üç vasitə ilə çatdırılırdı; televiziya, radio və KİV-lər. Bu hadisədən sonra yeni informasiya ötürücüsü meydana çıxdı: İnternet və onun altötrücüləri, saytlar, forumlar, çatlar, şəbəkələr.

Məsələnin gerisi ilə tanışıq. 1998-ci ildə baş vermiş bu hadisədən 17 il keçib. Bu 17 ildə internet, sosial şəbəkələr təsəvvür etməyəcəyimiz şəkildə inkişaf edib. İnsanlar öz vaxtlarını daha çox sosial şəbəkələrdə keçirməyə başlayıblar.

Virtual aləm 24 saat aktivdir. Burda hər kəs söz demək haqqına malikdir. Hər kəs hər şeyi görür, hər şeyi eşidir. Burda bir anda məşhur olmaq mümkündür – hətta öz gəyirmə videonu çəkib Youtubeyə qoysan belə...

Monika Levinski deyir ki, hər yerdə onu müzakirə edirdilər, haqqında kinayəli, təhqiramiz fikirlər işlədir, ələ salırdılar. 17 ildə biz virtual aləm baxımından xeyli yeniliklər əldə etdik. Amma bu yeniliklər təkcə müsbət tərəfə olmadı, biz insanları ələ salmanın, onları təhqir etmənin yeni metodlarını da tapdıq; kəpslər, vaynlar.

Virtual aləmdə istənilən məsələ haqqında münasibət bildirə bilərsiz.

Şəhərlərin tikintisi haqqında fikrinizi deyib mühəndis ola bilrəsiz.

Qripin müalicəsi haqqında təkliflərinizi verib həkim ola bilərsiz.

Korrupsioner bir məmuru ifşa edən videoya baxıb prokuror ola bilərsiz.

Qadın-kişi münasibətləri haqqında fətva verib din xadimi ola bilərsiz.

Bir yazıçının əsərini pisləyib tənqidçi ola bilrəsiz.

Qısacası, burda siz hər kim istəsəniz ola bilərsiz.

Amma bir dəqiqə durun. Başınızı kompüterinizdən, planşetinizdən, telefonunuzdan qaldırın. Özünüzə baxın. Virtual aləmdə özünüzə əl qatıb “şivən qopardığınız” mövzu haqqında nə vaxt bir kitab oxumusuz? Kimisə tənqid etməmişdən qabaq yaxşı-yaxşı fikirləşin. O mövzu haqqında nə qədər bilirsiz? Yoxsa virtual aləmin bu nəhayətsiz boşluğuna məsuliyyətsiz bir şərh tullamağın verdiyi həzdir sizi belə “çoxbilən” edən?

***

Seymur Baycanın “Sökdürənlər və tikdirənlər” adlı hekayəsi bir müddət əvvəl sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Saytlardan birində Seymuru plagiatlıqda ittiham edən yazı dərc olundu. Hamı hekayə barədə fikir bildirməyə başladı. Onu oğurluqda plagiat etməkdə günahlandırdılar.

Bəs Seymur nə etmişdi? Salam Qədirzadənin məhəbbətdən, 50-60 il əvvəlin oğlan-qız münasibətlərindən bəhs edən hekayəsini götürüb ona müasir detallar əlavə etmişdi. Budur hekayə hazırdır. Müəllif hekayəni alındıra bilmişdi, ya yox bu artıq başqa məsələdir.

Seymurun elədiyi şeyin adı çox sadə idi: remeyk. Buna görə onu müzakirəyə çıxarmağın, virtual linçə məruz qoymağın mənası yox idi. Hekayəni tənqidçilər, ədəbiyyat adamları müzakirə eləsəydilər dərd yarı idi. Bəla burasındadır ki, hekayəni daha çox müasir incəsənətdə baş verən yeni tendensiyalardan xəbərsiz insanlar müzakirə edirdilər və bildilər-bilmədilər fikir söyləyirdilər.

Belələrinə desən ki, bu barədə bir yazı yazıb fikirlərini əsaslandırsınlar, bacarmayacaqlar. Amma rahat şəkildə kimisə hədəf seçib onun haqqında lağlağı, hədyan, istehza dolu fikirlər yazacaqlar, kin-küdurət püskürəcəklər. Özlərini savadlı, bilikli göstərəcəklər.

***

Keçən gün Facebookda bir mövzu ilə bağlı şərh yazmışdım: “Allah öldü, onu biz öldürdük”.

Bilənlər-bilir ki, Nitşenin məşhur fikridir.

Üstündən beş-altı saat keçmişdi ki, kənddəki bir qohumum inboksuma yazdı: “Səndən incimişəm, ayıb olsun sənə. Adam belə şey yazar? Seyid-peyğəmbər övladı, sənə yaraşar? O nə şərhdi yazmısan? Allah öldü, onu biz öldürdük? Sən kimsən Allahı öldürəsən?”

Gördüm nəsə yazıb izah etmək artıqdır, dərhal bloka göndərdim.

Oxşar xəbərlər

Xəbər lenti

Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
09:00 02 İyul 2020
Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə
21:02 01 İyul 2020
Ermitaj muzeyi açılır
18:42 01 İyul 2020
Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
18:04 01 İyul 2020
"Ulduz"un iyun sayı nəşr edildi
17:12 01 İyul 2020
Röya koronavirus testindən keçib
16:29 01 İyul 2020
ABŞ Film Akademiyası təmsilçilik böhranı yaşayır
16:00 01 İyul 2020
Kinematoqrafçılar İttifaqından Kann Festivalına etiraz məktubu
15:14 01 İyul 2020
Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız – Maraqlı faktlar
14:36 01 İyul 2020
Məşhur amerikalı aktyor vəfat etdi
13:54 01 İyul 2020
Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? - Rəsmi
13:12 01 İyul 2020
Qəpik-quruşa satılan yeni dünya - Şəhla Nihanın hekayəsi
12:38 01 İyul 2020
Yaradıcı gəncliyimizi erməniyə uduzduranlar – Samirə yazır...
12:10 01 İyul 2020
Nazim Hikmətin yeni şeirləri tapıldı - Fotolar
11:34 01 İyul 2020
Əməkdar artist dünyasını dəyişdi
11:08 01 İyul 2020
Bakıya qarşı əyalət nankorluğu - Şərif Ağayar yazır...
10:51 01 İyul 2020
Bakıda İnstaqram-jurnal fəaliyyətə başladı – İlk dəfə
10:11 01 İyul 2020
Bəhram Bağırzadəni cihazdan ayırdılar
09:51 01 İyul 2020
Elza Seyidcahan: “Boşansam da, qapım hər zaman onun üzünə açıqdır” – Müsahibə
08:50 01 İyul 2020
Türkiyəli müğənni Azərbaycan kanalında aparıcılıq edəcək
23:03 30 İyun 2020