Türkiyədən ucuz kitablar

 Türkiyədən ucuz kitablar
4 dekabr 2012
# 08:45

Elə ki, uzaqların məchulluğu aydınlaşır, işıqlanır, yəni üfüqdə səyahət görünür, mən həyəcanlanıram, sevincək oluram. Səyahətləri mənim üçün cazibəli edən bir neçə səbəb var.

Əvvəla, dünyanı görmə bucağım hər dəfə daha çox böyüyür, yaxşıca gəzirəm, kitab evlərinə lövbər salıram, otel otaqlarının qəribə qoxusunu içimə çəkir, siqaret tüstülədir, nəsə yazıram.

İkincisi, çıxış nöqtəsinə - yəni Bakıya ordan baxmaq, mənə yeni duyğular qatır. Görünür, insanın doğulduğu yeri sevməyinin bir yolu da, ordan çıxıb, həmin yerə uzaqdan baxmaqdı.

Səyahətlər haqda çox yazı yazmışam. Getdiyim ölkələrin muzeylərini, kafelərini, adamlarını, arxa planda gizlənən küçələrini, təmiz meydanlarını mümkün qədər yaddaşımda bərpa etməyə çalışmışam. Amma həmişə mənim üçün ilk və son dayanacaq kitab evləri olub. Sövq-təbii bir duyğu ilə kitab evlərində çox vaxt keçirirəm, pulumun çoxunu kitablara verirəm.

İçimdən bir səs həmişə mənə deyir ki, bir də bura yolun düşməyə bilər. Dünyanın ən müqəddəs yeri mənim üçün kitabxanalar, kitab evləridi və bu sakral, əziz məkanlara yolumun bir də düşməməsi qorxusu, səfərdə olarkən həmişə məni müşayiət edir və mən bir az da mövhumatçı bir hisslə kitab evlərində on dəfə, iyirmi dəfə eyni rəflərin yanından keçir, eyni kitablara baxıram, çünki mənə elə gəlir ki, buralarda hardasa bir kitab var, mən bura o kitaba qovuşmaq üçün gəlmişəm. Zənnim heç vaxt məni yanıltmır.

Bu yaxınlarda mənim üçün həm məsafələri aradan götürən, həm də görünür bundan sonrakı səfərlərdə məni daha rahat edəcək bir hadisə baş verdi. Bu sizə "hadisə" kimi gəlməyə bilər, mənim üçünsə kitabla bağlı hər şey, ən xırda şey də hadisədir.

Facebook-da rastıma "Yeraltından kitablar" səhifəsi çıxdı. Səhifəni bəyəndim və gördüm ki, redaktəyə ehtiyacı olan belə bir qeyd yazılıb: "Türkiyədən ucuz kitablar. İstədiyiniz kitabı sadəcə bir zənglə sifariş edib, 4 gün müddətində əlinizdə tutub vərəqləmənin keyfini yaşayacaqsınız.

Açıklama

İstədiyiniz kitabı sadəcə bir zənglə sifariş edib, 4 gün müddətində əlinizdə tutub vərəqləmənin keyfini yaşayacaqsınız.

1. 055 213 4213 nömrəsinə zəng vurub istədiyiniz kitab(lar)ı sifariş edəcək.

2. 4 gün sonra kitab istədiyiniz ünvana gətiriləcək.

3. Qapıda ödənişi edib, kitabları alacaqsınız.

4. Normal mağaza qiymətinden çox daha ucuza başa gələn, orijinal kitabları oxumağın

keyfini yaşayacaqsınız.

5. Kitablar Şəhərin mərkəzində Vətən Kinoteatrının qarşısında sifarişçilərə təhvil verilir. Digər ünvanlara çatdırılma 2 AZN təşkil edir.


5 və daha artıq kitab sifarişində endirimler sizi çox təəcübləndirəcək."

Sonrakı günlər elan olundu ki, sifarişlər təkcə Türkiyə ilə məhdudlaşmayacaq, Rusiyadan da, başqa xarici ölkələrdən də sifarişlər qəbul olunur. Doğrusu, bank hesabı olan və internetdən kitab sifariş etmək indiki zamanda elə də çətin deyil, amma nəzərə almaq lazımdı ki, hamının bank hesabı yoxdu və bu mənada bu ideya mənə çox gözəl, çox lazımlı gəldi. Sizi bilmirəm, mən bu səhifəni görən kimi bir neçə kitab sifariş etmişəm və artıq o kitabları əlimdə tutmağın, oxumağın, qoxusunu içimdə hiss etməyin həzzini yaşayıram.

Kitabsevərlər üçün xeyirli olsun!

# 7548 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #