Varlı iti

Varlı iti
3 fevral 2014
# 12:14

Soyuqdu. Uzaqdan həmişəki yerində-yolun qırağındakı ağacın dibində oturmuş dilənçi qarının silueti görünür. Onun yanından keçməmək üçün yolunu dəyişirsən. Tini burulan kimi “geyimli- keçimli”, qarda gəzməyə çıxarılmış it görünür, bir də büzüşə-büzüşə məktəbdən qayıdan nimdaş geyimli uşaq.

Sən nə o uşağın valideynisən, nə o itin yiyəsi. Yolunla düz getməlisən. Sən ancaq düşünə bilərsən. Və düşünürsən. Bəşəriyyətin tarixi haqqında. Hələ də bu dünyada üşüyən balacaların və itini geyindirən böyüklərin olması barədə. O böyüklər ki, bu mutluluq fotosunda uzaqdan düşən o nimdaş geyimli uşağı görmürlər. Dindirsən, heyvan haqlarından nitq irad edib səni borclu çıxararlar. Doğrudan da, kimsən axı sən, nə bilirsən, aristokrat olmaq, qışda itini geyindirib gəzməyə çıxarmaq nə olan şeydi. Sən hardan biləsən, bu mutluluq fotolarındakı gözəlliyi o nimdaş geyimli insanlar necə kobudcasına pozur. İtini gözəl geyindirmiş varlı daha haqlıdı, nəinki uşağını geyindirə bilməyən kasıb. İndi sən bu şəkli paylaşsan, o yaraşıqlı itciyəzin dilini oxşayanlar daha çox olar, nəinki uşağın. Kasıblığın tərəfdarları olmur.

Ürəyin sıxılır, bütün bunları düşünməməyə çalışırsan. Gülümsəməyə, kədərdən qaçmağa can atırsan. Bir az bundan qabaq içində cövlan edən həyat eşqini, dilənçi qarını görmədən öncə fikrindəki o işıqlı ideyanı axtarırsan. Tapırsan, sonra yenə itirirsən, sonra yenə tapırsan.

Gün boyu müxtəlif xəbərlər güclə qurduğun barrikadanı dağıdır. Müharibələr, terrorlar, intiharlar haqda xəbərlər. Sən bu səhnələrin heç birində deyilsən, amma bilmirsən, bu yaxşıdı, ya pis. Nə yanıb ölənsən, nə donub ölən. Nə səngərdə döyüşən Milli Ordu əsgərisən, nə tutulan düşmən casusu. Sən nə biləsən, əsl vətəndaş olmaq nə deməkdi? Hələ də vətənpərvərliklə humanizm arasında seçim edə bilməmisən.

Yenə fikirlərin qarışır. Yenə yaxanı qırağa çəkməyə çalışırsan. Öz həyatında gizlənmək istəyirsən. Alınmır. Yenə də sənin şəxsi stimulun ictimai ümidsizliyə dəyib parçalanır.

Bukovskinin sözlərini xatırlayırsan:

“Mən xırda şeylərdən zövq almağı bacarıram, amma bu zibillikdə xırda şeylər axtarmağa tənbəllik edirəm”.

# 3326 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
#
#
# # #