news-inner
clock09:45 calendar-gray 30 Oktyabr 2014 view-gray1143 dəfə oxunub
view-gray1143 dəfə oxunub

Baxı həyata qaytaran bəstəkar

Yakob Lüdviq Feliks Mendelson Bartholdi – alman musiqiçi, pianoçu, orqançı və orkestr şefi 3 fevral 1809-cu ildə Hamburqda dünyaya göz açıb.

Alman romantizmi üslubunda klassik Qərb musiqisi bəstəkarıdır. O, Baxı həyata qaytaran insan kimi tanınır. Ən istedadlı bəstəkarlardan biri kimi qəbul edilən Mendelson Motsartın XIX əsrdəki ekvivalenti kimi tanınır.

Mendelson aristokrat ailənin dörd uşağından üçüncüsüdür. Atası Abraham Mendelson varlı bank işçisi, babası Moses Mendelson isə yəhudi dindar və filosof idi. Babası nə mühafizəkar olsa da Mendelsonun ailəsi 1816-cı ildə Hamburqdan Berlinə köçdükləri müddətdə musəvilikdən protestantlığa keçib. Eyni zamanda Bartholdi soyadını götürüblər. Amma Feliks bu dəyişikliyə qarşı çıxıb və Mendelson soyadını istifadə etməyə davam edib. Protestantlığı qəbul etsə də yəhudi keçmişindən qürur duyub.

Ailənin dörd uşağının hamısında musiqi istedadı var. Xüsusən, Feliksin böyük bacısı Fannidə. Abraham Mendelson uşaqlarını çox sərt qaydalarla böyüdüb, çalışqanlığın ən vacib bir şey olduğunu bütün ailə üzvlərinə öyrətmişdi. Bu səbəbdən Feliksin özünə ayıracaq boş zamanı olmayıb. O, qapalı, utancaq idi, atasından çox çəkinirdi. O, illər sonra dostuna yazdığı məktubda atası haqqında deyib: “O, mənim təkcə atam deyil, həm də sənət və həyat müəllimimdir”.

Feliks ilk piano dərsini Sebastyan Baxı çox sevən anasından alıb. O, 1816-cı ildə bir müddət ailəsi ilə birgə getdiyi Parisdə musiqi təhsilinə davam edib. Uşaqlarını heç zaman məktəbə göndərməyən atası Berlinin ən məşhur müəllimlərinin yanına özəl dərsə göndərirdi. 1820-ci ildə ilk əsərini bəstələyən Feliks 12 yaşında ikən Karl Zalter Göte ilə tanış edir. Onlar şairin evinə gedirlər. Feliks 2 həftə 72 yaşlı şairin evində qalır. Götenin evində olduğu zaman o, Karl Mariya von Veberlə tanış olur. Feliksin istedadından təsirlənən Göte ona həmin an yazdığı şeiri vida hədiyyəsi olaraq təqdim etdi.

Götenin şeirlərindən və Şeksprin əsərlərindən ilhamlanan Feliks aristokrat ailələr üçün bəstələr yazmağa davam edirdi. 13 yaşında “Do minör simfoniyası”nı yazdı. 17 yaşında dahi uşaq kimi məşhurlaşdı və “Yay gecəsində yuxu uvertürası”nı bəstələdi. Şeksprin komediyalarından biri üçün bəstələnən əsər klassik musiqinin romantik dövrünün ən gözəl nümunələrindən sayılır.

15 yaşı tamam olan gün Feliks müəllimi Zelter tərəfindən ən vacib musiqiçilər qrupuna keçirilir. O gündən ata Mendelson oğlunun sadəcə musiqi sahəsində çalışmaq istədiyini ciddi düşünməyə başlayır. İlk fürsətdə onu məşhur bəstəkar Şerubini ilə tanış etmək üçün Parisə aparır. Feliksi dinləyən bəstəkar onu o qədər bəyənir ki, təhsilini tamamilə öz üzərinə götürməyi təklif edir. Feliks həmin müddətdə o dövrün digər məşhurları ilə də görüşə bilir.

Mendelsonun ailəsi Parisdən qayıdandan sonra bəstəkarın ən xoşbəxt illərini keçirəcəyi yeni evə köçür. "Op. 20 oktett" və "Yay gecəsində yuxu uvertürası”nı da bu evin bağçasında yazıb. Yeni dostlar qazanan Feliks həm əsərləri, həm də şəxsiyyəti ilə salon məclislərinin ən sevilən adına çevrilir. Amma müəlliminin istəyi ilə o məclislərdən uzaqlaşır.

20 yaşına çatanda o, unudulmuş bəstəkar Baxın əsərlərini araşdırmağa başlamışdı. Hələ 13 yaşında ikən doğum günü hədiyyəsi olaraq İohan Sebastyan Baxın ailəsindən "Matthaus Passionu"nun ("Əziz Matta") notlarını istəyən və bu əsər üzərində çalışan sənətkar gələcəkdə “Baxı yenidən həyata qaytaran adam” kimi tanınırdı. O, müəllimi Zalterin etirazlarına baxmayaraq, bu yolda çalışmağa davam etdi. Berlində Baxın əsərlərini səsləndirdiyi uğurlu konsertlərdən sonra Avropa musiqisini tanıtmaq üçün atasının dəstəyi ilə 3 illik Avropa turuna çıxır.

Mendelsonun Avropa turu İngiltərədən başlayır. O, bu ölkədə Corc Friderik Handeldən sonra ən sevilən alman bəstəkarı kimi ürəklərə yol tapdı. İngiltərədə çoxlu əsərlər bəstələdi. Ata və anasının 25-ci evlilik ildönümü üçün "Die Heimkehr aus der Fremde" musiqisini də bu dövrdə bəstələdi. Sənətkarın Avropa turu Cənubi Almaniya, Avstriya, İtaliya, İsveçrə, Fransa və təkrar İngiltərədən sonra 1832-ci ilin aprelində yenidən Berlində sona çatdı.

Feliks müəllimi Zelterin ölümündən (1832) böyük sarsıntı keçirir. Üç il sonra Leipzig Gevandhaus orkestrini idarə etmək üçün dəvət edilən gənc sənətkar başqa məsləkdaşı tərəfindən idarə olunan orkestri qəbul etmir. O, düşünürdü ki, bununla məsləkdaşına hörmətsizlik etmiş olar. Sənətinə və sənət dostlarına olan bu hörməti Feliksə böyük sevgi qazandırıb. Bir müddət sonra isə uyğun olan zaman orkest Feliksə təhvil verilir. Bundan sonra Leipzig Almaniyanın ən vacib musiqi məkanına çevrilir. Feliks Bax və Handelin əsərləri ilə yanaşı Şubertin Böyük simfoniyasını da musiqi dünyasına tanıtdı.

17 yaşında fəxri doktorluğa layiq görülən bəstəkar ehtiyacı olmasa da bu adı sevinclə qəbul edib, amma heç zaman istifadə etməyib.

1835-ci ildə atasının qəfil ölümü Feliksi depressiyaya salır. Sonra həyat yoldaşı Cecile Jeanrenaud onu yenidən musiqi həyatına geri döndərib. Amma musiqiyə çox da marağı olmayan Cecile bəstəkarın hərəkətli və araşdırmalarla dolu həyatına pis təsir edib.

19-cu əsrin 40-cı illərində Mərkəzi Avropanın ən məşhur bəstəkarına çevrilən Mendelson Leipzigdə konservatoriya yaratdı.

Bəstəkarın 1829-cu il 11 martda keçirilən ilk və 10 gün sonra, Baxın doğum günündə - 21 martda ikinci konserti gözləniləndən də böyük uğur qazanır və əks-sədası bütün Avropaya yayılır. Bu uğurundan sonra atasından tam dəstək görən Feliks İngiltərədən başlamaqla 3 illik musiqi turuna çıxır.

Keçirdiyi qəza səbəbilə bir neçə həftə gəzə bilməyən gənc bəstəkar bacısı Fanninin toyuna gedə bilmir. Avropa turu zamanı o, Vyana klassiklərinin dəbdən düşdüyünü, unudulduğunu gördüyü üçün onları yenidən canlandırmağa çalışır. Vyanada qaldığı bir aydan çox müddətdə opera musiqisinin yenidən İtaliya təsiri altına düşdüyünü və Baxın, demək olar heç tanınmadığını görərək, oradan kədərli ayrılır.

1841-ci ildə Berlində konservatoriya qurmaq istəyi bürokratik maneələrə görə yarımçıq qalır.

Mendelson Robert Şumana da böyük hörmət edirdi, onun əsərlərini dinləyir, məsləhətlərinə qulaq asırdı. Şuman Mendelsonu “XIX əsrin Motsartı” adnlandırırdı.

18 mart 1847-ci ildə Gevandhaus orkestrinin son dəfə idarə edən Mendelson “Elias”ı səsləndirmək üçün getdiyi İngiltərədə də uğurlu konsert verir. Frankfurta dönəndə ömrünün ən acı xəbərini alır – həyatında ən sevdiyi insan, bacısı Fanni gözlənilmədən vəfat edir. Gevandhausun konsertlərini idarə etmək gücünü itirdiyini görən sənətkar bütün enerjisini Leipzig Konservatoriyasının qəbulu üçün sərf edib və onun üçün çox böyük dəyəri olan qurumu əlindən gələn qədər qoruyub.

Bacısının ölüm xəbərini eşitdikdən sonra yaşamaq istəyini itirən sənətkar “Fanni üçün Rekviem”i bəstələyir. Həmin il beyin sarsıntısı keçirərək qismən iflic olur.

Mendelson 4 noyabr 1847-ci ildə vəfat etdi və bacısı Fanninin yanında dəfn edildi. O, xaraktercə sadə olmasına baxmayaraq, cənazə mərasimi çox yüksək səviyyədə keçirildi.

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur aktrisa xərçəngdən öldü
18:51 16 İyul 2020
Polşa filmləri Azərbaycanda nümayiş olunacaq
18:15 16 İyul 2020
Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz
17:30 16 İyul 2020
Aqşin Yenisey ittihamlara cavab verdi
16:47 16 İyul 2020
Ərini itirən tibb bacısının karantin xoşbəxtliyi – Yeni hekayə
16:02 16 İyul 2020
"Brilliant əl" filminin operatoru öldü
15:14 16 İyul 2020
Tünzalə Ağayeva: “Çox çaşqın vəziyyətdəyəm” – Müsahibə
14:28 16 İyul 2020
Trampın oğlu kitab yazdı - Gülüş hədəfi oldu
13:46 16 İyul 2020
Qarabağ müharibəsi haqqında yeni film - Fotolar
13:08 16 İyul 2020
Müharibənin içimizdə öldürdükləri - Samirə Əşrəf yazır...
12:30 16 İyul 2020
Sonsuzluğa mübtəla olmağın anatomiyası - Mehman Qaraxanoğlu yazır...
11:48 16 İyul 2020
Almaniya ilə ortaq filmimiz Polşada açıq havada nümayiş olunacaq
10:53 16 İyul 2020
Mərhum şairin kitabı işıq üzü görüb
10:20 16 İyul 2020
Koronavirusa tutulmuş Xalq artisti danışdı: “Yaxşıyam”
09:27 16 İyul 2020
Aqşin Yenisey: “Müharibə mədəniyyətin başlanğıcıdır” - Müsahibə
08:58 16 İyul 2020
Ölülər, taun və karantin – Tural İlyas yazır
18:31 15 İyul 2020
Karantində başı xarab olan ər-arvad - Cavid Təvəkkül yazır...
17:52 15 İyul 2020
Şəhid generaldan roman yazılacaq
16:30 15 İyul 2020
Bəhram Bağırzadədən xəbər var
15:44 15 İyul 2020
Həmişə ana söyüşü söyən Çexov: son nəfəsdə dediyi müəmmalı söz nə idi? - Qeyri-adi faktlar
15:02 15 İyul 2020