writer1

Sevda Sultanova

Məqalə sayı

860
clock12:30 calendar-gray 07 Mart 2015 view-gray205 dəfə oxunub
view-gray205 dəfə oxunub

Allah kəssin, 8 martınızı

Sevda SULTANOVA

Kişilərin kabusuna çevrilmiş 8 mart ərəfəsində bu barədə nə yaza biləcəyimi götür-qoy edirdim. Düşündüm ki, bir neçə gündə küçədə, nəqliyyatda rastlaşdığım maraqlı görünən qadınları müşahidə edim, aldığım təəssüratlarla qısa portretlərini cızım.

****

Metroya girirəm. Ətrafıma boylanıram. Diqqətimi çəkən qadın axtarıram. Özümü filminə aktrisa və ya növbəti romanına maraqlı qadın obrazı axtaran müəllif kimi hiss edirəm bir anlıq. Başımı bulayıram. Ürəyim sıxılır, aman Allah, ölkədə qadınlı-kişili necə də hamı (mən də daxil olmaqla) bir-birinə bənzəyir: üzləri, geyimləri, baxışları, davranışları. İnsanlar individuallığını itirib.

****

Ağlım tamam çaşıb. Düz yanımda dayanan qadını indi fərq edirəm. Alçaqboylu, qısa paltoda, qısa çəkmədə, başında beret. Profildən dayandığından üzünü yaxşı görə bilmirəm. Qatar gəlir və mən məhz qadının mindiyi vaqona minirəm. Qadın oturur. Mən də üzbəüz oturacaqdakı boş yerlərdən birini tuturam.

Onun üzündən, oturuşundan aldığım ilk qarışıq təəssüratı mətnə çevirməyə çalışıram.

Heç şübhəsiz, sovet dövründə ən gözəl günlərini yaşayıb. Rəng qoyulmuş qısa qıvrım saçlarından, zövqlü qiyafətindən, səliqəli, lakla boyanmış dırnaqlarından baxımlı qadın olduğu bəllidir. Yaşını təxmin etməyə çalışıram, altmışdan yuxarıdır. Tez-tez öskürür, boynuna doladığı rəngli şərfini arada bir aşağı çəkir, nəfəsi çatmır deyəsən. Paltosunun qolunu qaldırıb qızılı rəngli saatına baxır. Əllərinə diqqət kəsilirəm. Zərif əllərində göyümtül-çəhrayı- bənövşəyi damarları qabarıq görünür. Qeyri-ixtiyari mən də öz əllərimə baxıram. Onun yaşında mənim də damarlarım bu qədər üzdə olacaq. Və bundan daha qabarıq, daha qeyri-estetik. Kədərlənirəm. Sonra bütün insanların öləri olduğunu düşünüb, təsəlli tapıram. “Əşi, cəhənnəmə ki...” deyirəm və bu fikir mənim üçün əhəmiyyətini iririr.

...Görəsən, peşəsi nədir? Bəlkə müəllimədir, ya həkim. Hərçənd, daha çox rusdilli məktəblərdə dərs deyən “kapris”li müəllimə tipi var.

Qadının yanındakı yer boşalır. Durub onun yanında əyləşirəm. Qadın yenə saatına baxır, sonra çantasını açır. Mən də çantanın içinə boylanıram. İlk gözümə dəyən qalın, solğun kitabdır. Qadın kitabın yanında yerləşdirdiyi kağız- kuğuzu qurdalayır, birini götürüb ötəri baxır.

Qatar “İçərişəhər” stansiyasına çatır. Qadını təqib edirəm. O, asta addımlayır, mən yeyin. Ona görə aramızdakı məsafə azalır. Onu bir qədər irəli buraxıram. Bir necə saniyə yolun ortasında dayanıram. Guya çantamda nəsə axtarıram. Qadın bir az uzaqlaşan kimi yenə onu təqib edirəm. Qadının yerişi mənə sovet dövründə populyar olan “Bürünc quş” filmindəki qrafinyanı xatırladır. Qadın iri binaya daxil olur. Başımı qaldırıb oxuyuram: Azərbaycan Dövlət İqtisad Universiteti. Yollarımızın bəlkə də heç zaman kəsişməyəcəyi qadınla burda ayrılır....

****

77 saylı avtobusdayam. Mənzil başına tez çatacağım üçün ayaq üstə dayanmışam. Avtobus svetoforda dayanır. Gözüm səkidə dayanmış yaşlı, ağsaçlı qadına sataşır. Qadın az qala ətrafdakılara yalvarır, ağlamsınır: “A, bala məni yoldan keçirin. A, bala kömək edin”. Ona əhəmiyyət verən yoxdur. Sonra gənc kişi yaxınlaşıb ərkyana, bakılı ləhcəsində deyir : “Xala keçirmək lazumdu.. Bu dağa”.

Qadının intonasiyası mənə “Bizim Cəbiş müəllim” filmindəki ərinin qara xəbərinə inanmayan qadını xatılradır: “qərdeş mənədü, mənədü...mənə deyil axı”.

***

Anuk Emeyə bənzəyən o qadını da avtobusda gedəndə dayanacaqda görmüşdüm. Qəhvəyi rəngli uzun şuba geyinmişdi. Qara, qısa saçları vardı, ağbəniz idi. Simmetrik cizgiləri, xoş sifəti. Əllərində zərif əlçək. 1960-cə illərin Anuk Emesini Bakıda görmək gözəl hissidir. Sonra fərq elədim ki, əslində qadının üzünü görə bilməmişəm. Bəlkə də heç Emeyə oxşamırmış. Sadəcə, bu, mənim uydurmam idi, onu belə görməyi çox istəmişəm. Amma bəlkə də heç elə deyil.

****

Həmin gün axşamüstü hava birdən dəyişdi, tərslikdən mən də nazik geymişdim. Soyuq sümüyümə kimi işləyirdi. Avtobus isə gəlib çıxmaq bilmirdi. Səbrim tükəndi, başqa avtobusa minmək üçün yeraltı keçidlə yolun o biri tərəfinə keçdim. Keçidlə aşağı düşəndə o alaqaranlıqlda, soyuqda çirkli pilləkənlərdə limon, qadın corablarını yerbəyer edib satmağa hazırlaşan gənc qadın gördüm. Üzünü görməyə macal tapmadım. Axı, bu qadın niyə soyuqda alverə məcbur olmalıdır?

****

Sabah 8 martdır. Alış-veriş mərkəzlərindən birinə çox sevdiyim bir qızcığaza 8 mart hədiyyəsi almaq məqsədilə girirəm. Mərtəbələri dolaşıram. Hər mərtəbədə də mütləq tualetə baş çəkirəm, amma növbə olduğunu görüb çxıram. Niyə alış-veriş mərkəzlərinin tualetlərində həmişə basırıq olur? Qadınlar soyuqdəymədən əziyyət çəkir nədir? Ya burda çox vaxt keçirirlər? Nəhayət, üçüncü mərtəbədə basırıq olmadığını görüb ayaq saxlayıram. Ənlikli-kirşanlı yekəpər qadından sonra kabinəyə girirəm. Qadın suyu çəkməyib, döşəmə isə salfetlərlə doludur. Axı, niyə bizim qadınlar ictimai tualetlərdə, suyu çəkmir və zibili qaba yox, yerə atırlar? Həmişə bizdə səliqə-sahmanla, təmizliklə assosiasiya olunan qadınların ictimai tualetlərə hörmətsizliyini anlamıram. Gərək 8 martda qadınlarımıza hədiyyə olaraq Həsən Quliyevin “Arxetipik azəri: mentalitetin simaları” kitabındakı “Ayaqyolu” bölməsini ayrıca çap etdirib paylayasan.

****

Küçədə mənə maraqlı gələcək qadın axtarıram. Qarşımdan iki qadın keçir. Güllü ləçəkli, kasıb geyimli, ayaqlarında bu fəsil üçün yararlı olmayan tufli.... Bir-bir küçədə, dükanda, avtobusda metroda qadınları gözdən keçirirəm. Yazıma qəhrəman axtarıram. Üzlər yadda qalmır, geyimlər rəngsiz. Yanlarından ötdükcə unuduram. Mən də onlardan biriyəm. Kimsə də ani olaraq mənə baxır və unudur... Kaş ki, peşəkar fotoqraf olaydım, bu oxşar qadın üzlərinin fərqli bir anını, ovqatını yaddaşa həkk edə biləydim.

****

Sabah 8 martdır. Kişilərin üzlərinə baxıram. Üzlərindən qayğı, biganəlik tökülür. Lap ürəyim sıxılır. Elə bil demək istəyirlər: “Allah kəssin, 8 martınızı”.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tanınmış aktrisa vəfat etdi
17:44 13 May 2021
Amerikalı rəssamın əsəri 93 milyon dollara satıldı - Foto
15:46 13 May 2021
İnsanın təkbaşına xoşbəxt olması utanılası bir işdir - Kamyudan unudulmaz aforizmlər
14:28 13 May 2021
Nizamiyə həsr olunan beynəlxalq konfransa tezis qəbulu davam edir
13:46 13 May 2021
Yəhudi yazıçının kitabını yandırmaq üçün alanlar - Ayxan Ayvaz yazır...
12:30 13 May 2021
Rafiq Tağının üçcildliyi nəşr olundu - Foto
11:25 13 May 2021
"Xarıbülbül" festivalının qala konserti olacaq
10:31 13 May 2021
Bu da bu cür həyatdır – Elçinin hekayəsi
09:29 13 May 2021
“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub
18:18 12 May 2021
Azərbaycan bəstəkarlarının əsərlərinin toplusu Şuşada təqdim olundu - Foto
17:41 12 May 2021
Şuşada "Xarıbülbül" festivalı
15:00 12 May 2021
Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
14:24 12 May 2021
Ağadadaş Ağayev əməliyyat öncəsi fotosunu yaydı
13:09 12 May 2021
30 ilin ən gözəl müjdəsi
12:04 12 May 2021
Tanınmış aktyor vəfat etdi
12:00 12 May 2021
Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır
10:12 12 May 2021
İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
09:03 12 May 2021
Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021