writer1

Şərif Ağayar

Məqalə sayı

541
clock13:32 calendar-gray 19 Yanvar 2015 view-gray307 dəfə oxunub
view-gray307 dəfə oxunub

Nazpəri Dostəliyevanın xalqı

Çox çalışırsan ki, fikir verməyəsən, olmur. Hər gün, hər saat qarşına çıxıb əsəblərini korlayırlar.

Sanki əsəb pozmaq üzrə xüsusi kurs keçiblər. Bunlar özünü nə hesab edir? Rusiyaya toya, Türkiyəyə dost məclisinə dəvət olunurlar, çıxıb şou-proqramlarda bar-bar bağırırlar ki, Azərbaycanı layiqincə təmsil etdim. Axı sən kimsən, bir ölkəni, bir xalqı təmsil etmək səlahiyyətini kimdən almısan? Bunun məsuliyyətini dərk edirsən?

Toylardan beş-üç manat qazanan kimi gözləri ayaqlarının altını görmür bu manısların. Müxtəlif yollarla fəxri ad da aldılarmı hər şey tamamdır! Qabaqlarına durmaq olmur. Təsəvvür edin, xalq artisti adını almış bir vaxtların məşhur toy müğənnisi Səməd Səmədov efirdə dövlət himninin musiqisinin kimə məxsus olduğunu bilmir. İnandırım sizi, Səməd ən şükürlüsüdür.

Nazpəri Dostəliyeva “Mənim xalqım” deyəndə yeddisi də yandan tökülür. Elnarə Abdullayevaya – yas çadırını efirlə qarışıq salan o ağıçı xanıma baxdım o günü. Deyir, çoxları “Xalqım, xalqım” deyir, amma əsl xalq sevgisini qazanan mən özüməm! Kimdir bu xalq? Mən və mənim ətrafımda olan dost-tanış, qohum-əqrəbanın xalqa dəxli varsa, onlar Elnarəyə heç vaxt qulaq asmırlar. Xalqın adından danışmaq nə deməkdir? Mən bilən, xalq tərəfindən qanuni yolla seçilən adamlar onun adından danışa bilər. Hətta millət vəkilləri belə xalqı yox, seçiciləri təmsil edir. Yaxşı, məcazi mənada işlədirsiniz, biz də anlayırıq. Daha bu qədər yox də! İki kəlməni dalbadal danışa bilmirsiz axı! Sizin təmsilçiliyiniz bizə yalnız utanc gətirə bilər.

Xalqla bağlı bəyanatından sonra Elnarə Abdullayevanın təsadüfən “Mədəniyyət” kanalında oxuduğunu gördüm, maraq üçün baxdım. Bu xanım nə edir? Bir saat eyni ritmdə, eyni səs tonunda oxumağın nə qədər yorucu olduğunu anlamırmı? Sözləri ərəb-fars ləfzində ora-bura əyməklə Alim Qasımova oxşamaq istəyir? Görəsən o, bir muğamı başdan-ayağa bilirmi? Bilirsə niyə artan-azalan, qalxan-enən yerləri “xolostoy” keçir? Məsələn, “şəbi-hicran” ifadəsinin lüğəti yox, simvolik mənasını anlayırmı? Ümumiyyətlə, xəbəri varmı ki, klassik qəzəllərin həm lüğəti, həm simvolik mənası olur? Tək Elnarə yox, məsələn operada Leylini oynayan Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova nə oxuduqlarını bilirlərmi? İnanın, bilmirlər! Bunu çox asanlıqla, ikicə sualla sübut edə bilərəm.

Mədəniyyət Nazirliyinin verdiyi ad, zövqsüz adamların ayağınızın altına səpdiyi pullar göstərici deyil. Göstərici sizin intellektiniz, sənətə ciddi münasibətiniz, məsuliyyətinizi anlamağınızdır. Dünya mədəniyyətini bilmək bir yana, oxuduğunuz mahnının sözlərini, qəzəlin misralarını düzgün tələffüz edə bilirsiz?.

Nadir Qafarzadə məşhur “Füzuli kantata”sındakı qəzəli başdan-ayağa səhv oxuyur. Tələffüzdəki xətalardan isə danışmağa dəyməz.

“Mənim xalqım.”

Yox bir, qaşqaldaq!

...Elə bil şuba-zaddı xalq!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Qara Qarayevin "Yeddi gözəl"i Moskvada nümayiş olunacaq
18:43 28 Yanvar 2021
Akademik Musiqili Teatr növbəti ilkə imza atdı - Video
18:01 28 Yanvar 2021
Çağdaş alman romanı Vilayət Hacıyevin tərcüməsində - Yeni nəşr
17:36 28 Yanvar 2021
Evlilik duyğuların zibil qutusudur – Dahilər ailə haqqında nə deyir?
17:19 28 Yanvar 2021
Sevgisizlikdən "uçan" qadınlar - Günel Mehri yazır...
16:40 28 Yanvar 2021
Aşıq Veysəlin nəvəsi babası ilə bağlı məşhur faktları inkar etdi
15:59 28 Yanvar 2021
"İstəyirəm xanımların mənə yazığı gəlsin" - Vaqif Səmədoğlu ilə müsahibə
15:18 28 Yanvar 2021
Xalq artisti: "Şəfiqə Məmmədovadan hamı narazıdır"
14:40 28 Yanvar 2021
Eyvaz Əlləzoğlunun 65 yaşı tamam olur – Onu yaxından tanıyaq
14:36 28 Yanvar 2021
Nobel ziyafəti verilən salon peyvənd mərkəzinə çevrilir
14:22 28 Yanvar 2021
Aktrisa 94 yaşında vəfat etdi
13:41 28 Yanvar 2021
Vaqifin ortadan qırılan siqareti – Babək Göyüş yazır...
13:01 28 Yanvar 2021
Sevgilisi ilə xanımını 4 ay bir evdə saxladı, yəhudi toyunda hamını ayağa qalxmağa məcbur etdi- Heç kimə bənzəməyən Rəmiş
12:30 28 Yanvar 2021
Ürək parçalayan şəhid məzarları – Günahkar kimdi?
11:50 28 Yanvar 2021
Azərbaycanlının evlilik təklifi niyə bayağı alınır?
11:07 28 Yanvar 2021
Anar evliliyinin 59 illiyini qeyd etdi - Fotolar
10:25 28 Yanvar 2021
Kann Film Festivalı təxirə salındı
10:02 28 Yanvar 2021
Orxan Pamukun romanları Qərbin gizli sifarişidir – Aqşin Yenisey yazır...
09:01 28 Yanvar 2021
“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021