Şekspirdən fərqimiz

Şekspirdən fərqimiz
27 mart 2013
# 10:59

Şərif Ağayar

Bu gün Beynəlxalq Teatr Günüdür.

Ötən bazar qəribə bir təqvim keçdi əlimə. Baxam ki nə? Bu dünyada hər şeyin bir günü var. Məsələn, su günü, torpaq günü, yaşıllıq günü, həşəratların qorunması günü, zarafat günü və s. Bu təqdirdə teatr günü niyə də olmasın? Baxmayaraq ki, sənətin bu sahəsinə İslam Şərqində dodaq büzüblər həmişə... Kişi də üz-gözünə boya yaxıb, arvad paltarı geyinib səhnədə təlxəklik eləyərmi? Eləməz, əlbəttə! Kişi deputat olar, rəis işləyər, Kamaz sürər. Yoxsa nəymiş? Dünyada tamaşa deyə bir mütrif oyunu varmış, onun-bunun şəbihini çıxarırmışlar.

İnanın, teatrşünas-kulturoloq Aydın Talıbzadənin xətri olmasa, deyərdim bağlasınlar bütün teatrları! Bir də eşitdiyimə görə qədirşünas məmləkətimizdə 700-ə yaxın adam teatrın hesabına evinə çörək aparır. Fəxri ad alıb xoşbəxt həyat sürən onlarla artist var. Bizdə teatr bir növü “kontor” kimi bir yerdir. Olması vacibdir. Gəlmisən, əcəb eləmisən, özünü ağıllı apar, sənə deyiləni yap, ayın axırı kartını sal, bankomatdan maaşını çıxar. Bir az ütük olsan ad-san da qazana bilərsən. Hey, oğlum, hey! Nələr yoxdu teatrın qövsü-qüzehlərində? Ev, maşın, təqaüd, ezamiyyələr... Uzağı, varlı bir şairin şeirlərini oxumaqla başını girələyərsən. Xüləs, teatr ciddi yerdir.

Yazdıqlarım bir yana, teatr deyəndə yadıma Şekspir düşür. Daha dəqiqi, bu böyük sənətkarın “Hamlet” faciəsi. Söhbət təkcə teatr üçün yazmaqdan yox, teatrdan yazmaqdan gedir.

Yadınıza salım: Hamlet atasının silueti ilə görüşən zaman onun söylədiklərinin Tanrının, yoxsa şeytanın iradəsi olduğunu ayırd edə bilmir. Neyləsin, cavandır binəva! Deyib-gülən, sevib-sevilən vaxtıdır! Hamlet necə inansın ki, taxt-tacı ələ keçirməkdən ötəri əmisi anası ilə əlbir olub onun atasını qətlə yetirib?

Siluet Hamletə rahatlıq vermir.

Bəs gənc şahzadə nə edir?

Sarayın həyətinə gələn səyyar teatr artistlərini çağırıb əmisi ilə anasının onun atasını necə qətlə yetirdiklərini –siluetin söylədiklərini səhnələşdirir. Və dostu ilə bahəm əmisinin sifətinə baxır, onun reaksiyasından siluetdən eşitdiklərinin doğru olub olmadığını müəyyən edir. Siluet haqlı çıxır!

Vay bə, Şekspir!

Göylər bizə həmişə böyük həqiqətlər pıçıldayır!

Biz isə nəinki bu həqiqəti söyləmirik, ona məmnuniyyətlə arxa çevirir, lazım gələndə üzünə lombasıyla tüpürürük.

Çünki ad-san və şöhrət həmişə yalanların yanında bərq vurur.

O daha cazibdir!

O daha şirindir.

Halbuki həqiqətin gətirdiyi şöhrət daha əbədi olardı.

Amma bu şöhrəti yaxalamaq asan deyil.

Buna təkcə istedad və vicdan deyil, həm də zaman lazımdır.

Biz isə səbirsizik.

Neyləyək, dünya ölüm-itimdir.

Ömür adama iki dəfə verilmir ki, birini həqiqətin arxasınca zay eləyəsən.

# 2607 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #