writer1

Qan Turalı

Məqalə sayı

228
clock13:55 calendar-gray 20 Noyabr 2014 view-gray1475 dəfə oxunub
view-gray1475 dəfə oxunub

Unutsam, pıçılda

Çağan Irmak kütləvi filmlərin rejissoru kimi tanınır.

Gənc olmasına baxmayaraq (44) on bir tammetrajlı film çəkib.

Bura səkkiz teleserialı da əlavə etsək böyük bir rəqəm alınır.

Rejissorun ən çox uğur qazandığı film “Babam və oğlum”dur (2005).

4 milyon adamın baxdığı film 25 milyon lirə gəlir gətirmişdi.

Uğur yalnız rəqəmlərdə deyil.

Atalar və oğullar kimi əbədi mövzudan gözəl film çıxartmaq o qədər də asan deyil.

2008-ci ildə melodrama janrında “Issız adam”ı çəkən rejissor kassada da uğur qazandı. (2.7 milyon tamaşaçı)Lakin rejissorun sonrakı filmlərinin tamaşaçı sayı sürətlə azalmağa başladı.

Misal üçün “Dedemin insanları” filmini 1.2 milyon tamaşaçı izlədi.

“Issız adam” filmində üstüörtülü qoyulan homoseksualist mövzusunu açıq şəkildə bəyaz pərdəyə gətirən “Tamam mıyız” filmi isə sadəcə fiasko idi. Filmə cəmi yarım milyon adam baxmışdı. “Babam və oğlum”dan 8 dəfə az.

Rejissorun son filmi “Unutursam fısılda” isə rejissorun papağını qarşısına qoyub düşüncəyə daldığı filmdir.

Adətən filmlər nə qədər bayağı olursa o qədər çox uğur qazanır.Misal üçün Cem Yılmazın ən gözəl filmi sayılan “Hokkabaz” ən az baxılan filmidir.

Ya da Recep İvedikin ən pis filmi olan “Recep İvedik 4”-ə 7 milyon tamaşaçı baxdı.

Tamaşaçı isə Çağan Irmakın sənətinə dəqiq qiymət verir. Belə olmasaydı “Babam ve oğlum” və “Issız adam” filmləri uğur qazanmazdı.

***

“Unudursam fısılda” müğənni və şairə olan iki bacı haqqındadır.

Filmin məzmununu yazmıram.

Əhvalatlar Sezen Aksunun "Belki şehre bir film gelir, İklim değişir akdeniz olur, Gülümse" 
sözləriylə təsvir etdiyi qəsəbədə keçir. 

“Xəyallarının arxasınca gedin”: Filmin şüarı budur.

Tibb bacısına çevrilən şairə kənddə qalır, müğənni isə şöhrət qazanır.

Filmdə dolanışıq dərdi ilə kütləvi sənətlə məşğul olmağa məcbur qalmış musiqiçilərin daxili tərəddüdləri əks edilib.

***

Filmin qalası Nizami Kino Mərkəzində də tamamilə məxfi şəkildə keçirilib.

Dövlət agentliklərindən başqa heç bir media orqanı Çağan Irmakın Bakıdakı mətbuat konfransına dəvət edilməmişdi.

Görünür, Nizami Kino Mərkəzinin rəhbərliyi təqdimatda “Issız adam” atmosferi yaratmaq istəyirmiş.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021
Taleh Yüzbəyovdan yeni film gəlir - Fotolar
16:13 27 İyul 2021