Qış gəlib

Qış gəlib
26 noyabr 2014
# 12:10

Bu gecə qış gəlib bizim həyətə
Hardansa bir həyət günah gətirib
Bir pişik də gəlib, sahibsiz pişik
Elə bil gözündə allah gətirib
Bu gecə külək də tərsinə əsir
Yarışa giribdir ağaclar ilə
Bəlkə də, ağacdan doymayıbdılar
Həyətdə yarpaqlar gəzişir elə
Üstünə qar yağan o qara stol
Qalıbdır soyuqda üşüyür bəlkə
Bəlkə də, indi bir adam axtarır
Razıdır hər kəsin yükünü çəkə
Bu gecə üşüyür həyət-bacamız
Pəncərə küləyin tütəyi olub
Oturub gözləyir sahibsiz pişik
Qapımız Əzrayıl ətəyi olub
Bu gecə qonağım sahibsiz pişik
Uzun yollar gəlib, yorulub tamam
O mənim sirdaşım, gecəmə şərik
Mən onun gözündə adi adamam

# 599 dəfə oxunub

Oxşar xəbərlər

# # #