Yazıçıların əhvalatçılığı

Yazıçıların əhvalatçılığı
14 yanvar 2016
# 12:15

Ayxan Ayvaz

Bir var yazıçı, bir də var əhvalatçı. Bunlar fərqli anlayışlardı.

Yazıçı kimdir?

Yazıçı hansısa bir əhvalatın psixologiyasını, hiss və duyğularını ötürən, mükəmməl mətn yaradan adamdır.

Əhvalatçılar isə daha çox gördüyü hadisələri olduğu kimi nəql edən şəxsə deyirlər.

Məsələn, bir əhvalat:

“Bir nəfər küçədə pul qabı tapır. Birtəhər dolanan ailə bu xəbərə çox sevinir. Kişi isə pul qabını sahibinə qaytaracağını söyləyir. Evdə dava-dalaş, söz-söhbət düşür. Borclar, kreditlər, ağır yaşayış kişini fikrindən döndərə bilmir. Pul qabındakı kartlardan sahibini tapır və yola düzəlir. Arvadı arxasınca özünü yetirir, yalvar-yaxar eləyir, amma xeyri olmur. Nə isə, pul qabı sahibə çatanda sadəlövh kişiyə baxıb qımışır:

- Nə işləyirsən sən?

- Toyuq satıram.

Pul qabının sahibinin cavabı unikal olur:

- Sən həmişə toyuq satacaqsan”.

Yəqin ki, tez-tez oturduğunuz kafelərdə, çayxanalarda öz kəndindən-kəsəyindən dil qəfəsə qoymadan əhvalatlar danışan adamlar görmüsünüz. Mənim tanıdığım bu cür məzəli, baməzə kişilər var. Ancaq onlar heç vaxt danışdıqları əhvalatdan hekayə düzəldə bilməyəcəklər. Çünki yazıçı deyillər.

Yuxarıdakı əhvalat materialdır, elə bil yonulmamış odundur. Yazıçı o əhvalatdan şedevr düzəldər, əhvalatçı isə danışıb keçər.

Bizim ədəbiyyatda da nə yazıq ki, əhvalatçılıq dəbə minib. Bir də görürsən, hansısa gənc bir yazar eynən kafedə əlini-qolunu sallaya-sallaya əhvalat danışan bir kişi kimi hekayə yazıb. Hekayənin dili, psixoloji qatı, duyğusu yoxdur, quru, yonulmamış oduna oxşayır. Bizi tərpətmir, təsirləndirmir.

Yazıçının gücü əhvalatçılığında deyil, ötürdüyü mesajdadır. İnsan əzab çəkir, tənhadır, onun içində fırtınalar əsir və s. Məsələ insana kənardan baxmaqda deyil. Bu əhvalatçılıqdır. Elə bil yazıçı döşünə döyür ki, bax gör, mən necə əntiqə bir əhvalat tapmışam. Ancaq bu əhvalatın irəli sürdüyü bir ideya, alt qatı yoxdur. Yalnız gülmək, ya da kövrəltmək üçün deyilib.

Bütün böyük əsərlərin əhvalatı var. Ancaq diqqətlə baxsaq, görərik ki, onlar heç də qeyri-adi əhvalatlar deyil. Bu əsərlərin bu günə qədər aktual olmağının səbəbi nədir? Yazıçı əhvalatçılıqdan qaçır, sadə adamın ayıb bildiyi, deməyə cəsarət etmədiyi, görə bilmədiyini yazır.

Yazıçı digərlərindən daha həssas, daha intellektual olur, əhvalat yazmağı isə hamı bacarar.

# 1547 dəfə oxunub

Oxşar xəbərlər

Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
# # #