- Səni sevirəm. Xanımım olmanı istəyirəm. Mənimlə evlənərmisən?
- Adama neçə dəfə "yox" deyərlər. Sən yaxşı oğlansan, xoşuma da gəlirsən. Amma bu mümkün deyil.
- Nədən?
- Bizim imkanlarımız xeyli fərqlidir.
- Mənə sənin imkanın yox, özün lazımsan.
- Mən səndən beş yaş böyüyəm.
- Mənə sənin yaşın yox, özün lazımsan.
- Mənim görüşdüyüm olub.
- Mənə sənin keçmişin yox, özün lazımsan.
- Belə çox sevirsən məni?
- Hə.
- Nə desən edərsən bu evlilikdən ötrü?
- Hə.
- Hətta Azərbaycana da xəyanət edərsən?
- ...... düzü bu barədə heç düşünməmişəm.
- Düşün.
- İndi, elə burda?
- Hə. Mən girirəm ticarət mərkəzinə. Çıxana qədər vaxtın var.
- Onda bir az gec çıx.
- Yaxşı, bir qəhvə də içərəm orda.
Yarım saat sonra.
- Nə oldu, düşünə bildin?
- Nəyi?
- Mənimlə evlənməkdən ötrü məmləkətə xəyanət edərsən ya yox?
- Yox, düşünmədim.
- Nədən?
- Cavab sən bu sualı verirkən də özümə aydın idi.
- Xəyanət edərsən yəni...
Bilirsən, aylardı səni necə unutmağın yollarını arayırdım. Amma tapa bilmirdim...
- İndi tapdın?
- Hə. Sənin bu sualın mənə kömək etdi. Mən daha səninlə evlənmək istəmirəm. Sadəcə gözlədim ki, yardımçı olduğun üçün sənə minnətdarlığımı bildirim. Bir də yoluna çıxmayacam.
- Dayan, ay dəli. Hara gedirsən? Bunu kimdən soruşdum "edərəm" dedi. Amma sən... Doğrudan etməzsən ?
- Etməm.
- Bax indi, mən səninlə evlənmək istəyirəm.....