Gizli videolarla bədbəxt etdiyimiz qadınlar

Gizli videolarla bədbəxt etdiyimiz qadınlar
23 aprel 2021
# 12:00

Göydən bir daş gəlsə, yenə mütləq Azərbaycan qadınının başına düşür.

Yazıq Azərbaycan qadını!

Sosial şəbəkələrdə, küçədə-bazarda hamı keçmiş millət vəkilinin məlum hərəkətlərindən danışır.

O videodakı qadını qınayan kim, söyən kim, daşlayan kim!

Hələ neçə-neçə statusda yazırlar ki, kafedralarda, institutlarda o qadın kimi qadınlar çoxdur, əksəriyyəti evlidir və o cür əmilər onlara qarşı da eyni hərəkətləri edirlər. Qadınlar isə işlərini itirəcəkləri, ərlərinin başına iş açacaqları qorxusuyla susur, boyun əyirlər.

Dostlar, yoldaşlar, siz niyə belə fikirlər yayırsınız, artıb-çoxaldırsınız?

Həm də bu fikirləri yazanların çoxu elə qadınlardır. Siz başa düşürsünüzmü ki, o qadınlara özünüzə nə boyda zərbə vurursunuz?

Nə qədər qısqanc ərin, kişinin əlinin bəhanə verirsiniz?

Onsuz da Azərbaycan qadınının adı vayqanlıdır. O, hər addımını yüz dəfə ölçüb-biçməyə məhkumdur. Adını təmiz saxlamaq üçün nələrlə, kimlərlə, nə qədər mücadilə aparır?

Əziz qadınlar, lütfən, barı siz bu məsələdə Azərbaycan qadınının ziyanına işləməyin. Nə hansısa əmiyə bir şey olacaq, nə də başqa kişilərə, olan bizə olur.

İndi iş yerlərində namusuyla, zəhmətiylə çalışan bütün xanımlarımız özünü pərt hiss edir. Onlara bunu yaşatmağa nə haqqımız var? Əksəriyyətiylə bu cür rəftar edirlər deyə səs-səsə vermisiniz.

Eyibdir, vallah, eyibdir!

Birincisi, insanların öz şəxsi işləridir. Kim kiminlə nə edir, harda görüşür, nə işlər görür, niyə bu bizi bu qədər maraqlandırmalıdır? Hərə özünə cavabdehdir.

İkincisi, “hamısı belədir, hamısı özünü belə aparırmış, vay xəbərimiz yoxmuş!” - deyə şərh vermək insanlara haqsızlıqdır.

Bəlkə də son 30 ildə bu kiçik video qədər heç nə Azərbaycan qadınına ziyan vurmadı.

Yüzlərlə qadın təhsildən uzaqlaşdırılır bu ölkədə.

Yüzlərlə qadın arzularını reallaşdıra, karyerasını qura bilmir. Qadının işləməsinə, cəmiyyətdə, sosial həyatda aktiv fəaliyyətdə olmasına qarşı çıxan o qaba və kobud adamların əlinə necə bir bəhanə verildiyini görüb yanıb-yaxılıram.

O videonu qadınlar paylaşmamlıdır.

İlk başda qadınlarımız o videonun paylaşılmasına qarşı çıxmalıdır.

Məsələ bir qadının şəxsi həyatının, karyerasının, adının korlanmasından getmir. Bu daş ümumən Azərbaycan qadınının bostanına gəlib düşür. Videodakı əmiyə bir şey olan deyil. Bizim cəmiyyətimizdə elə əmilərin özlərini bu cür aparması onsuz da normal qəbul olunur. Üzdə onu qınayan kişilərin əksəriyyəti ürəyində haqq qazandırır. Hətta, çoxu onun yerində olsa, eyni cür davranar.

Təklif edirəm ki, biz bu bədnam hadisəni həmişəlik unudaq və bu hadisədən Azərbaycan qadınının ziyan görməsinin qarşısını alaq.

Çanaq yenə qadınlarımızın başında çatlamasın.

# 4636 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #