Parazitləri məhv elə, Qar!

Parazitləri məhv elə, Qar!
31 yanvar 2014
# 11:47

Nə gözəl yağırsan, Qar! İndi hamı səndən danışır... Kimi deyinir, kimi sevinir... Kimi yaratdığın problemləri dilə gətirir... Kimi sürüşür, əlini-qolunu qırır, kimi də mənim kimi sevinir!

Mən sənin bəyazlığın, saflığın, sadəliyin üçün lap qəribsəmişdim. Bu bəyazlıqda gözlərimə bir siyahın dəyməsini heç istəmirəm...

Səssizliyinlə sakitləşdirirsən, rəngsizliyinlə hüzur verirsən... Təbiəti ağ libasınla bəzəyirsən... Üstünə bir ləkə düşməsini istəmirəm... Ayaqlar altında xırtıldayan dənəciklərinin dağılmasını istəmirəm...

Səni yalnız seyr etmək istəyirəm, səndən yalnız zövq almaq istəyirəm... Sən safsan, sən sadəsən, sən səmimisən... Danışmasan da, dilə gəlməsən də, bəyazlığın, saflığın sənin əvəzinə hər şeyi deyir...

Darıxmışam sənin üçün... Sənin yağmağına körpələr kimi sevinirəm... Park və məhəllələrdə səssiz-səmirsiz durub, təbəssümlə üzümüzə baxan qar adamları, siz hardasız? Gözümə dəymirsiz... Sizin üçün də darıxmışam... Siz safsız, siz səmimisiniz! Hər üzü təbəssümlü qar adamı görəndə bilmirsiz nə qədər sevinirəm?! İstəmirəm əriyəsiniz... İstəmirəm buz ürəkli canlı insanlarla tək buraxasınız məni... Heç bilirsiniz sizə baxıb başını yelləyən neçə-neçə insandan istiqanlısınız?!

Yağ ey, Qar! Yağmağınla Məmləkətimə xeyir-bərəkət gətir! Yağ ey, Qar! Məmləkətimdəki bütün parazit və mikrobları məhv elə! Bizim bu təmizliyə, bu saflığa ehtiyacımız var... Qarın mübarək, Məmləkətim!

# 5007 dəfə oxunub

Oxşar xəbərlər

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
# # #