Ləyaqətli adamı necə öldürürlər

Ləyaqətli adamı necə öldürürlər
21 aprel 2015
# 11:21

Bəzi dostlara ithaf

İtaliya rejissoru Martin Brestin 1992-ci ildə çəkdiyi “Qadın ətri” rimeyk-filminin baş qəhrəmanı Polkovnik Frenk böyük aktyor Al Paçinonun ifasında dünya kinosunun ən parlaq obrazlarından birinə çevrildi. Aktyorun məharətli oyunu bir yana bu obraz özlüyündə də xeyli dolğun idi.

Polkovnik Frenkin iki gözü də kordur. O, dünya işığına həsrətdir. Bunun əvəzində qeyri-adi hissiyyatı var. Situasiyaları görmədən duyur, ətirlərin hamısını biri-birindən ayırır, baş verən hadisələrin əsl mahiyyətindən asanlıqla baş çıxarır.

Çarli isə gənc tələbədir, pula ehtiyacı var, iş axtara-axtara gəlib Polkovnik Frenklə tanış olur və bir həftə pul qarşılığı ona baxmaq zorunda qalır. Polkovnikin qəribə həftəsonu planı var. Nyu-York səfəri, qadınlar, bahalı restoranlar və s. Ən axırda intihar! Və planın ən qəribə tərəfi budur ki, o, bütün bunları Çarlinin yanında etmək istəyir.

Çarlinin isə öz problemləri var. O, dostu Corcla oxuduğu ali siyasət məktəbinin direktorunu biabır edən iki tələbə yoldaşını iş başında görüb, amma onları satmaq istəmir. Dostu ilə qərara alırlar ki, məktəbdən qovulsalar belə, satqınlıq etməyəcəklər.

Corc sözünün üstündə durmur, bazar ertəsi məktəbdə qurulan məhkəmədə tələbə yoldaşlarını da, dostu Çarlini də satır, beləliklə vəziyyətdən çıxır. Çarli yenə də heç kimi görmədiyini, uzaqdan adamları dəqiq tanımadığını deyir. Onu məktəbdən qovmaq məqamı yaxınlaşanda qəfil həftəsonu Nyu-Yorka yoldaşlıq etdiyi Polkovnik Frenk içəri daxil olur. Özünü Çarlinin ailəsinin vəkili kimi təqdim edərək gənc dostunun müdafiəsinə qalxır. Məncə, filmin canı da elə burdadır.

Polkovnik Frenkin Hamletsayağı monoloqu tamaşaçının alnında beşatlan kimi açılır: “Siz sabahın siyasətçilərini hazırlayırsınız, amma bunları necə tərbiyə edirsiniz? Satqın kimi! Tələbə yoldaşlarını satan, dostuna xəyanət edən Corc mükafatlandırılır, satqınlıq etməyən Çarli məhv edilir. Çarlinin hərəkətinin bir adı var, cənablar: Ləyaqət!

Ləyaqətli insana kömək etmək lazımıdır, onu məhv eləmək, silmək, vurmaq, sındırmaq yox!”

Ağzınızda film deyirsiniz...

Nikbin bitir hər şey.

Çarlini cəzalandırmırlar.

Polkovnik Frenk qələbə çalır.

Ləyaqət öz sözünü deyir.

Amma bu dünyada uzaq-uzaq yerlər var ki, oralarda hadisələr filmdəki kimi olmur.

Ləyaqətli insanı udub üstündən də “Oxqay!” deyirlər.

Bircə nəfər də tapılmır ki, kor polkovnik qədər həqiqəti görə bilsin və lazım gələndə sinəsini qabağa versin.

Məsələlər bu qədər sadə ikən...

# 1203 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #