writer1

Sevda Sultanova

Məqalə sayı

795
clock12:31 calendar-gray 13 Yanvar 2015 view-gray114 dəfə oxunub
view-gray114 dəfə oxunub

Şou və kriminalla sevişmək

Şou və kriminalla sevişmək

“Əgər xəbər proqramlarının - iki siyasətçi arasında söhbət və böyük sayda insan itkisi olan böyük yanğın arasında seçimi varsa, onlar təbii ki, yanğını göstərəcəklər, çünki ona daha yaxşı baxılır. Televiziyanın bizə təqdim etdiyi dünya, yalnız depressiya, zorakılıq və dəhşətlə doludur. Kim düşünürsə ki, o bununla da informasiya alır, yanılır”.

Mixail Haneke, Avstriya rejissoru

Köhnə məhəlləmizdə, qonşuluqda yaşayan cavan rus oğlan ölmüşdü. Onu dəfn etməyə aparanda pəncərəyə dırmaşıb ciddi - cəhdlə meyitin üzünə baxmaq istəyirdim. Tabut evimizin yanından keçəndə ötəri də olsa onun üzünə nəzər sala bildim. Oğlanın üzü göyərmişdi, ətrafında bir-iki milçək də uçuşurdu....

Üstündən illər ötüb, o vaxt niyə belə etdiyimi özüm üçün aydınlaşdırmağa çalışıram...

Tamaşaçıları, oxucuları maraqlandıran, onları televizor qarşısında dayandırmağa, xəbər linkini basmağa vadar edən bir neçə sahə var: şou, erotik xarakterli məhsullar, kriminal xəbərlər.

Düzdür, müstəqillik dövründən bəri Azərbaycan televiziyasının tarixinə nəzər salsaq, demək olar ki, dünya standartı anlamında şou veriliş olmayıb. Çünki milli teleməkanda şou müğənnilərin məişəti, yataq otağı, gizlinlərini açıb ortalığa tökməsidir. Şou proqramlarının bizdə demək olar ki, başqa alternativi yoxdur.

Məzmunundan asılı olmayaraq az qala bütün xəbərlərdə bir şou nüansı var.

Məsələn, bütün televiziya xəbərlərində, portallarda dominant informasiyalara çevrilən kriminal məlumatların təqdimatında belə.

Müəlliflər şou intonasiyası ilə insanları bu xəbərlərə baxmağa, onu oxumağa çağırırlar. Əri qadının başını kəsdi, qardaş bacısını zorladı və s. Məsələ bundadır ki, kriminal xəbərlərə kütləvi maraq həm də cəmiyyətin tələbatdır. Hər gün qısa xəbərlər formasında kriminal, ailə dramlarını seriyasını izləyirik.

İnsanlar sanki tükürpədici xəbərlərdən bir yaşam impulsu alırlar. Belə demək mümkünsə, kriminal motivli xəbərlərdə təsəlli tapırlar. Çünki ucadan deməsək də, şüurumuzun hansısa qatında qəza keçirmiş adamların uğursuz taleyi ilə özümüzü müqayisə edirik. Bu, hansısa mənada bizim boz, boş həyatımızın təsəlli nöqtəsinə çevrilir: “Onun yerində mən də olardım, yox, onunla müqayisədə vəziyyətim elə də gərgin deyil”. Beləcə başqalarının faciəsi haqda xəbərlər bizim üçün ilham mənbəyi rolunu oynayır.

Bəd xəbərlərə kütləvi marağın başqa bir səbəbi xarakter etibarilə insanın vuayerist olmasındadır. Məsələn, küçədə kiminsə ürəyi gedirsə həmin adamın ətrafına çox adam yığışacaq. Yığışanların çoxu kömək əvəzinə seyrçi mövqeyi tutacaq. Və ya bizdə qeyri-şüuru olaraq ekrandan səslənən mətni dinləməkdən daha çox, qəza keçirmiş insanın bədəninə, üzünə baxmaq arzusu baş qaldırır. Formaca dəyişən insanın görünüşü, xüsusən, də o, eybəcər forma alırsa həmişə maraq doğurur. Hətta qorxub ürksək də. Bu, təxminən qorxu filmlərini izləmək kimi bir şeydir.

Əslində insanın vizual olaraq eybəcərləşməsi, yaralanması intim xarakter daşıdığına görə bir qayda olaraq fotolarda, video xəbərlərdə onların üzü bağlanır. Fəqət, insan həmişə başqasının evinə, intim həyatına soxulmağa, nə baş verdiyini görməyə şirniklənir.

Təsadüfi deyil ki, reytinqləri qıran janrlar arasında kriminal, detektiv, erotik filmlər üstünlük təşkil edir.

...Yaxınlarda belə məqalə oxudum ki, Almaniyada ən çox baxılan kəskin süjetli detektiv seriallardır. Kulta çevrilən “Cinayət yeri” serialını 13 milyon adam izləyir. Səbəbini mütəxəssislər serialdakı qan və erotik səhnə bolluğunda görür. 90 dəqiqəlik serialda onlarla qətl hadisəsi baş verir.

Piter Uirin “Truman şou”su filmində qəhrəmanın bütün həyatı ondan xəbərsiz dünyada televiziya vasitəsi ilə nümayiş olunur və reytinqləri qırır.

İndi müasir həyatımız “Truman şou”suna bənzəyir. Hamı bir birinin evinin, intim həyatını televiziya vasitəsilə seyr edir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məscid odunu - Mehriban Vəzirin yeni hekayəsi
18:27 31 Mart 2020
Tanınmış xanımlarımızdan "Evdə qal" kampaniyasına çörək hədiyyəsi - Fotolar
17:11 31 Mart 2020
Azərbaycanda anadan olmuş tanınmış yazıçı dünyasını dəyişdi
16:02 31 Mart 2020
Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar
15:19 31 Mart 2020
Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar
14:32 31 Mart 2020
Ceyms Bond filminə 100 minlik zərbə
13:45 31 Mart 2020
Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır? - Sorğu
12:30 31 Mart 2020
Facebookda “zibil atan”ların təhlükəli səhvi
11:50 31 Mart 2020
Dahi şairimizdən Günün Şeiri
11:15 31 Mart 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
10:31 31 Mart 2020
"Santa Barbara" serialının ulduzu dünyasını dəyişdi
10:17 31 Mart 2020
Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
23:02 30 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020
"Qızıl palma budağı", "Oskar", "Qızıl Qlobus"... - Mükafatların qənimi “Parazitlər” filminin sirri
14:11 30 Mart 2020