Sevgiliyə açılan büstqalterlər  REPLİKA

Sevgiliyə açılan büstqalterlər  REPLİKA
28 yanvar 2014
# 08:45

Qan Turalı

Telefondan saatlara, televizordan soyuduculara qədər hər şey “ağıllı” olmağa başlayıb. Hürriyet.com.tr-nin xəbərinə görə yaponlar bu dəfə ağıllı büstqalter düzəldiblər.

Yaponiyanın alt paltar istehsalçısı Ravşhourun istehsal etdiyi ağıllı büstqalter ürək döyüntüsünü ölçməklə əsl eşqi müəyyən edir. Bu lifçiyi geyən qadın qarşındakı şəxsə sevgi hissləri ilə bağlanmırsa lifçiyin bağları açılmır, eşq varsa, yəni döyüntülər lazımi səviyyəyə çatırsa büstqalter həsrətə son qoyur.

Blutuz vasitəsi ilə ağıllı telefonlarla əlaqədə olan büstqalter aldığı məlumatları telefona ötürür. Bununla da telefonda gələcək və keçmiş sevgililəri maraqlandıran xeyli məlumat da toplanır.

Xəbərin videosuna burdan baxa bilərsiz.

Replika: Əsli və Kərəmin faciə ilə bitən o gecəsi aydınlığa çıxacaq.

İnanmıram keşiş o ağıllı telefona nəsə bir çarə tapa bilə...

Bustqalterin bu ağlı nəticəsində əşyanın pəl vurduğu bütün klassik eşqlər öz məntiqi sonluğuna çatacaq.

Bunlar məlum məsələlərdir, amma müasir dövrün sevmədən sevişmək trendi necə olacaq?

Ağır iş rejiminin yorduğu, eşqin tədavüldən çıxıb, həyatın monotonlaşdığı, texnologiya ilə insanların yaxınlaşıb gerçəklikdə uzaqlaşdığı, sevginin günü-gündən tükəndiyi bu günlərdə büstqaltermi bizi qara xala həsrət qaldığımız günlərə qaytaracaq?

# 4402 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
# # #