Dayısının məhv elədiyi rahibə BUNUEL FİLMİ

Dayısının məhv elədiyi rahibə BUNUEL FİLMİ
4 aprel 2015
# 13:00

Sevda Sultanova

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində sürreal kinonun lideri, ispan rejissoru Luis Bunuelin “Viridiana” filmini təqdim edir.

“Viridiana” (1961) ispan yazıçısı Benito Peres Galdosun “Halma” romanı əsasında ekranlaşdırılıb.

Gənc Viridiana rahibə olmağa hazırlaşır. Amma rahibə olmazdan əvvəl dayısının təklifi ilə onun evinə qonaq gəlir. Viridianaya aşıq olan dayı onunla evlənmək istəyir. O, gənc qıza yuxu dərmanı verir, onunla intim əlaqədə olmaq istəsə də fikrindən daşınır. Aylandan sonra dayısı ona intim münasibətdə olduğunu deyir ve qız evi tərk edir. Dayı isə intihar edir.

Bu hadisədən sonra Viridiana monastıra qayıtmır, xeyriyyə işləri ilə məşğul olur, yoxsullara kömək edir. Və günlərin birində yoxsullar onun mərhəmətindən sui-istifadə edir...

Rejissor romanı sərbəst şəkildə traktovka edib.

Bunuelə görə, katolik kilsəsinin yaydığı “müqəddəs həyat” anlayışı əslində insanın təbii ehtiyaclarının sıxışdırılmasına əsaslanır və onlar sonradan şişirdilmiş şəkildə qayıdır. Həm də ətraf üşün pis nəticələrə gətirib çıxarır.

Xeyirxahlıq eləmək istəyən Viridananın niyyəti amansızlığın, tamahkarlığın idarə etdiyi dünyada iflasa uğrayır. Onun insanlara yardımı müqabilində təhqir olunması hardasa İsa Məsihin obrazı ilə eyni təəssüratı yaradır. Viridiananı eyni zamanda Don Kixotla müqayisə edirlər. Onun mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsi kimi anlamsızdır.

Bu filmi ilə Bunuel həm də Franko İspaniyasının portretini yaradıb.

O, Franko İspaniyası dövründə tabu olan məsələlərə toxunur: insest, intihar, qadına qarşı zorakılıq, küfr…. Bu motivlərə görə film Vatikanı qəzəbləndirdi.

Kannda “Qızıl palma büdağı”nı alan film İspaniyanın Turizm və İnformasiya naziri tərəfindən qadağan olundu. Eyni zamanda İspaniya Sinematekasının direktorunu Kannda prizi qəbul etdiyi üçün təcili təqaüdə yollayıblar. “Viridiana” İspaniyada 16 il, Franko rejiminin süqutuna kimi qadağan olundu.

Bir çox kino mütəxəssisləri “Viridiana”nı rejissorun ən iddialı, ən yaxşı əsəri adlandırır və ispan kinosunun əsas filmlərindən biri sayırlar.

“Viridiana”nən çəkilişləri zamanı Bunuelin köməkçisi olmuş bacısı Konçita bu haqda yazır:

“Filmdə iştirak edən yoxsullardan biri əsl dilənçi idi. Qardaşım biləndə ki, ona az qonorar veirirlər, əsəbləşdi. Prodüserlər onu sakitləşdirməyə çalışdılar ki, film bitəndən sonra onun üçün ianə yığacaqlar. Luis daha da qəzəbləndi, o, yol verə bilməzdi ki, insan işinə görə sədəqə alsın. O, tələb eldi ki, başqalarına olduğu kimi ona da hər həftə qonorar verilsin.

Filmdəki kostymlar həqiqidir. Biz onları zibilliklərdən toplamışdıq. Cır-cındırlar təmizlənsə də, aktyorlar yoxsulluğun qoxusunu hiss edirdilər”.

Bunuelin xatirələrindən

“Viridiana” elə səs-küy doğurdu ki, Franko ona bu filmin göstərilməsini göstəriş verib. Deyəsən, o, filmə iki dəfə baxıb. Və ispan prodüserlərinin dediyinə görə o, qəbahətli nəsə görməyib. Amma buna baxmayaraq, Franko “Viridana”ya mədəniyyət nazirinin tətbiq elədiyi yasağı da götürmədi.

İtaliyada film əvvəlcə Romada göstərildi və uğur qazandı, sonra Milanda nümayiş olundu. Şəhərin baş prokuroru filmə qadağa qoyudu və məni məhkəməyə verdi. Məni həbsə məhkum etdilər. Təbii ki, İtaliya torpağına ayaq basmağa cəsarət edərəmsə. Sonra hökmü yüksək instansiyalar ləğv elədi.

Filmə Mexikoda baxan Vittorio de Sika kinozalında dəhşətə gəlmişdi. O, arvadım Jannadan soruşmuşdu ki, mən qorxnc insanammı, onu döyürəmmi?” O, belə cavab verib:

-Hörümçəyi öldürmək lazım gələndə o, məni çağırır.

Parisdə filmlərimdən birinin reklamını görmüşdüm. Orda yazılmışdı: “Dünyanın ən qəddar rejissoru”. Səfehlikdir, amma təbii ki, bu, məni kədərləndirdi”

# 4688 dəfə oxunub

Oxşar xəbərlər

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

Çağdaş Güney Azərbaycan ədəbiyyatı: Dünəndən bu günə nə dəyişib?

15:00 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər