news-inner
clock16:49 calendar-gray 20 Noyabr 2014 view-gray900 dəfə oxunub
view-gray900 dəfə oxunub

“Burnuma araq qoxusu gəlir, nəinki ədəbiyyat”

Kulis.az yazıçı Qan Turalının Aktual.az-a verdiyi müsahibəni təqdim edir.

- Qan Turalı özünü azad yazıçı hesab edirmi?

- Azadlıq nədir axı? İnsan tam mənada azad ola bilərmi? Bunlar dərin fəlsəfi mətləblərdir. “Azadlıq nədir?” sualına cavab tapmamışıqsa mən öz azadlığımı hansı alətlə ölçəcəyəm?! Hə, mən istədiyim şeyi yaza bilirəm. Amma istəklərim azaddırmı? Diləklər azaddırmı? Cəfər Cabbarlı Biləgənli Elxanın, yəni Babəkin dilindən yazırdı:

“Azadistəklər,azaddiləklər,azadhərəkətlər-budurmənimqanunum!”

Amma kim təyin edir azadlığı? İnsanlara azadlıq gətirən bolşeviklər səma altında, QULAQ adında dünyanın ən böyük həbsxanasını yaratmadılarmı? Hitler də azadlıq gətirirdi. Azadlıq carçıları kor bir nadanlığın əsiri deyilmi?

Hər şeydən qabaq azadlıq carçılarını azad etmək gərəkdir.

- Ədəbi aləmdə sizi qane edən və etməyən məqamlar hansılardı?

- Ədəbi aləmin mövcudluğuna inanmıram. Bu Sovet sovxasıdır. Yazıçılar yazır, ideyalar inkişaf edir, cərəyanlar ayrılır və birləşir, köhnə nəslin estetik dəyərləri inkarı inkara uğrayır. Bunlar məlum məsələlərdir. Ədəbi mühit isə mənə bir ovuc cızma-qaraçının özlərini ədəbiyyatda hiss etdirən uydurma bir məkan kimi gəlir. Ədəbi mühit deyəndə mən yeraltı kafelərdən yüksələn ədəbi nərələri eşidirəm, burnuma araq qoxusu gəlir, nəinki ədəbiyyat...

- Yaxşı bəs ədəbiyyatda vəziyyət necədir?

- Deyəcəklərim doqma deyil, öz fikirlərimi yazıram. Azərbaycanda çox narahat bir cəmiyyət var. Sosial problemlər, kənddən şəhərə köç, istismar... Üstəgəl də dini radikalizm. Lakin ədəbiyyatımızın zamanın çağırışlarına səs vermədiyini düşünürəm. Bu iradlar eyni şəkildə mənə də aid oluna bilər. Mən təfəkkürcə bir az başqa cür düşünürəm. Tutaq ki, dini radikalizmin qlobal problemə çevrildiyi bir dünyada sufilik haqda yazıram. Lakin bizim çox gözəl qələmi olan yazıçılarımız var ki, bu mövzularda parlaq əsərlər yaza bilərlər. Ədəbiyyat real həyatdan çox uzaqlaşıb. Əlbəttə ki, hamını cəmiyyətin gündəminə çağırmaq olmaz. Lakin ölkədəki problemlər də ədəbiyyatda öz əskini tapmır. Harda qaldı bizim realist yazıçılarımız? Hərə bir “izm”in arxasınca düşüb, o ”izmə” aidiyyəti olmayan saxta əsərlər yazılır. Kimsə özünün intellektual olduğunu, bir başqası kənd əhvalatlarını xalqa sırımaq istəyir və güman edir ki, onun ucuz hekayələri kiməsə maraqlı olacaq. Hərə bir kompleksin arxasınca gedir. Əlbəttə ki, kənddə də gözəl əhvalatlar var, əlbəttə ki, yazıçılıq üçün intellektuallıq əsas şərtlərdəndir, lakin ədəbiyyat ictimai həyatdan çox geri qalır. Cəmiyyət həyatının bir çox kataklizmləri ədəbiyyatda öz əskini tapmır. Amma dünyada elə deyil, misal üçün qonşu Rusiyada bir çox sosial problemlərin bədii həlli verilir. Əlbəttə ki, mən heç kimin yaradıcılıq mətbəxinə burnumu soxmaq istəmirəm. Sadəcə fikirlərimi deyirəm, bəlkə bir adamın ağlına batdı.

- Siz Azərbaycanda kimləri şair və yazıçı hesab edirsiniz?

- Bütün yazıçı və bütün şairləri...

- Özünüzü köşə yazarı, yoxsa yazıçı hesab edirsiniz?

- Yazıçıya köşə yazısı yazmaq qadağandırmı? Mən bəzilərinin az qala söyüş kimi tələffüz etdiyi “köşə yazarı” adını şərəflə qəbul edirəm. Bizim bəzi yazıçılarımız elə bilirlər ki, köşə yazmaq nəsə pis bir şeydir. Halbuki bir tək Seymur Baycan onlarla yazıçının yazdığı yüzlərlə romandan daha gözəl yazılar yazıb, ədəbiyyatı təbliğ edib, oxuculara istiqamət verib. Köşə yazıları insanların cari qayğılardan ayırıb onlara ədəbiyyat adlı mələyin varlığını xatırladır, insanların təfəkkürünə təsir edir, onları xoş ideallara səsləyir, hansısa bir roman, hansısa bir film haqqında məlumat verir.

Fikir versəniz aydın şəkildə görərsiniz ki, ən çox oxunan yazıçılar eyni zamanda dövri mətbuatda müntəzəm şəkildə çıxış edən müəlliflərdir. Başqa cür ola da bilməz. Yazıçı müğənni deyil ki, şəklini bilbordlara asaq. Oxucu ilə yazıçının ilk tanışlıq yeri mediadır, daha sonra kitablar gəlir. Oxucu ilə təmas hər zaman lazımdır.

- İndi nə oxuyursunuz?

- Son günlərdə gərgin bir oxu rejimi içərisindəyəm. Qəribə bir adətim var, sevdiyim yazıçıların bütün əsərlərini oxumağa əlim gəlmir. Misal üçün Remarkın dörd romanın oxusam da onun ən məşhur romanı “Qərb cəbhəsində təbəddülat yoxdur” romanını gələcəyə saxlamışam. Hermann Hesseyə də eyni münasibət bəsləyirəm. Bazar günü “Siddhartta”nı oxuyub dəhşətə gəldim. Türkiyədən son səfərimdə aldığım kitabları saf-çürük edəndə buddizmlə bağlı üç kitab gördüm. Buddizmin məni Vittgenşteynin istiqaməti ilə cəlb edir. “Siddharta” Henri Millerin də dediyi kimi bir romandan ziyadə müqəddəs bir kitabdır. İndi isə gənc türk yazıçısı Hakan Bıçaqçının “Doğa tarixi” romanını oxuyuram. Əslində müasir romanların tematikası ən ümumi şəkildə da budur: Modern insanın ziddiyyətləri. Budda da müasir insan ziddiyyətlərinin həlli üçün bir çarə təklif edir.

- Modern insan kimdir?

- Elə insanlar var ki, onlar elə 90-cı illərin ab-havasında yaşayırlar. Onlar modern insan deyillər. Modern insan müasir dünyanın yaratdığı insandır. O insan getdiyi hər yeri Facebooka qeyd edir, bank kartları ilə ehtiyacı olmayan şeyləri alır, alış-verişini supermarketlərdə edir, günü telefonda keçir, xəbərləri internetdən izləyir, sürət əsrində yaşayır, plazalarda işləyir. Müasir həyatının bütün komfort və narahatlıqlarını yaşayır. Onun yaşadığı dövrün paradokslarını, yaşadığı daxili ziddiyyətləri idrak və təsvir etmək gərəkdir. Bu mənada da bizim ədəbiyyat modern insana soyuq yanaşır, ondan uzaq dayanır.

- Bəs buddizmin təklif etdiyi çarə nədir?

- Mən buddizmi ancaq indi-indi araşdırmağa başlamışam. Bu vaxta qədər isə ancaq müxtəlif yazıçılar xüsusən də Selincerlə buddizmə yaxınlaşmışam. Bir də təbii ki, Hessenin “Siddhartha”sı. Siddharta Kamalaya dediyi sözlərə fikir verin: “Sən başqa insanlara bənzəmirsən. Sənin içində elə bir şey var ki, sən ona sığına bilərsən. İnsanları vecinə almazsan. Sən öz içindəki cövhərlə xoşbəxt ola bilərsən. Öz daxili dünyan səni mutlu edə bilər”.

Biz şou dünyasında yaşayırıq. Hamı özünə başqalarının gözüylə baxır. Aynaya baxanda belə düşünür ki, görəsən başqalarına necə görünürəm. “Özünü dərk et” aforizmi müasir dövr üçün dəbdən düşüb. Əsrlərdir insanlar özlərini dərk etmək üçün nələri qurban vermirdilər? Monastırlara, sufi təkkələrinə düşən adamları xatırlasana... Ac qalırdılar, susuz qalırdılar, qaranlıq çiləxanalarda illər keçirdirdilər. Nizami Gəncəvi 40 dəfə çiləyə girib. Hər çilə 40 gündür, hardasa 5 il yeraltında yaşayıb Nizami. Ruhunun cövhərlərini axtarıb, özünü axtarıb o qaranlıq otaqda...

Amma indi görüntü dünyasındayıq. Qlamur jurnallarda oxuyuruq ki, 100 min manatlıq maşınını restoranın içinə sala bilmərsən, ona görə də bahalı saat taxmalısan ki, sənin zəngin olduğunu restoranda bilsinlər. Nəyə görə axı? Sənin zəngin olduğun insanlar üçün çoxmu vacib informasiyadır?

Belə bir zamanda buddizmin insanın daxili aləmini gözəlləşdirməsi haqda öyüdləri çox yerində görünür. Çünki bu gün insan ən çox özü-özündən uzaqlaşıb, təbiətdən uzaqlaşıb, sünilikdən uzaqlaşıb. Süni parıltılar içində insan özünə özgələşib. Ruhuna özgələşib. Qadınlar sinəsi, kişilər boyları haqda düşündüklərinin heç yüzdə biri qədər ruhları haqda düşünmürlər. Biz əslində minlərlə tövbəsiz Nexlyudovların əhatəsində yaşayırıq. Ölü Nexlyudovlar. Ölülər!!! Maslovalar fahişədi, Nexlyudovlar əxlaqsız. Heç kim ruhunun xilası haqqında düşünmür. Lüks maşınlardan görünən dünyalar insanları daha çox cəlb edir. Ruhlarımıza Swarovski daşlarla bəzədilmiş almaz xəncərlər sancılıb.

- Çox pessimist danışırsınız...

- Buddist rahiblər Myanmada müsəlmanlara qarşı soyqırım edir. Düşünə bilirsinizmi, bunu? Dağıstandakı sufilər də artıq terrora qurşanıblar. İŞİD-in elədiklərini görürük. Dünya getdikcə radikallaşır. Dünya getdikdə terrorlaşır. Çünki insan öz kompasını itirib. İnsan getdikcə daha canavar, daha vəhşi olur.

- İndi hansı əsər üzərində işləyirsiniz?

- Heç bir əsər üzərində işləmirəm. Arada beynimə ideyalar gəlir, onları qeyd edirəm.

Yazmaq dolub-boşalmaqdır. Boş beyindən, boş ürəkdən nə əsər çıxacaq ki? Yazmaq dərin və üzücü mütaliə prosesinin nəticəsidir. Onlarla kitab, jurnallar, filmlər, tamaşalar... Oralardan gələn ideyaların beynimdə emalı, beynin kəmiyyətcə zənginləşməsi, sonra isə fikirlərin daxili təkamülü, analizi, sintezi...

Biz bəzən unuduruq ki, ədəbiyyat idrak vasitəsidir. Dünyanı anlamaq cəhdidir. Bəzi filosoflar misal üçün Hegel ədəbiyyatı fəlsəfədən daha kiçik miqyaslı idrak forması kimi nəzərdən keçirtmişlər. Bu barədə dərin mübahisələrə dalmadan bircə şeyin gerçək olduğunu bilirik: “Ədəbiyyat idrak hadisəsidir”.

Biz əsər yazmaqla idrakımızın əldə etdiyi nəticələri bölüşürük. Ədəbiyyat idrakımızın sərgisidir. Hər bir əsər mahiyyətcə yazıçının yeni ideyası olmalıdır.

Bəzən çox xaotik bir oxu prosesinə qoşuluram. Lakin zaman keçdikcə xaosun mənə bəlli olmayan prinsipləri aydınlaşır. Mənə aydın olur ki, əslində bir birinə çox uzaq kimi görünən kitablar, ideyalar vahid ideyanın zərrələri imiş.

Hər bir əsər prinsipcə yeni bir ideya, yeni bir yanaşma tələb edir. Bu yenilik bəlkə də dünya üçün heç nə ifadə etmir, lakin yazıçı üçün irəliyə atılmış bir addım olmalıdır.

- Sosial media haqda nə düşünürsünüz?

- “Əcəb epoxaya düşmüşük”. Görəsən, yazı kəşf olunanda necəymiş? Hamı əlinə bir şey alıb hər yerə adını yazmırmış ki? Arximed qumların üstünə yazırdı.

İnsanın öz düşüncələrini başqaları ilə paylaşmaq ehtirası əbədidir. Məktəb partalarına adını yazanları görməmişikmi? Tualet divarlarına yazılan telefon nömrələri, küçə divarlarına yazılan “A+S=S”, ailə albomları sosial media ilə əvəzlənib.

Yalnız bircə cihaz-telefon bloknotu, qol saatını, maqnitofonu, fotoaparatı faktiki olaraq sıradan çıxardıb. Və bu imkanlar insanlara hər anını paylaşmaq üçün münbit şərait yaradır.

Amma biz sosial media erasının ilk illərində yaşayırıq. Bir müddət sonra alışacağıq. Biləcəyik ki, nəyi paylaşmaq olar, nəyi olmaz. Biləcəyik ki, sosial mediaya nə qədər vaxt ayırmaq lazımdır. Daha yeniyik. Daha uşağıq. Çağayıq. Öyrənirik. Amma onu bilirəm ki, bu sosial media belə gəlib, amma belə gedə bilməz. Bu çılğınlığın bir sonu olmalıdır.

news-inner-user

17115 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020
“Qarabağ”ın Qarabağ qələbəsi – Ulucay yazır...
15:34 26 Noyabr 2020
İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı faktlar
14:53 26 Noyabr 2020
"Can Azərbaycan" adlı müsabiqə elan olundu
14:10 26 Noyabr 2020
Qəriblik - Əli Şirindən şeir-esse
13:32 26 Noyabr 2020
Xalq artistindən sürpriz Şuşa açıqlaması
12:53 26 Noyabr 2020
Cavanşir Quliyev: "Bakıda lazım olduğuma əmin deyiləm" - Müsahibə
12:11 26 Noyabr 2020
Əməkdar artist vəfat etdi
11:39 26 Noyabr 2020
Aqşindən Seymur Baycana reaksiya: "Onu oxumuram"
11:09 26 Noyabr 2020
Xəlil Rza Ulutürkün bacısı dünyasını dəyişdi
10:17 26 Noyabr 2020
Maradonanın ən böyük peşmanlığı - Ayxan Ayvaz yazır...
10:00 26 Noyabr 2020
Bombardmandan Azərbaycan bayrağını çıxaran gəncəli Xəyyam: “Gördüm, qızımın başından qan axır”
09:00 26 Noyabr 2020
İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020