Gəl, ikinci arvadım ol!

Gəl, ikinci arvadım ol!
19 dekabr 2014
# 11:16

Bir az əvvəl illərlə sevdiyim, sonra nifrət etdiyim qızı gördüm. Yenə də o məni görmədi. Üzündə qırışlar yaranıb, qocalıb. Bir dəlidən zaddan da yoxdu ki özünü sırısın. Zəhləm getsə də ürəyim ağrıdı. Bu şeri də ona yazdım birnəfəsə...

Qocalırsan, illər ötür

Gəl ikinci arvadım ol

Ayişədən nümunə götür

Gəl, ikinci arvadım ol

Oynamaram cığal-cığal

Naz çəkərəm sığal-sığal

Birincidən icazə al

Gəl, ikinci arvadım ol

Əbəs yerə qocalmadın

Varlığımdan güc almadın

O vaxt birinci olmadın

Gəl, ikinci arvadım ol

Gəl, ailəmin bir üzvü ol

Sənin də bir ailən olsun

Məcbur deyil arvadım ol

Anam, bacım, qardaşım ol

# 552 dəfə oxunub

Oxşar xəbərlər

# # #