Güldürən İsa, ağladan Məhəmməd

Güldürən İsa, ağladan Məhəmməd
8 yanvar 2015
# 13:30

Karikatura hadisəsi dünyanı bir-birinə vurdu.

İslamda və başqa dinlərdə YUMORa münasibət həmişə aqressiv olub. İsa gülübmü, ya yox? Geniş mübahisə mövzusudur bu gün də.

“Ağladan yanında otur” - İslam peyğəmbərinin ən məşhur ibarələrindəndir.

Umberto Ekonun "Qızılgülün adı" romanında monastırdakı qətllərin səbəbi Aristotelin YUMORla bağlı əlyazmasıdır. Onu həm gizləyiblər, həm də vərəqlərini zəhərləyiblər ki, tapan olsa belə barmağını dilində isladıb vərəqlədikcə zəhərlənib ölsün, “gülüş elmi” yayılmasın.

Üstəgəl, İslamda insan sifətinin təsvirinə qoyulan qadağa...

Üstəgəl, bu təsvirdə peyğəmbərin olması...

Üstəgəl, adi rəsm deyil, karikatura olması...

Üstəgəl, karikaturanın məqsədinin aşağılamaq, ələ salmaq, lağa qoymaq olması...

Ağır söhbətdir...

...Və başqa bir dəqiq münasibət yapon əsilli amerikan filosofu Frensis Fukuyamadan gəlsin: "İslamla bağlı ən böyük problem bu dinin alternativ dövlət modeli təklif etməsindədir".

İŞİD-in ən böyük təhlükəsi İSLAM DÖVLƏTİ olmasındadır. Söhbət şəriət dövlətindən gedirsə, orda əl kəsmək, edam etmək, cihada qalxmaq kimi qaydalar var ki, törədilən cinayət əməllərini özləri üçün asanlıqla əsaslandıra bilirlər.

Qeyd olunanlara imperialist güclərin bu həssas məsələlərdən öz çıxarları üçün faydalanması amilini də gəlsək, başımızı itirəcəyik...

Nə qədər ki, belədir vəziyyət düzəlməyəcək.

# 1766 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
Vida məktubu

Vida məktubu

16:30 25 iyul 2024
Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

15:00 25 iyul 2024
# # #