Anar Nağılbazın uşaqlarının halı

Anar Nağılbazın uşaqlarının halı
29 noyabr 2017
# 10:45

Ayxan Ayvaz

Anar Nağılbazın porno videosu yayılıb. Hamı bilib-bilmədən bu haqda yazır. Əlinə status keçən hər bir azərbaycanlı Anar Nağılbazı yıxıb-sürüyür.

Guya ki, hamımız əlimizi qoynumuza qoyub illərlə otururuq. Guya bizim seks həyatımız yoxdur.

Tənqid olunan tərəfə baxın: Anar Nağılbaz oral sekslə məşğul olubmuş.

Seks sərhəd tanımır. Niyə bu təbii səhnələr bizə iyrənc görünür, xəbəriniz var? Çünki biz onu açıb-ağardırıq. Kimin kimlə hansı tövrdə, nə yapmasının kənar adama nə dəxli var ki? Təkcə seksə yox, iki nəfərin söhbətinə də üçüncü burnunu soxmamalıdır

Anar Nağılbazın məsələsində düyün düşən nöqtə budur. Reper bu görüntülər yayılandan sonra haqlı olaraq ciddi narahatlıq keçirib, hətta ordakı adamın özü olmadığını deyib. Nə düşmüsünüz üstünə? Hamımızın evinə kamera yerləşdirib çəksələr və yaysalar pis duruma düşərik. Axı o adamın uşaqları var. Onları Anar Nağılbazın uşağı kimi tanıyırlar. Məktəbə gedəndə barmaqlarını tuşlayıb o uşaqlara gülənləri gözünüzün qabağına gətirin.

Lap o görüntülər real olsun, ya olmasın, burda ayıb bir şey yoxdur. Həqiqətən. Ayıb nədir? Əhməd bəy Ağaoğlu deyir ki, əxlaq qurşaqdan aşağı məsələ deyil, çünki qurşaqdan yuxarıda qəlb və ruh var.

Anar Nağılbazı qabağına qoyub yıxıb sürüyənlər qurşaqdan yuxarıya qalxmağı bacarmır. Onlar üçün əxlaq aşağılardadır.

Sabah, birisi gün reperin bu görüntülər ucbatından nə günə düşəcəyini, bəlkə özünə qəsd edəcəyini hardan bilirsiniz?

Öz həyatı olmayanlar başqalarının həyatına burun soxarlar. Anar Nağılbazın məsələsində də budur.

Yoldaşı ilə ayrılıb, aralarında gərginlik var. Bura qədər tamam. Amma o videonu yayan, hamının əlinə Anarın yaxasını verən şəxs ən böyük günahkardır. Bir də o yaxadan yapışıb silkələyən və gerisini düşünməyən hər kəs... Burda günahkar olmayan tək adam Anarın özüdür. Çünki hər kəsin öz şəxsi işi özünə görədir və heç kimə cavabdehlik öhdəliyi yoxdur.

Anar Nağılbazın yerində olsam, bu məsələdə soyuqqanlığımı qoruyardım.

Hər bir işimiz qaydasındadır, qalıb bircə Anar Nağılbazın pornosu. Nə böyük fəlakət olub? Ay-aman din-iman getdi, əxlaq-namus getdi! Nə olub? Özünüzə gəlin! Siz bəlkə daha gülməlisiniz. Bəlkə səhvi özünüzdə axtarasınız. Niyə Anar Nağılbazın videosunda səhv axtarırsınız? Bununla nə qazanacaqsınız ki? Guya siz təmiz, paksız, o isə çirkli?

Məncə, Anar Nağılbazın videosu həm də bizə bir həqiqəti öyrətdi: heç nə dəyişməyib, köhnə hamam, köhnə tasdır. Və bir də Tolstoyun “İvan İliçin ölümü” povestində dediyi kimi, biz ona görə rahatlıqla başqalarına gülürük ki, bu hadisə bizim başımıza gəlməyib. Bir nəfər qonşusunun başına gələn fəlakətə baxıb deyir ki, nə yaxşı bizdən yan ötdü. Amma o, bir şeyi düşünmür: sabah həmin fəlakət onun evində də bardaş qurub otura bilər. Ona görə heç birimiz Anar Nağılbaza baxıb lağ eləməyək. İsa peyğəmbər demiş, ən günahsız olanımız birinci daş atsın.

# 1924 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #