writer1

Könül Cəfərli

Məqalə sayı

68
clock13:36 calendar-gray 09 Yanvar 2015 view-gray183 dəfə oxunub
view-gray183 dəfə oxunub

Təzə bəyin əzabları

Əvvəla onu deyim ki, toyları boykot etmirəm. Kim evliliyini bu şəkildə elan etmək istəyirsə, buyursun. Amma mərasimlərdəki bayağılığı, görməmişliyi, israfı mən də sevmirəm.

Toy evliliyin elanıdır. Yəni, qohum-əqrəbaya, tanış-bilişə elan edirsən ki, mən filankəslə ailə qururam, siz də bu xoş günümdə sevincimə şərik olun. Məqsəd budur əslində.

Ancaq günümüzdə vəziyyət o həddə çatıb ki, dəvətnamə alan adam dərdə düşür. Ayda 4 dəfə toya gedən kişi evə gəlib ayaqqabısını soyunmadan qorxa-qorxa arvadından soruşur: “Bu gün dəvətnamə gəlməyib?”

Dəvətnaməni alan qadının üzündəki əzablı mimikanı təsvir etməyə ehtiyac yoxdur. Dodağını bir balaca qaçırıb, dilucu xoşbəxtlik diləsə də, ürəyində qasırğalar qopur. Zarafat eləmə, 5 toy orta hesabla 250 manat deməkdir. Yəni, təxminən orta aylıq əmək haqqı. Belə çıxır ki, bir ay zəhmət çəkib qazandığı pulun ya hamısını, ya yarısını, ya da böyük bir hissəsini şad gününə xərcləməlidir. Bəzi adamlar isə bunun üçün borca almağa məcburdur. Toy dərdindən sağlamlığını riskə atıb həkim müayinəsini ertələyən adamlar tanıyıram.

Əslində dəvətnaməni paylayan şəxs də o anda rahat deyil. “Əcəba toya gələcək, yoxsa yox?”- təlaşını yaşayır. Dəvətli nəmərin pulunu tapanda sakitləşirsə, toy sahibinin narahatlığı hələ davam edir, məclisdə dəvət etdiyi adamları görənədək ürəyinin ətini yeyə-yeyə qalır.

Dəvətnamə kabusu bəyi əməllicə stressə salır. Zarafat deyil, 200 nəfər çağırıbsa, hər biri üçün “gələcək-gəlməyəcək?” qorxusunu yaşayır.

Bu təlaşdan uzaq olan qız evinin adamlarıdır. Söhbət oğlan toyundan gedir. Amma gəlinin yaxın qohumları da fikir çəkir. Hansı mebeli neçəyə alaq? Onsuz da çoxunda nağd pul olmur, kreditlə başa gəlir. Kredit olsa da bunun bahalısı, ucuzu var. Adətən oğlan evinin gəlinə hədiyyə etdiyi qızıllar mebelin taleyini həll edir. Gəlinin ata-anası gözləyir ki, görək qızımıza nə gətirəcəklər? Əgər qiymətli daş-qaş olarsa, deməli bahalı mebel almaq lazımdır. Hətta üzük qaşının brilyant olub-olmadığını dəqiqləşdirmək üçün qızılı zərgərə yoxladan qız evi də var.

Qız da qır-qızılı görüb bir az da ayağını dirəyir ki, kimin balasından əksiyəm? Mənə də o reklamdakı mebeldən alın. Toy bitir, yazıq dədə-ana hələ 2 il boğazından kəsib kredit ödəməli olur. Təki övladı bəyin yeni təmir olunmuş mənzilində yumşaq divanda əyləşsin, ər evində başıaşağı olmasın. Ödənişin vaxtı yaxınlaşanda gözündən sel kimi yaş axıdan neçə ana gördüm.

Qızın mebel zülmünü bəyin toy kabusu əvəz edir. Gün yaxınlaşdıqca, əsəblər gərildikcə gərilir. Hər axşam bəyin atası eynəyini taxıb qonaq siyahısına göz gəzdirir: “Filankəs gələnə oxşamır, gərək onu çağırmayaydıq. Amma qızının nişanına gedib pul yazdırmışıq. Mərifəti çatsa, gətirib pulumuzu qaytarar”.

Toy günü yetişir. Bəyin valideynlərinin üzündə sevincdən çox narahatçılıq oxunur. Gözləri masalardadır. Bir nəfərin gəlməməsi 30 manat zərər deməkdir. Oturacaqlar dolduqca bir az rahatlıq yaranır: “Şükür, deyəsən zərər etməyəcəyik”. Boş qalan 1-2 yer üçün də ümid kəsilmir. Toyun bitməsinə hələ saatlar var, bəlkə də gəldilər.

Beləcə mərasim başlayır. Səbəbkarlar zala təşrif buyurur. Qonaqlar gəlinin libasını və qızıllarını süzür. Neçəyə alınıb? Görəsən əsl brilyantdırmı? Pıçapıçlar başlayır.

Bu arada yaxın qohumlar da toya yeni geyim almalıdır. Qızılın yoxdursa, qonşudan birgünlük alıb taxa bilərsən. Əsas odur ki, yeni qohumlardan geri qalmayasan. Telefonunu satıb toya libas alan adamlar tanıyıram. Hələ salon xərclərini demirəm, bunun saç düzümü, manikürü-zadı da var. Nə isə, toy günü kişilər yazıq olur, ciblərində ancaq nəmər pulu qalır.

Tamada qudaları dəvət edir. Ayrı vaxt çığırtısı 5 qapı uzaqdan eşidilən qız anasının mikrofonla da səsi çıxmır. Maksimum fağır təsir bağışlayıb, təbrik edir: “Qızım, bu gündən atan-anan onlardır. Dədən evini unut”. Amma ürəyində bilir ki, qızı ilk aylarda dava salıb, qayınanadan ayrı yaşamağı tələb edəcək. Bəyin anası oynamamış qızın anası qol qaldırmır. Nə də olsa, qız anasıdır. Belə görünmək lazımdır.

Bəy anası da oxşar çıxış edir: “Bu gündən gəlinim yox, qızımsan”. O da bilir ki, yad qızından heç vaxt ona övlad olmayacaq. Ona görə, gəlinin cehizi gəlmədən evindəki ən yaxşı qab-qaşığı yığıb qızına göndərib.

Sonra rəqsə bəylə gəlin çıxır. Dünən qonşunun nişanında ayaqyalın şıdırğı vuran qız öz toyunda robort kimi tərpənir. Üzünə ciddi və utancaq görkəm verib qolunu güclə havada saxlayır. Qaynana, baldızlar onun əlini havada tutur, rəqsə “məcbur” edir. Gəlini qınamayın, belə görünməlidir. Yoxsa sonra deyəcəklər ki, ərə getməkdən ötrü ölürdü.

Toyda diqqət mərkəzində olan digər şəxslər isə eltilər (bəyin qardaşı arvadları) və baldızlardır. Onlar xüsusi canfəşanlıq edirlər. Ayaqlarını ayaqqabı yara etsə də bütün havaları oynamalı, şən görünməlidirlər. Sonra deməsinlər ki, paxıllıq edirlər. Yəni belə görünməlidirlər.

Mərasim bitir, yalnız nəmər sayılandan, restoran müdiri ilə haqq-hesab çəkiləndən sonra bəy tərəf rahat nəfəs ala bilir. Amma hər zaman “mutlu son” olmur. Toydan zərərlə çıxıb, aylarla borc ödəyən şəxslər də var. Təsəvvür edin ki, yeni ailə, yeni qayğılar, artan xərclərlə vuruşan təzə bəy üstəlik bir aləm borc da ödəməli olur. Maddi sıxıntının yaratdığı gərginlik münasibətlərə də təsir edir. Ailədaxili münaqişələr elə ilk gündən evə ayaq açır.

Mebel krediti isə qızın ata-ananın boğazına çökür. Beləcə, cəmi bir neçə saatlıq toy hər iki tərəfə də əzab-əziyyətlə başa gəlir. Dəyərmi?!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xurşudbanu Natəvana layihə həsr olundu - Video
12:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020