#

Niyə?

Niyə?
30 yanvar 2013
# 18:47

Eldəniz VƏLİYEV

- Necəsən?

- Mənim günümdə olmağını istəməzdim...

- Niyə?

- Niyə sualların ən çətini və ən çox işlədilənidir. Heç sevmədim onu

- Niyə?

- Nə niyə?

- Bəlkə izah edəsən.

- İzahdan qorxuram.

- Niyə?

- Çünki gözündə qalxmaqdan və ya düşməkdən qorxuram.

- Ən çox hansından qorxursan?

- Qalxmaqdan...

- Düşməyi başa düşdüm, qalxmaqdan niyə?

- Hündürlükdən qorxuram.

- Niyə?

- Düşəndə çox ağrıdır...

- Demək ağrılardan qorxursan, mənsə düşünürdüm ki..... Bilmirəm niyə?

- Haqlısan, qorxuram ki əlim sənə çatmaya...

- Nyə?

- Çünki sən zirvəsən!

- Deməli mən xoşbəxtəm...

- Niyə?

- Dedin axı mən zirvəyəm.

- Onda mən səndən də qorxuram...

- Niyə?

- Düşsən ağrılarına dözə bilmərəm.

- Deməli özündən qorxursan, mənə olacaqlardan yox, niyə?

- Çünki sən mənsən!

- Onda gəl düşək.

- Yenə qorxuram.

- Sən qorxaqsan?

- Hərdən mənədə elə gəlir.

- Onda səni çox sevirəm...

- Niyə?

- Nə niyə?

- Axı insanlar qorxaqları yox qəhrəmanları sevir.

- Kim deyir ki sən qorxaqsan?

- Mən.

- Sən kimsən?

- Deyəsən sən...

- Mən qorxaq deyiləm.

- Onda məndə.

- Gəl qalxaq.

- Gəl.

-Gözümüzü açmayaq…

- Niyə?

-Ayılan kimi sən sən olacaqsan, məndə mən…

-Niyə?

-Artıq ayıldın…Təəssüf…

# 2950 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
#
#
# # #