Mən necə Kulisi tanıdım

Mən necə Kulisi tanıdım
5 aprel 2017
# 10:30

Kulisi ilk Turalla tanımışam. Qan Turalı və Kulis.

3 il bundan öncə idi, Səməd Vurğun və Hüseyin Cavid haqda bir yazı yazmışdım və bu yazı da qəzetlərin birində çıxmışdı. Mən də onu sevinə-sevinə telefonla çəkib Facebookda paylaşmışdım. Bəyənən də olmuşdu, şərh yazan da. Bir də mesaj qutumun dınqıltısına dik atıldım. Açıb mesajyazanı görüb lap dik atıldım. Hələ mesajı oxuyanda ondan da betər dik atılmışdım.

Qan Turalı:

- Salam, Çinarə xanım. Qəzetdə çıxan yazınızı bizə göndərin Kulisdə verək.

Allah, indi məni görsəniz. Elə bir içimdə mağar qurdular, muzıkantlar yığışdı kənt toyu başladı. İçim də elə bir oğlan anasıdı sevinə-sevinə mağarın içində ayaqyalın nətər oynuyursa toz qalxır göyə. Bəy atası da başına şabaş tökür. Elə bu dəm oynamağı yarımçıq kəsib şeir deyən tamadalar oturduğu yerdən kimi dilləndi.

- Nolub a bala? Kim nə yazıb sənə orda? Bu nə sevinməkdi?

- Mamaaaaa , Qan Turalı yazıb. Bəs qəzetdəki yazımı Kulisə vermək istəyir.

- Kül təpəvə, elə sevindin, elə bildim Səməd Vurğun o dünyadan yazıva cavab verib.

Nəysə ki, bu qədər toy, mağardan sonra cavabım nə olsa yaxşıdı?

- Salam. Üzür istəyirəm (adama deyərlər nəyə üzr istəyirsən?), o yazını mən yazmamışam. O yazının böyründəki yazını mən yazmışam.

- Ok.

Qorxmuşdum ki, yazım zəif olar, bəyənməzlər. Həm də Turalı başa cür tanıyırdım. Əsəbi, hövsələsiz filan. Amma zaman keçdikcə Kulis ən doğma saytım, Tural isə ən yaxın dostum oldu. Kulisi mənə ilk tanıdan da sevdirən də Tural olub.

Kulisin ikinci məşhuru ilə tanışlığım da bir fərqli olmuşdu. Deməli bir gün saytların birində yeni bir yazım çıxmışdı “AYB-yə üzv olmaq üçün Anardan yazmaq lazımdır” adında. Yazı tam fərqli qarşılanmışdı. AYB-dən fərqli reaksiyalar gəlmişdi, elə onun məyusluğunu yaşamağa hazırlaşırdım ki, sağ olsun bir buğuburma oğlan imkan vermədi. Elə Faceboka girmişdim ki, gördüm bir yumru sifət, buğuburma oğlan yazımı paylaşıb və yazıb: “Gözəl qızdı, istedadı da var. Yazmaq, tanınmaq istəyir. Amma heyif ki, AYB-yə yaltaqlanmaqla başlayıb”.

Pəəhh, indi məni təsəvvür edin. Tez təsirə düşən biri. Tural yazanda mağar qurulmuşduyee içimdə, bax o mağar yenidən quruldu, amma yas mağarı. Şəhrləri oxuduqca hiss edirdim ki, boğuluram, sanki yekəqarın bir seyid molla nəsəf yolumda oturub aş yeyir. Hələ özümü ələ alıb oxuyanda ki, bu paylaşımı edən oğlanın adı Mirmehdidi istədim özünə yazam: “Seyid, cəddivə and olsun, sən məni yalnış anlamısan. Elə mətnimi də. İmam haqqı yaltaqlanmamışam”.

Sonra qorxdum ki, bəd dua edər, seyid adamdı. Səhifəsinə baxanda anladım ki, həm də yazıçıdı. Bir təhər o nəfəs yolumda oturub aş yeyən yekə qarın mollanı o yana itələyib, dərindən nəfəs alıb yazdım:

- Salam vallah mən yaltaqlanmamışam.

Belə başladı ikinci kulisçi ilə dosluğumuz. Sonra Mirmehdi o paylaşımı sildi, sonra isə tanıdıqca istedadını, xarakterini, şəxsiyyətini sevdiyim, hörmət etdiyim dostum oldu.

Kulisin üçüncü və ən nəhəng siması ilə tanışlığımız da bir fərqli olmuşdu. Müharibə mövzusunda olan yazılarımı paylaşırdım və tədbirlərdə imzası tanınan bir çox yazarımız mənə dəfələrlə belə demişdi: “Sən balaca Şərifsən”, “Şərifi çox oxuyursan haa deyəsən, təsirlənmə hiss olunur”.

Utanaraq yazıram ki, o vaxt Şərif müəllimdən heç nə oxumamışdım. Ancaq Kəramətin söhbətlərindən eşidirdim. Bir dəfə danışırdıq Kəramət dedi:

- Şərifin yekə bir əli var, mənə şillə vursa divarı keçərəm o tərəfə.

Mən də həmişə qorxurdum ondan. Elə bilirdim salam versəm üstümə qışqırar falan.

Bir dəfə də yenə Kəramətlə söhbət edirdik demişdi ki,

- Sevgilim məndən ayrılıb.

- Aa, niyə?

- Deyir ki, sən Şərifi məndən çox istəyirsən.

Mən də gülmüşdüm.

İlk Turala yazmışdım:

- Mənə niyə belə deyirlər ki?

- Düz deyirlər, mən də bunu hiss eləmişdim. Yaxın yazırsınız. Ola bilsin eyni dönəmdə eyni acıları yaşamısınız, ondandı.

Və ardınca Şərif müəllimin bir neçə hekayəsini göndərmişdi. Oxuduqca onun dərinliyində batdığımı hiss edirdim. Və daha çox ondan nəsə oxumağa çalışırdım. Oxuduqca mənə elə gəlirdi ki, fikirlərim onun fikirlərinin çəpər qonşusudur. Həmin çəpərdən əyilib ərkyana onun bağından da az meyvə dərmədim o ərəfələr.

Sonra zaman elə gətirdi ki, Yaradıcılıq fakültəsində Şərif müəllim dərs dedi bizə. Və mən daha fəxrlə bu adam mənim müəllimimdi deyə bilmək imkanı qazandığım üşün sevindim. Ədəbiyyata dair çox şey öyrəndim ondan. Bu da 3-cü kulisçi ilə tanışlığım.

Kulisin sonbeşiyi Ayxanla isə yenə də məni Kəramət tanış eləmişdi. Ayxan əsgərlikdən yeni gəlmişdi, Kərəmlə gəlmişdilər BSU-ya. Kərəm bizi tanış edib demişdi ki:

- Bu Ayxandı, boyuna baxma, boyundan böyük istedaddı.

Ayxanı da hekayələrini oxuyaraq sevmişdim. Sonra dosluğumuz daha da möhkəmləndi.

Bu da Kulis ailəsi ilə olan dolsuğumun kiçik tarixçəsi.

Kulisi və kulisçiləri 6 yaş münasibəti ilə təbrik edirəm.

Doğmasınız, hər biriniz canlı, nəfəs alan ədəbiyyatsınız.

Sizi sevirəm. 6 yaşınız mübarək!

# 2030 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #