Zibil qutusu

Zibil qutusu
7 dekabr 2012
# 21:31

Yağışlı havada eşələdiyi zibil qutusunun üstünə çətir tuturdu, nə vaxtsa əlindəki çətirlə yanındakı xanımın saçlarını yağışdan qoruyan alicənab adam. Çətir o vaxtlar xanımın olardı. Sonralar zibil qutusunun olan kimi...

Gündəlik ruzini zibil qutusu gətirirdi bu bəxti və əli gətirməyən allah bəndəsinə....

Üfunət qoxuyan zibil qutusuna aşiq idi bir vaxtlar gül ətri verən qadın saçlarını öpməkdən zövq alan insan balası. Nə vaxtsa, kiminsə zibil qutusunu yandırmasının sevdiyi qadının gedərək onu yandırmasından daha təsirli olacağını təsəvvür belə etməzdi...

Nə qədər üşüdücü bir mənzərə. Bir müddət yanıq qoxuyacaqdı demək yedikləri...

Qaralmışdı onun gül kimi zibil qutusu. Rəngləmək keçirdi ürəyindən hər dəfə eşələməyə gəlincə. Hər dəfə ümid edirdi ki, zibillərin arasından bir qutu yaşıl rəng və bir fırça tapacaq...

Təmir edilən evlərin pəncərələrinə həsrətlə baxırdı gündüzlər. Bəlkə axşam, qabında artıq qalmış rəngi zibil qutusuna atacaq qədər gözütox usta işləyir o evlərin hansındasa-deyə.....

Ağlına da gəlmirdi ki, bir gün onun köhnə qidadan zəhərlənmiş özünü bir zibil kimi sevgili qutusunun yanından götürüb ölmüş insanların “morq” adlanan zibil qutusuna atacaqlar...

Sonra bir uşaq gəlib, yerdə qalmış çətiri təpikləyib gedəcək...

Epiloq

Vaxtı çox keçmiş qidaları zibil qutularına atmayın lütfən. Zibil qutuları kimlərinsə ərzaq dolabı, soyuducusu sayılır, hətta soyutmasa belə...

Xanımınıza hərdən təzə çətir alın, buna imkanı olanlar. Köhnəsini yağışlı havada zibil qutusuna atmaqdan ötrü... Və atmazdan əvvəl bir anlıq həmin çətiri açıb qutunun üstünə tutun...

Zibil qutularının üstünə çətir tutan kişiləri zibil qutularının yanında bir saniyəlik sükutla yad edin arada...

Xüsusilə də əgər siz alicənab birisinizsə. Çünki hər axşam hava qaralandan sonra zibil qutuları ilə görüşə gedən kişilərin bir qismi əl açıb dilənməyi içindəki Ali Cənabına sığışdırmayan insanlar da ola bilir...
Mən hərdən məhəlləmizdəki zibil qutusuna bir qutu təzə peçenye atıram....

# 6104 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #