Salamla Yalçının davası

Salamla Yalçının davası
22 noyabr 2016
# 12:40

Məşhur bir lətifə var.

Tikintidə adam ölür. Kefcil bir fəhləyə deyirlər, get, mərhumun ailəsinə xəbər ver. Fəhlə gedir və ölən iş yoldaşının xanımı ilə aralarında belə bir dialoq olur:

- Ərin evdədir?

- Yox, işdədir.

- Nə vaxt gələcək?

- Axşam 9-da!

- Ay gəldi ha! Ölüb eee...

Mən müxtəlif yaş dövrlərində bu əhvalatdan ayrı cür təsirlənmişəm.

Əvvəllər o fəhlənin kefcilliyinə gülürdüm.

Sonralar, qadının faciəsini göz önünə gətirib kədərləndim.

İndi isə bu hərəkətdən qorxmağa başlamışam.

Ciddi deyirəm!

İnsan bilmədiyinin düşmənidir - bu məlum.

Din insanı bilmədiyinə sayğı ilə yanaşmağa çağırır – bu da məlum.

Elm bilmədiyinə heç bir münasibət bildirməməyi seçir – bu da aydındır.

Bəs biliyi-bacarığı ilə qarşısındakı əzmək, aşağılamaq, onu lağ obyektinə çevirmək hansı ehtiyacdan yaranır?

Bu uşaqca cığallıq sadə bir eqo tətminimi?

Nüfuz davasımı?

Başqasının məğlubiyyətində uğur görmək, başqasının faciəsindən səadət aramaqmı?

Hər nəsə insanca bir duyğu olmamalı...

Bu günlərdə gözəl şairimiz Salam Sarvanla gözəl alimimiz Yalçın İslamzadənin etika sınırlarını zorlayan Facebook davası məni yuxarıdakı düşüncələrə dalmağa vadar etdi.

Nə üçündür bu dava?

Günah kimdədir?

Düşündüm xeyli.

Məsələ budur ki, hər iki tərəf nə qədər suçludursa, o qədər də haqlıdır.

Dünyada bəzən həqiqətlər üz-üzə gəlib biri-birini inkar eləməyə qalxışa bilir.

Necə ki, Salamın şəxsində metafizika, Yalçının şəxsində fizika ilə toqquşub partlayış yaratdı.

Əcəba, dəyərli dostlarım bilmirmi ki, dünyanın poetik dərki başqa, elmi dərki bambaşqadır və bu dərketmələr milyonlarla qeyrisi kimi biri-birini inkar etmir, plüralizm zamanında dinc, yanaşı yaşamağı bacarır.

Klassik bir misalda deyildiyi kimi, Qız qalasına baxan memar, mühəndis, şair, tarixçi, yazıçı fərqli nüanslar görürlər.

Onda gərək biri-birini qırsınlar ki, Qız qalasının dəyəri hansı xüsusiyyətindədir: çertyojundamı, tikintisindəmi, poetikasındamı, qədimliyindəmi, anlatdığı hekayətdəmi?

Cavab verirəm: hamısında!

Memara da, mühəndisə də, şairə də, tarixçiyə də, yazıçıya da eyni dərəcədə ilham verməsində...

Bəs zamanımızın ən gözəl şairlərindən və ən gözəl alimlərindən ikisi bura yazdığım çox sadə həqiqətləri bilmirlərmi?

Bilirlər, təbii...

Belədirsə, dava nədən ötrüdür?

Belədirsə, niyə iş daha cavan bir elm aşiqinə “Mirzə Cəlil danabaşlığı” ifadəsini yazdıracaq qədər xırdalanır?

Bax zurnanın fırt dediyi yer buradır.

Bəlkə bir az da düşünək?

Düşünək, bəli...

Demək, tikintidə adam ölür...

Kefcil bir fəhləyə deyirlər ki...

# 1454 dəfə oxunub

Oxşar xəbərlər

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
#
#
# # #