news-inner
clock08:45 calendar-gray 22 Dekabr 2014 view-gray94 dəfə oxunub
view-gray94 dəfə oxunub

Məşhur aktrisa: "Qardaşım təklif etdi ki, striptiz kluba gedək"

Amerikalı aktrisa və müğənni Skarrlett Yohansson 22 noyabr 1984-cü ildə Nyu-Yorkda dünyaya gəlib. Atası Karsten Yohansson danimarkalı ssenarist-rejissor Eyner Yohanssonun oğludur, anası Melani Sloan isə amerikalı yəhudi ailəsində dünyaya göz açıb. Skarletin böyük bacısı Vanessa da aktrisadır. Onun bacısından başqa, dörd qardaşı da var. Valideynləri ayrıldığından, aktrisa iki şəhərdə - həm Nyu-York, həm də Los-Ancelesdə böyüyüb.

Aktrisa ilk debütünü 1994-cü ildə “Cənub” filmi ilə edib. 1997-ci ildə çox sevilən “Evdə tək – 3” filmində oynayıb.

Ona ilk böyük mükafat gətirən film isə “Tərcümənin çətinliyi” filmi olub. Filmdə yaratdığı Şarlotta obrazına görə “Ən yaxşı aktrisa” nominasiyasında BAFTA mükafatına layiq görülüb.

Yohansson “Esquire”, “Maxim” kimi jurnalların “Ən seksual qadınlar” siyahılarında ilk yerlərdən birini tutub. Onu 2008-ci ildə “Playboy” jurnalı “İlin ən seksual məşhuru” seçib.

Aktrisa siyasi aktivliyi ilə də fərqlənir. 2004-cü ildə Con Kerri, 2008-ci ildə isə Barak Obamanın seçki təbliğatında fəal iştirak edib. Obamanı dəstəkləyən “Yes We Can!” video çarxında da yer alıb.

Skarlet Yohanson 2008-ci ildə kanadalı aktyor Rayn Reynoldsla evlənib və iki il sonra boşanıb. Yohanssonun Castin Timberleyk, Jared Leto və hətta özündən 17 yaş böyük Benisio del Toro ilə münasibət yaşadığı deyilir.

Aktrisa “Calvin Klein”, “L`Oreal”, “Dolce&Gabbana” kimi markalarının reklam siması olub.

Kulis.az “Esquire” dərgisinə istinadən Skarrlett Yohanssonun həyatdan öyrəndiklərini təqdim edir.

Mən cavab verəndə çox düşünməyi sevmirəm, ona görə də mənə sadə suallar verilməyindən xoşum gəlir.

On səkkiz yaşımda 25 yaşlı qızı oynayırdım. Yəni mənim əsl uşaqlığım olmayıb. Amma mən məyus olmuram. İmkan daxilində əvəzini çıxacağam.

Mənim nəslim çox mənasız nəsildir. Biz nəylə böyüdük? Saqqız çeynəməklə, şirin səsli oğlanların oxuduğu pop qruplarını, rep və metalın dəhşətli hibridləşmiş formasını dinləməklə.


Qəfildən kimisə sevmək yaxşı şeydir. İnsan hələ də yaşadığının fərqinə varır.

Mən heç vaxt liftdə Benisio del Toro ilə sekslə məşğul olmamışam. Bu mənim bir ağılsız jurnalistə uydurub dediyim zarafat idi. Mən sözbəsöz belə demişdim: “Mən indi özümü Benisio del Toro ilə liftdə sevişmiş kimi hiss edirəm”. Sonra onlar “hiss edirəm” yerini çıxartdılar. Deyəsən mən axirətdə də bu suala cavab verməli olacam.

Ərdə olmağın yeganə əsas üstünlüyü: özün haqqında indiyə kimi bilmədiyin şeyləri öyrənirsən.

21 yaşım tamam olanda qardaşım təklif etdi ki, striptiz kluba gedək. Orda olanda kimsə mənimçün xüsusi olaraq rəqs sifariş verdi. Bu dəhşətli idi. Çünki mənimçün rəqs edən qızı elə arıq idi ki, onun büzdümü və ya hansısa başqa bir dik duran sümüyü mənim bədənimi göm-göy eləmişdi.

Öz klonumla nə edərdim? O mənim ən yaxın dostum olardı. Onunla birlikdə kinoya gedərdik.

Super-qəhrəmanlar tərləsələr belə, onlardan iy gəlmir. Amma mən super-qəhrəmanları sevmirəm. Mutantlar mənim xoşuma gəlir.

Yəqin ki, tezliklə mənim də kompüter oyunum çıxacaq. Bu kinodan yaxşıdır. Oyunda sellulit görünmür.

Bir dəfə Los-Ancelesə gedirdim, qəfildən qabağıma mənim də olduğum bir reklam lövhəsi çıxdı. Qəfildən əyləci basdım. Dinozavr boyda döşlərimi görəndə nə etməliydim?

Çörəyi çox sevirəm. Aktrisa olmasaydım, çörək sexində işləyərdim.

Gözəlliyin sirrini anamdan öyrənmişəm: çoxlu su iç, zəngli saata qalxma, siqaret çəkmə.

Heç vaxt seksual görünməyimlə bağlı qayğım olmayıb. Sadəcə dəli kimi görünmək həmişə məni narahat edib.

Özünü şöhrətə məşhurluğa hazırlamaq mümkün deyil. Mən hələ də bilmirəm ki, bazarlıq edəndə mənim şəklimi çəkə bilərlər.

Ulduz olmaq – mənim nəzərimdə - hansısa restoranda növbədənkənar yer tuta bilməkdir.

Mən istəyirəm ki, əlaqədə olduğum bütün adamlara inanım və inanmadığım adamlarla bütün əlaqəni kəsim.

Yaxşı ki indi 19-20 yaşım yoxdur. Bu yaş - qeyri-müəyyənlik yaşıdır.

Mənim Facebookum, Tvitterim yoxdur. Boş-boş informasiyalardan nə qədər uzaq dururamsa, o qədər xoşbəxtəm.

Dünyada ən çox istədiyim şey gözəl olmayan qadını oynamaqdır.

İnsanlar bunu daim qarışdırırlar – biri var ekrana çılpaq çıxmaq, biri də var pornoya çəkilmək.

Hamı deyir ki, tamaşaçı hər şeyi həll edir. Amma tamaşaçı heç nəyi həll etmir. Ona nə verirsənsə, onu götürür.

Yaxşı ssenari 75 səhifəni ötməməlidir.

Mən heç kimin muzası olmaq istəmirəm.

Mən həmişə özümdən daha artığını gözləmişəm.

news-inner-user
Günel Əsgərzadə

268 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Kukla Teatrı uşaqları dəvət edir
14:50 19 Sentyabr 2019
Oğlumun “Anam hardadı” sualı – Elşad Mirzə
14:10 19 Sentyabr 2019
Ülviyyə Heydərovanın pyesi beynəlxalq müsabiqədə
13:21 19 Sentyabr 2019
Əjdər Olun kitabı Serbiyada çap olunub
12:41 19 Sentyabr 2019
Məni öz qatilliyimə sevindirən Elina - Bircə yazır…
12:06 19 Sentyabr 2019
Evli qadınla sevgili olan Yafəs Türksəsin görünməyən üzü
11:31 19 Sentyabr 2019
Azərbaycanlı şair Nobel mükafatına təqdim edilib
10:49 19 Sentyabr 2019
“Bir şeir” müsabiqəsinin şərtlərində yenilik
10:14 19 Sentyabr 2019
Dərbənddə Nizami Gəncəvinin abidəsi ucaldılacaq
09:45 19 Sentyabr 2019
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı keçirilib
09:18 19 Sentyabr 2019
Rahatlıq axtaran kəndin tənha çobanı – Sevda Sultanova yazır...
09:00 19 Sentyabr 2019
“Peyğəmbərə dua etməyi günah sayıram”
21:00 18 Sentyabr 2019
Filmlərimiz Özbəkistanda nümayiş olunacaq
18:25 18 Sentyabr 2019
Yaramaz qızın sərgüzəştləri – Seymur Baycan yazır...
17:37 18 Sentyabr 2019
Elçin Stalin haqda pyes yazıb
17:01 18 Sentyabr 2019
Üzeyir Musiqi Günü metroda qeyd edilib - FOTOSESSİYA
16:30 18 Sentyabr 2019
Üzeyir bəy
16:10 18 Sentyabr 2019
“Güllələnmiş heykəllər” ziyarət edilib
15:30 18 Sentyabr 2019
Bu yazıçıların imza günü keçiriləcək
14:47 18 Sentyabr 2019
“Bir şeir” müsabiqəsinə əsərlərin qəbulu başladı – Mətnlər
14:01 18 Sentyabr 2019