Nazirlikdən gedənlər və gələnlər

Nazirlikdən gedənlər və gələnlər
13 avqust 2020
# 14:11

“Ustad müəlliminə qalib gəlib tələbəsinə məğlub olandır”.

Bu kəlamda çox sanballı mətləblər gizlənib.

Orxan Pamuk deyir, Qərb Sofoklun “Çar Edip” əsəri ilə oğulun ataya, yəni yeniliyin ənənəyə qalib gəlməsinin təməlini qoyub, Şərq isə Firdovsinin “Şahnamə”sində əks səhnə ilə ənənənin yenilik üzərində hökmranlığını əbədiləşdirib. Edipin bilməyərək atasını öldürməsi oğulların atalar üzərindəki qələbənin daha işıqlı olduğuna işarə verir, “Şahnamə”nin Rüstəmi də bixəbər oğlu Söhrabı öldürərək ataya qeyd-şərtsiz etiqadı rəsmiləşdirir.

Əfsanələrin, dastanların taleyimizdəki rolunu sərgiləyən “Qırmızı saçlı qadın” romanı bu mövzuda yazılan yüzlərlə əsərdən biridir və bu əsərlərin əksəriyyəti oğulun ata üzərində qalibiyyəti ilə başa çatır.

Təbii ki, burada söhbət ataya, yəni keçmişə hörmətsizlikdən getmir, yeniliyin mütərəqqiliyinə diqqət çəkir. Böyük əsərlərdə atalar özləri övladlarına məğlub olmağı seçir – girişdə qeyd olunan qədim çin deyimində olduğu kimi.

Mədəniyyət Nazirliyində gedən kadr islahatları və son təyinatlardan biri – 33 yaşlı Rüfət Həsənovun çox önəmli bir post olan nazirliyin Kinematoqrafiya Şöbəsinə müdir təyin olunması böyük bir qaramatın içində işıldayan ümiddir.

Bu gün Azərbaycanda gənc kadrların vəzifəyə gəlməsi – kadrın kimliyindən asıllı olmayaraq çox pozitiv hadisədir.

Şübhəsiz ki, Azərbaycanda nəsillər arasında böyük uçurum var – biz Sovet çörəyi yemiş atalar, dünya müharibəsi görmüş babalarla eyni evdə yaşayırıq. Dünyanın ən fərqli siyasi-ictimai quruluşu olan sosializmin şikəst tətbiq olunduğu böyük bir imperiyada yaşamış atalarımız bizi heç cür başa düşə bilməz. Biz bəşəriyyətin ən çevik dəyişdiyi, texnologiyanın fantastik inkişaf etdiyi dövrün uşaqlarıyıq. Əsrimiz qocaları bağışlamır. Əli sensora öyrəşməyən kişilərimiz gözəldi, amma çağdaş deyil. Onlar “o gözəl atlara minib getməlidirlər ki,” yeni nəsil özünü, sözünü tətbiq edə bilsin.

Bu iki nəslin dialoqu mümkün görünmür, çarə gəncliyə təslim olmaqdır. Tərəqqiyə çatan cəmiyyətlər bu nümunədən istifadə edib. Düzdür, bu Şərq ənənəsinə ziddir, amma biz sosial-ictimai tərəqqini Qərbdə görürüksə, mütləq bu modeldən istifadə etməliyik.

Agah şəxslərə bu da aydındır ki, söhbət kor-koranə təhvil-təslimdən getmir, yaşlı nəslin nümayəndələri hər zaman iş başında olacaqlar, elə kadrlar var ki, onlara individual diaqnoz qoyulmalıdır – məsələn, kim Lütfizadəyə qoca deyə bilərdi? Milyon cavana dəyən zehniyyət sahibi olan fərdlərə söz demək artıqdır; Mixael Haneke, Bella Tar, Terrens Malik, Umberto Eko hər yaşda cavandılar...

Sirr deyil ki, Şərq ölkələrində hakim dairələrin gənclərə dözümsüz münasibəti daim fəlakətlərə səbəb olur. Səlahiyyət sahibləri gənclərə etimad, etibar etməyə məcburdurlar.

Son günlər nazir, şöbə müdiri və digər önəmli postlarda gənclərin təyinatını görmək, nəslimizin nümayəndələrinin səlahiyyət sahibinə çevrilməsini müşahidə etmək, bu “kədərli 2020”-in ən gözəl mənzərəsidir. Ümid edək ki, bu pozitiv tendensiya davam edəcək, nazirliklərdə naftalin iyi verən o kreslolar gün görəcək, bir az da gənc, enerjili kadrlara liman olacaq.

Sözlərimi şairin misralarıyla tamamlayıram:

Sizə zəfər gətirəcəyik!

bizə barıt qoxusu dadmayan

səhər saxlayın...

# 5054 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #