Mənfur azərbaycanlılar eks-xalq yazıçısı Əkrəm Əylislini hədələyib bezdirdiyinə görə uzun müddət dərin fikirlərə qərq olan ədib Ermənistana köçməyi qərarlaşdırmışdı. Sərhədi o tərəfə tullanan kimi sülhsevər erməni xalqı onu zurna-balabanla qarşılamışdı. Sənətkarın pişvazına çıxan ermənilər onun gəlişi münasibətilə düdükdə qədim erməni xalq mahnısı “Sarı gəlin”i çalmışdılar.
Azərbaycanın eks-xalq yazıçısı düdüyün səsindən kövrələrək qol qaldırıb, ortalıqda süzmüşdü. Sonra ədibi qarşılayan müqəddəs ermənilər qol-qola verərək onun ətrafında qədim erməni rəqsi olan “Yallı”nı ifa eləmişlər. “Yallı”dan sonra Azərbaycanın eks-deputatı ləhləyə-ləhləyə çıxış edərək yarpaq dolmasının qədim erməni milli mətbəxinə məxsus olması, mənfur azərbaycanlıların bu yeməyi çırpışdırıb, öz adlarına çıxması barədə uzun bir nitq söyləmişdi. Mərasim yekunlaşdıqdan sonra erməni yazıçılarından biri Əkrəmin əlyazma dolu çemodanını götürərək, onu təzə “zapı”ya mindirib “Dığa” otelinə aparmışdı.
Ədib oteldə isti vanna qəbul etdikdən sonra dəftər-qələm götürüb səliqə ilə sabahkı işlərini planlaşdırmağa başlamışdı.
Sabah erkən qancıq tayadan düşməzdən, yenə bir dəstə dəf-düdük çalan özünü çatdırıb “Dığa” otelinin qarşısında milli erməni havası “Qoçəli”ni çalaraq ədibi Serj Sarkisyanın düzənlədiyi tədbirə aparmışdı. Ermənistan prezidentinin alovlu çıxışından sonra söz Azərbaycanın eks-xalq yazıçısı Əkrəm Aqusliyə verilmişdi. Əkrəm qaça-qaça kürsüyə dırmaşmış, bir stəkan su içdikdən sonra belə bir nitq söyləmişdi:
Əziz və möhtərəm prezident, hörmətli erməni xalqım! Mən uzun müddət mənfur, qaniçən azərbaycanlıların arasında yaşadım. Sağlığınıza, oranın xalq yazıçısı adına layiq görüldüm, xeyli müddət də deputat işlədim. Günlərin bir günü düşündüm ki, artıq 70 yaşımı doldurmuşam, uje vaxtdı, qəlbimdəkiləri açıb tökməliyəm. Ona görə qələmə sarılıb bu qaniçən xalqın bütün eybəcərliklərini, sevimli xalqımı hansı işgəncələrə məruz qoyduğunu düzüb-qoşdum, bizi qırıb, torpaqlarımızı necə mənimsədikləri haqda bir neçə əsər yazdım. Özü də onların acığına əsərin birini rus mətbuatında çap elətdirdim. Əsərim çap olunan kimi mənfur və qaniçən azərbaycanlılar üstümə hücum çəkdilər, məni xalq yazıçısı adından məhrum elədilər, oğlumu və arvadımı yeyib-şişməkdən harınladığı yağlı yerlərdən çıxartdılar, kitablarımı yandırdılar. Lakin mən bu təhlükələri əvvəlcədən göz altına almışdım, bilirdim ki, qaniçənlər məni bağışlamayacaq. Ancaq harada olursam-olum, mənim qəlbim həmişə öz əziz erməni xalqıma xidmət etmək əzmi ilə alışıb-yanır. (Yerdən sürəkli alqışlar gəlir.) Bildiyiniz kimi, çemodanda özümlə bəzi əlyazmalarımı da gətirmişəm. Orada azərbaycanlıları təhqir eləyən başqa iki böyük əsərim də var ki, hələlik çap olunmayıb, xam materiallardı. Özümə söz vermişəm, bu xain azərbaycanlıları bütün dünyada biabır eləməsəm, əmdiyim halal erməni südü mənə haram olsun! (Yerdən bir daha sürəkli alqışlar yüksəlir.)
Əkrəmin təntənəli çıxışından sonra, zaldakı ermənilər onu sorğu-suala tuturlar.
- Ara, Akram, necə bilirsən, Sumqayıt hadisələrini özümüzün törətdiyimizi onlar bilirmi?
- Əlbəttə bilirlər, ancaq heç vaxt sübut eləyə bilməyəcəklər, çünki dünyada bizi müdafiə eləyən rus mətbuatı daha güclüdür. Onlar heç bir təbliğat qura bilmir, səsləri rus mətbuatının gurultusu içində itib-batır.
- Axper, deyirsən, yazdığın trilogiyadı, bəs o biri əsərlərində nədən yazmısan?
- Sizcə nədən yazaram? Əlbəttə, onları yerlə-yeksan eləmişəm, ta bunun o yan-bu yanı yoxdu! Orada özümü elə apardım ki, guya niyyətim iki xalq arasında sülh yaratmaqdı, əslində isə onları bütün dünyada qaniçən kimi tanıtmaq istəyirəm. Hazırda cəllad Ramil Səfərov haqqında “Qanlı balta” adlı mənzum dram üzərində işləyirəm.
- Eşitmişik, səni Azərbaycanda da müdafiə eləyənlər oldu, hətta onların içərisində əslən Qarabağdan olanlar da var, bu necə olan şeydi?
- Bəli, müdafiə eləyənlər oldu, biqeyrətlər hər yerdə doludu. Orda ələkçinin qılverənləri çoxdu, bilirsiniz də, bizdə belələrinə “qılverənyan” deyirlər. Manqurtlar elə bilir ki, yazıçı öz xalqını şərləyə, yalan yerə qaniçən, başkəsən kimi göstərə bilər. Ağzında manqurt deyirsən!
- Bəs nə yaxşı heç bizim əməllərimizdən yazmamısan? Məsələn, Xocalıda törətdiyimiz vəhşətlərdən, əsir götürdüyümüz arvad-uşaqlardan, damarlarına benzin vurduğumuza görə günlərlə başlarını divara çırpan qocalardan, ata-anasının gözləri qarşısında növbəyə durub zorladığımız körpələrdən, qarnını cırdığımız hamilə qadınlardan, diri-diri yandırdığımız adamlardan...
- Hi-hi-hi! Elə şeylərdən yazsaydım bura gəlib çıxa bilərdimmi? Köpəyuşağı, mənim “Aqulis” kəndimi əyib, “Əylis” eləyib, bunu da kitabda yazmışam.
- Ara, Akram, düzünü de görüm, əgər sən də Xocalıda yaşasaydın, gözünün qarşısında sənin də balalarını növbə ilə zorlasaydıq, öz əsərinə o epizodlardan sala bilərdinmi?
- Xahiş edirəm, burda provaksion suallar verməyin. Məncə, iclasımızı yekunlaşdırmaq lazımdı. Mən öz “Dığa”ma qayıtmaq istəyirəm, çox yorğunam. Sabah Qarabağ respublikamıza da səfərim var. Həm də dünən sərhədə yaxınlaşarkən, kolluqların arası ilə müqəddəs torpaqlarımıza tərəf çox sürünmüşəm. Taleyin hökmü ilə ixtiyar yaşına qədər düşmən torpağında yaşamağa məcbur olan qərib və əzabkeş axperinizi belə isti qarşıladığınıza görə, hər birinizi bağrıma basıram!