writer1

Kənan Hacı

Məqalə sayı

193
clock13:41 calendar-gray 19 Mart 2015 view-gray323 dəfə oxunub
view-gray323 dəfə oxunub

Kamal Abdullanın müsahibəsi və ya sirrə aparan yol

Sayğıdəyər yazıçımız Kamal Abdullanın Kulis-ə verdiyi sonuncu müsahibəni oxudum və qəribədir ki, ondan bir gün əvvəl “Sirri-zəmanə” kitabından “Parisin seçimi” hekayəsini oxumuşdum. Onu da deyim ki, bu hekayə Kamal müəllimin ən çox sevdiyim hekayələrindəndir və mən bu hekayəni hər dəfə oxuyanda zövq alıram. Hekayənin möhtəşəm finalı hər dəfə oxuyanda məni heyrətə gətirir. Yazıçıya doğma olan yunan mifologiyasının usta variasiyalarından biri! Paris almanı yenə Heraya verir! Mahiyyətin kökündə Heranın ona verdiyi vəd dayanır. Yazıçının işarə və eyhamlarını anlayanlar süjetin kiçik dəyişikliyə uğramasının məqsədindən də agah ola biləcəklər.

Kamal Abdullanın müsahibəsində bir nüans diqqətimi çəkdi, “Yarımçıq əlyazma” haqqında o, belə deyir: “...mən hisslərin tarixindən yazmışam”. “Parisin seçimi” də məhz insan hisslərinin “tarixi ərazilərində” arxeoloji qazıntılar aparan yazıçının kəşfidir. Bu, mahiyyət etibarilə müəllifin yaradıcı təxəyyülünün məntiqi nəticəsidir. Düşüncəsini tənbəllik basmış yeni əsr insanları tarixin gedişatını sanki çarəsiz bir xəstəlik kimi qəbul ediblər. Bu insanlar “Mağara”da gizlənmiş həqiqətləri görə bilmirlər, maddi dünyanın əsiri olub qalıblar. Ona görə ki, “Mağaradan çıxmışıq, alaçıqdan isə hələ də çoxumuz çıxa bilməyib.” Yazıçı heç bu sirləri açmaq həvəsində deyil, o, sadəcə, sirrə gedən yolu nişan verir: “Get və axtar, tap!”

Sonuncu müsahibəsində yenə ipucu verir, Şərif Ağayarın “Bəhram kişi özü də bilmədən buddistdir: bunu düzmü müşahidə etdik?” sualına belə cavab verir: “Bəhram kişi buddist deyil. Ola bilər, mən buddistəm. Çünki, əslində, Bəhram kişi – Floberi xatırlasaq, – bu, mənəm”.

Vəng dağındakı çiçəkli yazının sirrinə agah olan Bəhram kişi, sən demə, müəllifin özüymüş! Mən romanı oxuyanda müəllifin özünü tapa bilməmişdim, amma Kamal müəllim deyəndə ki, Bəhram kişi odur, barmağımı dişlədim. Bu sirr də, elə almanın sirri də Vəng dağındadır, oxucu üçün əlçatmaz olan, yazıçının alınmaz qalasında!

Kamal müəllimin bütün romanlarının nəqletmə strukturunun özəyini məhz müəllif düşüncəsinin dinamizmi təşkil edir.

Postmodernizm həm də travestik düşüncə sistemidir, tabuların yıxılmasıdır. Bəlli həqiqətlərin yeni yozumudur. Amma çox təəssüf ki, bu dalğanın içində Kamal müəllimin təbirincə desək, “termin aludəçiliyi”nə uyanlar çox oldu və buna görə də son dövrlər Azərbaycan ədəbiyyatında iki-üç əsəri çıxmaq şərtilə, postmodern nəsr yaranmadı. Hələ on il bundan öncə səhv etmirəmsə, “Ədalət” qəzetində “Yarımçıq əlyazma və ya dağılan miflər” adlı yazı yazmışdım və həmin yazıda “Yarımçıq əlyazma”nı yeganə postmodern mətn adlandırmışdım. Bilmirəm Kamal müəllim həmin yazını oxuyub ya yox, amma indi bu müsahibəni oxuyanda həmin yazını xatırladım.

Kamal müəllim deyir: “Postmodernizm, əslində, birrəngli, yeknəsək ifadə və yanaşma forması deyil. Onun istiqamətləri, şaxələri var. Bir istiqamət, belə deyək, mətnlə “oynamaq”dır. Mən bəzi mətnlərimlə bu istiqamətdə, bəli, varam. Mövcud mətnlərin başqa, tanış olmayan interpretasiyası (kimi buna deşifrə deyir...), başqa məzmunun köhnə formada imitasiyası...“

Bəli, bizdə bu terminin istiqamətlərini, şaxələrini özündə ehtiva edən əsərlər yazılmadı. Kamal müəllimin yazdığı əsərlərdə məntlə “oynamaq” onun daxili stixiyasından irəli gəlir, o, heç də qarşısına postmodern mətn yazmağı məqsəd qoyan yazıçı deyil. Onun mətnləri hansı izmə aid olduğunu özü təyin edir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021
7 il nişanlı qaldı, tələbəsi ona aşiq oldu, rus qızına görə oğlunu evdən qovdu – Xalq yazıçısından 10 maraqlı fakt
15:30 27 İyul 2021
Seyran Səxavət “Nizami Gəncəvi” mükafatına layiq görülüb
15:27 27 İyul 2021
Ermənilər yazıçımızın ailəvi fotosunu oğurladılar – Nadir fakt - Foto
14:45 27 İyul 2021
Əməkdar mədəniyyət işçisi vəfat etdi
13:52 27 İyul 2021
Nərimanovun 5 yaşlı oğluna yazdığı o məktubdan sonra… – Çingiz Hüseynov yazır
13:30 27 İyul 2021
Buker mükafatının uzun siyahısı açıqlanıb
12:29 27 İyul 2021
Anar: “Əkrəm Əylislini qəbul edərəm, ancaq bir şərtlə...” – Müsahibə
12:01 27 İyul 2021
El Romandan hekayə: Pomada dadı
11:30 27 İyul 2021
Yazıçımız beynəlxalq ədəbiyyat müsabiqəsində - İlk dəfə
10:51 27 İyul 2021
Xalq artistinin ölüm xəbəri yayıldı
10:20 27 İyul 2021
Tanınmış yazıçı vəfat etdi
10:06 27 İyul 2021
Əllərində göyüzü – Həmid Piriyevin hekayəsi
09:01 27 İyul 2021
Oğlunun ölümünü ondan 40 gün gizlədilər – Xalq artisti haqqında maraqlı faktlar
21:00 26 İyul 2021
“Oyaq gözəl” onlayn nümayiş ediləcək
19:00 26 İyul 2021
Ayrılıq qıvrılır canımda - Ələddin Əzimlidən şeirlər
18:22 26 İyul 2021