Almanlar nə oxuyur? ARAŞDIRMA

Almanlar nə oxuyur?  ARAŞDIRMA
23 may 2014
# 10:43

Almaniyanın kitab çapı sahəsində illik dövriyyə 10 milyard təşkil edir.

Bundan başqa son üç ildə alman nəşriyyatlarının və kitab mağazaların gəliri stabil olaraq qalır.

Ötən ay kitab nəşriyyatı ilə bağlı yeni statistika açıqlanıb.

Pessimist proqnozlara baxmayaraq, insanlar kitab almağa davam edir. Hərçənd, sorğuya görə Almaniya əhalisinin 15 faizi ümumiyyətlə, əlinə kitab götürmür. Ən yaxşı halda qəzet oxuyurlar. Amma almanların 40 faizi hər gün mütaliə edir.

Almaniyada fentezi janrı populyarlığını itirir. Onlar daha çox belletristikaya maraq göstərirlər.

Bədii ədəbiyyat kitab nəşrinin böyük hissəsini təşkil edir.

Hər il 91 min kitab çap edilir ki, bunlardan 82 mini yeni, 9 mini isə təkrar nəşrdir.

Digər illərlə müqayisədə bədii ədəbiyyat sahəsində ən çox poeziya və dramaturgiyaya maraq azalıb. Bura həmçinin elmi fantastika və fentezi janrları da aiddir.

Almanlar pyeslərə səhnədə baxmağa üstünlük verir.

Tənqidçilər fentezi janrının populyarlığını itirməsinin səbəbini isə izah etməkdə çətinlik çəkirlər.

Ölkədə 2 min 243 kitab nəşriyyatı fəaliyyət göstərir.

Almanların 40 faizi ildə 10-dan az kitab almır. 16,5 faizi kitabları internetlə sifariş verir. Adi kitab mağazalarından daha çox kitab alınır. Burda ənənəvi alman mühafizəkarlığı rol oynamır. Sadəcə, hər bir alman kitab mağazasına niyə gəldiyini və ona konkret hansı kitabın lazım olduğunu bilir.

Almaniyada ümumən 6 min 700 kitab mağazası var ki, onlardan 6 mini yalnız kitab satır. Yəni burda məsələn, dəftərxana ləvazimatları satılmır. Və kitab mağazalarının sayı yavaş-yavaş da olsa artır.

Ekspertlərin fikrincə, xüsusən o mağazalarda satış yüksəkdir ki, onlar yalnız kitab satışı ilə məhdudlaşmırlar. Eyni zamanda, yazıçılarla görüş, diskussiyalar təşkil edir, təqdimetmə mərasimləri keçirirlər.

Ölkədə kiçik kitab mağazaları daha çox inkişafdadır. Onlar böyük kitab şəbəkələri ilə ona görə rəqabət apara bilirlər ki, qanun kitablara konkret qiymət müəyyənləşdirib. Qiymət yalnız məhdud çərçivədə enib-qalxır.

Qalın cildli kitabın orta qiyməti 25 avrodan çoxdur, hətta son zamanlar qiymətdə enmə müşahidə olunur.

Nazik cildli kitabın qiyməti 2-3 dəfə ucuzdur.

Elektron kitab satışı ümumi kitab satışının az faizini təşkil edir. Amma son dörd ildə elektron kitab satışı 10 dəfə artıb. Və ildə bu, 250 milyon avro gəlir gətirir.

Mütəxəssislərin fikrincə 2017-ci ildə elektron kitab satışı 16 faiz olacaq.

# 2823 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #