Mirzə Cəlildə ilişib qalmamışıq

Mirzə Cəlildə ilişib qalmamışıq
2 fevral 2016
# 12:36

Ayxan Ayvaz

Kulisdəki hekayə sorğusunun nəticələri açıqlandı. Birinci yer Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, ikinci isə Yusif Səmədoğlunun “Bayatı-Şiraz” hekayəsi.

Üçüncü, dördüncü hekayələrin müəllifləri də Mirzə Cəlil və Yusif Səmədoğludur – “Usta Zeynal”, “Astana”.

Bir neçə adam bu sorğudan sonra hələ də bizim Mirzə Cəlinin “Poçt qutusu”nda qaldığımızı, başqa biriləri isə nəticənin elə belə də olacağını dedi. Reaksiyaların çoxu bu cür idi: “Bizim nəsrimiz hələ inkişaf etməyib. Mirzə Cəlil birinci seçilibsə, deməli ondan sonra heç kim ciddi bir hekayə ortaya qoymayıb”.

Əvvəlcə, Mirzə Cəlil məsələsinə gələk. Mənim fikrimcə, Mirzə Cəlilin adının çəkilməməsi mümkünsüz idi. İlk hekayələrimiz onun adı ilə bağlıdır, klassikdir, ağır bir dövrdə, hər kəsin cadu-pitiyə inandığı bir zamanda əlini-qolunu çırmalayıb hekayə yazıb. Özü də bu günə qədər aktuallığını qoruyursa, deməli, bizim hələ də səviyyəmiz Mirzə Cəlil istəyən pilləyə qalxmayıb. Ona görə də sorğuda yazıçılarımızın Mirzə Cəlilin adını çəkməsi təsadüfi hal deyil. Burda klassikə hörmət və onun hekayə janrında gözə çarpması da istisna deyil. Bəlkə də bizim yazıçıları Mirzə Cəlilin ad-sanı çaşdırır. Ancaq bu da danılmaz faktdır ki, Azərbaycan ədəbiyyatının ən yaxşı hekayələri də məhz Mirzə Cəlilin adı ilə bağlıdır.

Ancaq bir məsələ yaddan çıxır. Deməli, sorğuda bir müəllifin bir neçə hekayəsinin adı çəkilib. Məsələn, Əkrəm Əylisli. Eyni zamanda nəticələrdə 100 hekayə yer alıb və burdakı imzaların doxsan faizi təsadüfü adamlar deyil.

Məncə, Azərbaycan ədəbiyyatındakı ən yaxşı hekayələr bu sorğuda yer almışdı. Şəxsən mənim üçün çox maraqlı oldu. Oxumadığım nə qədər hekayəyə ilə rastlaşdım. İstəsək də, istəməsək də bu sorğu Azərbaycan hekayəçiliyinin xəritəsini yaradır. Əminliklə deyirəm ki, bu hekayələrlə tanış olanların təsəvvüründə Azərbaycan hekayəçiliyinin üfüqləri genişlənəcək.

Bizim elə də böyük nəsr tariximiz yoxdur. Balaca ölkəyik, hələ təzə-təzə müstəqil olmuşuq. Neçə illər buxovların içində ədəbiyyat savaşı verən yazıçı, şairlərimiz olub. Bütün bu zülmlərdən, buxovlardan yenicə xilas olmuş bu günün yazıçısı mütləq və mütləq öz klassiklərinə borcludur. Heç nədən, heç bir ənənə olmadan hekayə janrını təqdim etmək çox böyük işdir. Nə edək, biz böyük ənənələri olan xalq deyilik, azadlığımız daim məhdudlaşdırılıb. Ancaq bununla belə, Mirzə Cəlildən bu yana sorğuda adı çəkilən neçə-neçə yazıçımız gözəl hekayələr yazıblar, nəsrimiz inkişaf edə-edə bir neçə mərhələlərdən keçib. Bu gün yenə yaxşı bir hekayə, roman yazılırsa, deməli Azərbaycan nəsrindən danışmaq olar. Bu o deməkdir ki, biz Mirzə Cəlildə filan qalmamışıq, onun prizmasından baxmırıq. Amma Sezarın haqqı da Sezara.

Mirzə Cəlilin birinci olması mənə görə daha çox klassikə hörmətdən irəli gəlir. Biz Mirzə Cəlildə ilişib qalmamışıq. Bu bəlamız deyil, bunu keçdik. Bəla o olardı ki, ədəbiyyat yaranmasın və hər şey robotlaşsın.

# 1172 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #