news-inner
clock09:30 calendar-gray 07 May 2014 view-gray216 dəfə oxunub
view-gray216 dəfə oxunub

Atasını zəhərləyib öldürən oğlanın hekayəti

Kulis. az “Baxılası 50 film” layihəsində kinoda neorealizmin əsasını qoyan italyan rejissoru Roberto Rosselininin (1906-1977) “Almaniya, sıfır ili” filmini təqdim edir.

Roberto Rosselini Romada memar ailəsində anadan olub. Atası Romada ilk kinoteatrı qurub və uşaqlıqda Rosselininin filmlərə məhdudiyyətsiz baxmaq imkanı vardı. Gəncliyində özünü kinonun müxtəlif sahələrində sınayan Rosselini böyük təcrübə toplayır.

İkinci Dünya Müharibəsi zamanı Rosselini çətin vəziyyətdə idi. Bir tərəfdən köhnə tanışı Vittorio Mussolininin sayəsində rəsmi şəkildə kino-sənayedə işləyirdi, başqa bir tərəfdən isə əl kamerası ilə antifaşist reportajlar çəkirdi.

1941-ci ildə o, ilk tammetrajlı bədii filmini “Ağ gəmi”ni çəkir. Real döyüşlər gedən bölgədə lentə alınan film İkinci Dünya Müharibəsi zamanı italyan dəniz donanmasının fəaliyyətindən bəhs edir.

1942-ci ildə rejissorun çəkdiyi “Pilot qayıdır”“Xaçlı adam” filmlərində müharibənin iztirablari təsvir edilib və hər iki ekran əsərində mümkün qədər sənədlilik saxlanılıb.

1945-48 arası Rosselini “müharibə trilogiyası”nı lentə alır. Müharibənin sonlarında o, ssenarisiz və həvəskar aktyorlarla müharibədən sonrakı Avropa kinosunun manifestinə çevrilən, Kannda “Qızıl Palma Budağı” alan “Roma açıq şəhərdir” dramını çəkir.

Film müqavimət hərəkatının üzvləri olan romalıların faşizmə qarşı mübarizəsini anladır. Bu filmdə baş rolu oynayan Anna Manyani ilə rejissorun çılğın romanı başlayır.

Trilogiyaya daxil olan ikinci film-“Payza” altınovelladan ibarətdir. Novellalar sənədli kadrlarla başlayır və hər əhvalatda bir insan taleyi əks olunur.

“Sevgi” (1948) filmində Anna Manyani iki müxtəlif qadın obrazı yaradır. Jan Koktonun “İnsan səsi” pyesi əsasında hazırlanan melodram bir qadının eşq hekayətini anladır. Federiko Fellininin ssenarisi əsasında ekranlaşdırılan “Möcüzə”də isə hamilə qalan qadını sevgilisi aldadır.

1940-cı illərin sonunda Rosselini İtaliyanın ən tanınmış rejissoru idi.

1948-ci ildə rejissor Hollivud ulduzu İnqrid Berqmandan əməkdaşlıq təklifi alır. Növbəti il Berqmanın da baş rol oynadığı “Stromboli” filmini çəkir. Əsir qadının taleyini anladan filmin çəkilişləri zamanı Rosselini ilə Berqman arasında eşq romanı başlayır. Onların münasibəti ictimai qalmaqala səbəb olur. Çünki hər ikisi ailəli idi. Sevgililərin nikahdan üç uşağı - bir oğlu və iki qızı doğulur. Qızlardan biri İzabella Rosselini məşhur model və aktrisadır.

Rosselini ilə Berqmanın müştərək layihəsi uğur qazanmadı.

1950-ci illərdə onlar ayrıldılar.

Rejissorun 1951-ci ildə çəkdiyi “Assizli Fransisk, Tanrının menestreli” (orta əsrlərdə İngiltərədə və Fransada gəzərgi şair və çalğıçı-red) filmi dini-mistik motivlərə əsaslanır. Film Assizli Fransiskin (məşhur katolik din xadimi və Fransiskan Ordeninin banisi-red). həyatının ayrı-ayrı epizodlarından ibarətdir.

“General Della Rovere” (1959) rejissorun son uğurlu filmi oldu. İtalyan jurnalisti və tarixçisi İndro Montanellinin romanı əsasında ekranlaşdırılan filmdə fırıldaqçı Bardone insanların etibarını qazanmaq üçün özünü polkovnik kimi qələmə verir. O, almanların həbs elədiyi adamların qohumlarından pul alaraq onlara kömək edəcəyini deyir.

Film Venesiyada “Qızıl Şir” mükafatını alır.

1950-ci illərin sonunda o, Hindistana həsr olunan çoxseriyalı sənədli film çəkir. Bu filmin soyuq qarşılanmasından məyus olan rejissor mətbuat konfransı keçirərək bəyan elədi ki, kino ölüb. Və bundan sonra o, televiziyada işləyərək geniş kütlələrin maariflənməsi üçün filmlər işləyəcək.

Alfred Hiçkok Rosselininin “kino ölüb” fikrinə belə münasibət bildirib: “Kino yox, Rosselini ölüb”.

Rejissor televiziyada məşhur şəxsiyyətlərin bioqrafiyasını çəkir: “XIY Lyüdovik”, “Sokrat”, “Paskal” və s.

Rosselini ürəktutmasından vəfat edib.

“Baxılası 50 film” layihəsində rejissorun italyan neorealizminin zirvələrindən sayılan, “müharibə trilogiyası”nın son - “Almaniya, sıfır ili” filmini təqdim edirik.

Süjet: Film müharibədən sonrakı alman ailəsinin taleyindən bəhs edir. Evi dağılan ailə darısqal mənzilə yerləşdirilir. Ata ağır xəstə olduğuna görə ailəyə maddi cəhətdən yardım edə bilmir. Oğlu faşistlərin düşərgəsində vuruşduğu üçün gizlənir. Ailənin maddi yükü barlarda amerikalı əsgərlərlə vaxt keçirən qızı Eva və pul qazanmağa çalışan 12 yaşlı Edmundun üzərinə düşür. Edmund nasist, pedofil müəllimi ilə qarşılaşır. Müəllimi ona “zəif və faydasız adamlar ölməlidir” fikrini təlqin edir.

Edmund atasının çayına zəhər qataraq onu öldürür.Bundan sonra günah hissi onu tərk etmir. O, günah hissini unutmaq üçün yaşıdları ilə oynamağa çalışır, amma uşaqlar onu qovur.

Edmund dözməyərək intihar edir. Bu final səhnəsi müharibədən sonrakı Avropa kinosunun ən dəhşətli səhnələrindən sayılır.

Rosselini filmi 8 yaşında ölən oğlu Romanoya həsr edib. Bütün rolların qeyri-peşəkarlar oynayıb. Rejissorudəhşətə gətirən Edmundla oğlunun zahirən çox oxşaması olub. Bəzi epizodlarda oğlunun vərdişlərini təsvir edib.

Pessimist ovqat elə filmin ilk kadrlarında-qəbir qazmaq səhnəsində duyulur. Ekspressionizmdə olduğu kimi filmə kontrastlı işıqlandırma, radikal montaj həlli, zəhərlənmə səhnəsində dramatizmi bilərəkdən azaltmaq xasdır.

Film Lokarno festivalında Qran-pri alıb.

Fransız rejissoru Fransua Trüffo “400 zərbə” filmini “Almaniya, sıfır ili”nin təsiri ilə çəkib. Trüffoya görə Rosselini Jan Viqodan sonra ikinci rejissordur ki, uşaqları sentimentallıq olmadan çəkib.

Bernardo Bertoluççi “Almaniya, sıfır ili”ni sevdiyi filmlərin sırasına daxil edib.

Bu film Mixael Hanekenin də sevdiyi əsərlərdəndir.

Filmə burdan baxa bilərsiniz:

http://www.ivi.ru/watch/57009

Oxşar xəbərlər

Xəbər lenti

Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır? - Sorğu
12:30 31 Mart 2020
Facebookda “zibil atan”ların təhlükəli səhvi
11:50 31 Mart 2020
Dahi şairimizdən Günün Şeiri
11:15 31 Mart 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
10:31 31 Mart 2020
"Santa Barbara" serialının ulduzu dünyasını dəyişdi
10:17 31 Mart 2020
Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
23:02 30 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020
"Qızıl palma budağı", "Oskar", "Qızıl Qlobus"... - Mükafatların qənimi “Parazitlər” filminin sirri
14:11 30 Mart 2020
Rüstəm İbrahimbəyovla Nikita Mixalkov arasında nə baş verir? - Açıqlama
13:30 30 Mart 2020
Günəmuzd işləyənlərin ölümlə rəqsi
12:44 30 Mart 2020
Koronavirusa tutulan və sağalan yazıçıdan qeyri-adi açıqlama
11:35 30 Mart 2020
"I Live Rockn Roll" hitinin müəllifi dünyasını dəyişdi
11:09 30 Mart 2020
Kafkanın ölümündən sonra kuklanın içindən çıxan məktubu
10:33 30 Mart 2020
Babəkin oğlunu oynayan aktyor: "Yerdən siqaret kötüyü yığırdıq" - Müsahibə
08:59 30 Mart 2020