Həqiqi bildiyimiz saxta FOTOLAR

Həqiqi bildiyimiz saxta <span style="color:red;">FOTOLAR
6 yanvar 2015
# 12:10

İnternetdə, sosial şəbəkələrdə, mətbuatda yayılmış bir çox fotolar həqiqəti əks etdirtmirmiş. Kulis.Az həqiqi bildiyimiz saxta fotoların bəzilərini təqdim edir.

1. Çe Gevara və Con Lennon bir yerdə gitara çalıblarmı? Əlbəttə yox. Şəkildəki adam Wayne "Tex" Gabrieldir.

2. Con Kennedi və Merlin Monronun qucaqlaşdıqları soldakı şəkil saxtadır.

3. Pekin sakinləri hava kirli olduğuna görə günəşi görə bilmirlər. Ona görə də LED ekranlarla günəşin doğması göstərilir. İnanaqmı? Yox. Əslində dumanlı bir gündə Çinin paytaxtında nəhəng reklam lövhəsinin şəklidir.

4. Soldakı fotonun SSRİ-dəki bir ruhi xəstəxanada çəkildiyi, xəstələrin guya divara dırmaşdıqları göstərilib. Əslində bu foto 1977-ci ildə Pina Bausch adlı bir performans sənətçisinin sərgisi üçün çəkilib.

5.”Suriyadakı bir uşaq ata-anasının qəbirlərinin arasında yatır”-bu foto mediada görünəndə haqqında belə deyirdilər. Əslində isə foto Səudiyyə Ərəbistanındakı bir layihə üçün çəkilib və əvvəlcədən hazırlanıbmış.

6. Fotodakı adam Birinci Dünya Müharibəsində ölən əsgərlərin üzlərindən maska hazırlayır. Əslində isə belə deyil. Maskalar müharibə veteranları, üzündən yaralanan əsgərlər üçün hazırlanır.

7. Vladimir Putinin məyus ifadəsi. Guya Rusiyanın məğlub olduğu Rusiya-Finlandiya hokkey maçından sonra çəkilib. Əslində isə foto Rusiya-Slovakiya maçında, Finlandiya ilə oyundan 2 gün əvvəl çəkilib. Üstəlik Rusiya bu maçda qalib olmuşdu.

8. Super Ay adlı təbiət hadisəsi. Sekoya Milli Parkında həqiqətən belə bir Ay göründümü? Əlbəttə yox. Bu foto həqiqi olsaydı dünyada suyun səviyyəsi 10 metr qalxardı.

9. Guya 1937-ci ildə qadınların ilk dəfə şortla küçədə gəzdikləri gün avtomobil qəzaları baş verib. Əslində isə foto çox sonralar çəkilib. Üstəlik həmin gün heç bir qəza baş verməyibmiş. Foto isə xüsusi hazırlanıb.

10. Fotodakılar Merlin Monro və mərhum Amerika prezidenti Con Kennedi deyil. Foto fotoşopda hazırlanıb.

11. Saxtadır.

12. Fotodakı körpələr satlıq deyil. Bunlar zarafat məqsədi ilə hazırlanıb.

13. ABŞ-ın Şimali Dakota əyalətində çəkildiyi iddia edilən foto həqiqi deyil. Amma çayın adının Ürək çayı olması doğrudur.

14. Guya kimsə tərəfindən meşədə atılmış velosipedi ağac “ələ keçirib”. Vaşinqtondakı Vaşon adasında olan bu velosiped iddia edildiyi kimi 100 il əvvəl müharibəyə gedən əsgər tərəfindən atılmayıb. O, 50 il əvvəl bura atılıb. Bölgənin şerifi Don Puz velosipedin ona məxsus olduğunu desə də təsdiqini tapmayıb.

# 618 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxuyan seksual kişilər FOTOLAR

Kitab oxuyan seksual kişilər FOTOLAR

13:58 14 fevral 2015
Dindar qızın yataq otağındakı əcnəbi <span style="color:red;">FOTOLAR

Dindar qızın yataq otağındakı əcnəbi FOTOLAR

13:36 9 fevral 2015
İran qızlarının yarıçılpaq <span style="color:red;">FOTOLARI

İran qızlarının yarıçılpaq FOTOLARI

11:56 3 fevral 2015
Vaqif Səmədoğlu ilə vida mərasimi <span style="color:red;">FOTOLAR

Vaqif Səmədoğlu ilə vida mərasimi FOTOLAR

14:25 29 yanvar 2015
Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - <span style="color:red;">FOTOSESSİYA

Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - FOTOSESSİYA

09:00 23 yanvar 2015
Nazim Hikmətin çəkdikləri

Nazim Hikmətin çəkdikləri

11:38 15 yanvar 2015
# # #