writer1

İlqar Rəsul

Məqalə sayı

110
clock08:00 calendar-gray 05 İyul 2011 view-gray865 dəfə oxunub
view-gray865 dəfə oxunub

Sülh quşlarından ötrü müharibə

Azərbaycanın ən böyük teatrı bizim evdən bir az aralıda yerləşir. Sözlərimdə ədalətli olsam bizim ev o teatra yaxın küçələrin birindədir. Həmin teatrın qarşısında balaca bir park var, “Füzuli meydanı”. Dünyanın ən gözəl monumental abidələrinin biri - Məhəmməd Füzulinin heykəli bu parkın düz ortasındadır.

İndiki dünyada insanla pələngin bir birindən ehtiyatlanmadığının daimi mənzərəsini yalnız bu heykəlin ayaqları altında görmək olur. Leylisi və pələngi Məcnunla birlikdə daşlaşmış bu abidənin canlı hissəsi göyərçinlərdir. Nağılardakı divin canı şüşədəki göyərçində olduğu kimi, gerçəklikdəki bu nəhəngin canı da daim çala-çuxurunda dincələn göyərçinlərdədir.

İlin 12 ayı istiyə-soyuğa məhəl qoymadan hər gün o ətrafda dolaşan və günortadan sonra onları yemləyən səfil bir qarı ruzilərini gətirənədək, göyərçinlər məhşur heykəltəraşların möhtəşəm əsərindəki boşluqları doldururlar. Elə ki, qarı gəldi, abidə canını itirir. Göyərçinlər ruzilərini götürmək üçün Cənnətə – qarının ayaqları altına uçurlar…

Qarı adəti üzrə qoltuğunun altında tutduğu çomağı yerə düşməsin deyə dirsəyini çoxdan qadınlıqdan çıxmış cılız bədəninə sıxıb o biri əli ilə torbasındakı çörək qırıntılarını ətrafına səpələyir. Çörəyi göyərçinlər, çomağı adamlar üçün olan bu səfil qarını çoxları dəli hesab edir. Elə çox yəqin ki, o da adi göyərçini qorxudacağının və ya çörəyi tapdalayacağının fərqinə varmadan arxayınca gəzib dolaşan ətrafdakıları başında ağıl olduğunu düşünmür. Ətrafdakılar üçün qarı ortalıqda tək dəli olduğu halda qarı üçün demək olar ki, bütün ətraf dəlidir (Özünü onun yerində hiss edəndə adamın bağrı çatlamaq istəyir)…

Ancaq üst-başı və sərsəri hərəkətləri, dayanmadan öz-özünə deyinməsi göyərçinlərin ona münasibətinə xələl gətirmir.


Başqalarının sakit yerişindən belə ehtiyatlanan quşlar ona ayaqlarına toxunacaq qədər arxayıncasına yaxınlaşırlar. Bura doğrudan da onlar üçün cənnətdir. Başlarına göydən çörək yağışı yağır…

Kef eləyirlər ta o vaxta qədər ki, hansısa mərdimazar işləri korlayır. Bir də görürsən kimsə bilərəkdən və ya özü hiss etmədən qarının əhatə dairəsinə daxil olub göyərçinləri pərən-pərən salır, aləmi qatır bir-birinə. Belə anlarda qarı çox böyük məmnuniyyətlə həmin igidin qanlı köynəyini çeşidli qarğışların qanadlarında onun anasına yollayır. Amma çox keçmir ki, qəfil hücumdan qorxaraq abidənin rəngi göyərdib canını özünə qaytaran quşlar yenidən geri qayıdırlar. Sonra yenə çörək qırıntıları, qarının qarğışları, kiminsə qanlı köynəyi. Düz qaranlıq humanizmi yorub əldən salanadək.

Bütün bunları müşahidə etdikcə düşünürəm ki, o boyda Füzuli dünyaca istedadına rəğmən bir qızla bir oğlanı ağ günə çıxara bilmədi. Amma fotoaparatın obyektivinin özünə tuşlandığını görəndə əlləri ilə üzünü tutan, heç kimlə kəlmə kəsməyə həvəsi olmayan bu səfil qarı tumanı kimi rəngi-rufu bəlli olmayan əski torbasıyla bir dəfəyə bir belə dilsiz-ağızsız göyərçini xoşbəxt eləyir. Elə Füzulinin başına da göyərçinlər bəlkə nə vaxtsa hansısa oğlanın aldatdığı, kiminsə evdən bayıra atdığı bu qarının eşqilə yığışırlar. Çətin ki, onları dahi bir şairin hamıya bəlli məhəbbət əfsanəsi və ya böyük sənətkarların abidədə nəzərdən qaçırdıqları hansısa epizod cındırından cin ürkən, sifətinin qırışlarından taleyinin tarixi, əllərinin cadarlarından bəxtinin relyefi boylanan bu qarının torbası qədər maraqlandıra…

P.S. Tez-tez mən Akademik Milli Dram Teatrının qarşısındakı parka hansısa tanışımın nə istədiyini anlamaq üçün hekayəsini gözdən keçirməyə və ya Qurban Səidin “Əli və Nino”sunu təkrar vərəqləməyə gəlirəm. Hər dəfə də insanın dünyanın heç də həmişə əşrəfi olmadığını görkəmi ilə diktə edən bir qarının “sülh quşları”nın qarnını doyurmaq üçün ətrafdakılarla necə çarpışdığının şahidi oluram. Belə məqamlarda əvvəl əlimdəki kitaba, sonra da Müstəqil Azərbaycanın oturduğum yerdən gözümə dəyən hissəsinə baxıb düşünürəm: Bütün bunlardan ötrü həyatını qurban verən nə qədər kişilər arzularına çatmadan gedib vaxtı ilə bundan xeyli böyük olan bu məmləkətdən. Amma biz hələ də quşları yemləməkdən ötrü zibilliklərdə eşələnən “dəli” qarı qədər ağıllı ola bilməmişik….
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
14:15 20 Aprel 2021
Kamal Abdullaya hücum edən herostratlar - Niyazi Mehdi yazır...
13:30 20 Aprel 2021
Tağıyev haqda film Britaniyada yer tutdu
12:47 20 Aprel 2021
Hər kəsin ürəyinə dağ çəkən həkim: Müəmmalı ölümündən iki saat əvvəl canlı yayımda idi...
12:01 20 Aprel 2021
İstərdim məni şillələsin...
11:20 20 Aprel 2021
Taksi sürücüsünün telefonunda mənə göstərdiyi şəkil – Günel yazır...
10:39 20 Aprel 2021
Sosial ağrıya çevrilən ölüm - İradə Musayeva yazır
10:01 20 Aprel 2021
Tanınmış musiqiçi vəfat etdi
09:35 20 Aprel 2021
Əli Əmirlidən yeni hekayə: Mələk əmi
09:00 20 Aprel 2021
Fransız rəssamın əsəri 30 milyon dollara satıldı
19:00 19 Aprel 2021
Nazirliyin film layihələri müsabiqəsinin seçim mərhələsi başa çatıb - Siyahı
18:07 19 Aprel 2021
Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı qəbiristanlıqda onun ən böyük sirrini açdı - Reportaj
17:16 19 Aprel 2021
Mədəniyyət Nazirliyində yeni komissiya yaradılıb
16:35 19 Aprel 2021
Aşıq Ələsgər yaradıcılığı Belarus portalında
15:54 19 Aprel 2021
Hara baxır axı bu polislər? – Amildən yeni minimalist şeirlər
15:12 19 Aprel 2021
Özünü tanımaqda çətinlik çəkən Seymur Baycan
14:32 19 Aprel 2021
Xanım, 100 manat və huşsuz kişi - Yeni hekayə
13:44 19 Aprel 2021
Yazıçılar Birliyinə üzv olanda atası dəvə kəsdi: Məşhur şairin maraqlı həyat hekayəti
13:01 19 Aprel 2021
Flora Kərimovanı Allahsız edənlər
12:09 19 Aprel 2021
Ay gecikən məhəbbətim – Günün şeiri
11:25 19 Aprel 2021