Mirzə Cəlilin Molla Nəsrəddini zay eləməyi  

Mirzə Cəlilin Molla Nəsrəddini zay eləməyi  
23 avqust 2013
# 11:31

Fərid HÜSEYN

Şifahi xalq ədəbiyyatından gəlmə Molla Nəsrəddinlə, Mirzə Cəlilin eyni adlı jurnalından yaddaşlara hopmuş Molla Nəsrəddini ayırmaq yadımızdan çıxıb.


Bu gün Mirzə Cəlilin yaratdığı mühitin, ab-havanın fonunda Molla Nəsrəddini görəndə lap ürəyim ağrıyır. Mirzə Cəlil Molla Nəsrəddinin populyarlığından istifadə elədi, öz bildiyi kimi dəyişdirdi.

Şifahi xalq ədəbiyyatındakı Molla Nəsrəddin heç vaxt ideologiyaya xidmət eləməmişdi, Mirzə Cəlil onu “kullandı”.

Mirzə Cəlil Molla Nəsrəddindən maarifçi, demokrat, azərbaycançı düzəltdi. Bu çox pis hal idi. Mirzə Cəlil Molla Nəsrəddinin əhvalını, kodunu, “geni”ini dəyişdi.

Molla Nəsrəddin düşünən kimi məhv oldu, çünki Molla Nəsrəddin yaşamaq üçün idi.

Molla Nəsrəddin situasiyadan situasiya doğururdu. Molla Nəsrəddindən epoxa düzəltmək olmazdı.

Molla Nəsrəddin birüzlü olan kimi sifət qazandı, xalqın Molla Nəsrəddinin min illərdi üzünü itirmişdi. O, ağıllı, səfeh, vicdanlı, gözüyləgörən, irfani, lağlağı, molla, ciddi, həyati, real, qorxaq, savadlı, cəsarətli – bir sözlə, hər üzü olan qəhrəman idi.
Xalqın Molla Nəsrəddinini situasiyadan asılı olaraq ayrı-ayrı adamlara misal çəkmək olurdu.

Xalqın yaratdığı Molla Nəsrəddin orta və uzaq Şərqin yaratdığı, əslində, hardan gəlib hara getdiyi məlum olmayan, – sanki bic doğulmuş biridir. Milli deyil.

Mirzə Cəlil yaxşı bilirdi ki, Molla Nəsrəddini bu cür yaxşı "kullanmaq" olar. Çünki Molla Nəsrəddində hamı özünü tapır və onu hamıya misal çəkmək olur.

Mirzə Cəlil Molla Nəsrəddini monotonlaşdırdı, daha çox lağlağıdilli, öyrədən, gülünc birinə, öz vasitəsinə çevrildi.

Mirzə Cəlil ancaq Molla Nəsrəddinin gülüşündən istifadə edə bildi.
Xalqın Molla Nəsrəddini üslubsuz idi, daha saf idi.

Elə ki Molla Nəsrəddin ədəbi-publisistik-sosial auraya gəldi, monotonlaşdı, mənasızlaşdı, üslubu oldu. Ad və təyinat qazandı. Guya düz danışdı, məzələndi, amma monotonlaşdı.


Mirzə Cəlil Molla Nəsrəddini zay elədi, adi bir qəhrəmana çevirdi.
Mən Molla Nəsrəddini əvvəldən sevirəm. O, xalqın arasındadır, xalq onu daha çox sevir, xalq ona öyrəşib, xalq ondan öyrənmək yox, onunla yaşamaq istəyir.


Mirzə Cəliləcən xalq Molla Nəsrəddini, elə bir günə salıb ki, ona ad vermək olmur. Mirzə Cəliləcən Molla Nəsrəddinə əclaf da deyə bilərdin, kişi də, mömin də deyə bilərdin, kafir də, qorxaq da deyə bilərdin, igid də. Xalq Molla Nəsrəddinin simasını qurmamışdı.
Xalq Molla Nəsrəddini xar eləmirdi, xoş xatırlayırdı. Mirzə Cəlil xalqın timsalı kimi görürdü Molla Nəsrəddini. Molla Nəsrəddin xalqa çevriləndən sonra, özünü – üzünü itirdi.


Xalqın yaratdığı Molla Nəsrəddin xalqın arasında idi, Mirzə Cəlil ona tribuna, mandat verdi. Molla Nəsrəddin xalqdan hündürdə dayanmamışdı heç vaxt.


Molla Nəsrəddin ədəbiyyata, jurnala gələnəcən daha azad idi, Molla Nəsrəddin jurnalda alçaldıldı və ən pisi isə xalq bunu başa düşdü.


Mirzə Cəlilə ancaq xalqın Molla Nəsrəddinin gülüşü lazım idi, çünki irfani pessimistliyə, siyasi pessimistliyə bir gic adam gülməli idi.
Mirzə Cəlilin bircə üstünlüyü o oldu ki, o xalqın Molla Nəsrəddininə faciəsini başa saldı.
Mirzə Cəlil xalqın Molla Nəsrəddinini çevirdi və itirdi. Bu gün Mirzə Cəlilin yaratdığı Molla Nəsrəddin kimdi? Hansı addadır? Əvvəlki – xalqın Molla Nəsrəddini hanı?


Mirzə Cəlil bizi görün nə böyük suallar qarşısında qoyub?!

# 3870 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #