Ağalar Qut Sabiri tənqid edərkən... - Təbrizdən yazırlar

Ağalar Qut Sabiri tənqid edərkən... - Təbrizdən yazırlar
25 yanvar 2021
# 10:15

Kulis.az “Sözün güneyi” layihəsindən təbrizli yazar Nadir Əzhərinin “Tənqidin tənqidi” məqaləsi haqqında qeyd” yazısını təqdim edir.

Ağalar Qutun tənqid mövzusunu tarixi və dil baxımından araşdıran “Tənqidin tənqidi” essesini oxudum. Tənqid növünün adını çəkməkdə israr etmədən deməliyəm ki, məqalə, xüsusilə məqalənin sonu postmodernist bir tənqiddir.

Müəllifin haqlı və ya haqsız yanaşmasından asılı olmayaraq çox məhsuldar bir yazı idi, amma Mirzə Ələkbər Sabirin tənqidi ilə bağlı fikirlərin son hissəsi üçün bir məqamı qeyd etməyi lazım bilirəm.

Bu, yaşanan bir mövzudur:

Tarixdəki avtoritar infrastruktur baxımından Şərqdə və xüsusən də Orta Şərqdə modernizmin tənqidi ikili qılınc (iki başlı qılınc) kimidir.

Bunda bir xeyr və bir şər də var!

Mən modernizmin tənqidinə qarşı deyiləm, amma gördüyümüz hər bir işin cəmiyyətə təsiri nəzərə alınmalıdır. Burada (Şərqdə) modernizmi də tənqid etməliyik, amma həmişə Şərq ölkələrinin əksəriyyətində modernizm üçün kifayət qədər mədəni infrastruktur olmadığına görə yaşadığımız toplumda modernizmdən daha pis düşüncələrə və vəziyyətlərə məruz qalmaq imkanı çox yüksəkdir.

Şərq ölkələrinin əksəriyyətində ziyalılar haqlı və ya haqsız olaraq modernizmi tənqid edir və ya ona qarşı çıxırlar, ancaq Şərq cəmiyyətlərində modernizm üçün hələlik daha yaxşı yerli alternativ yoxdur. (Burada daha çox sosial sistemi nəzərdə tuturam).

Modernizmi tənqid edəndə oxucularımıza bunu xatırlatmamızı təklif edirəm.

# 3903 dəfə oxunub

Oxşar xəbərlər

# # #