1000 manatlıq gül ilə 1 manatlıq gülün fərqi nədir?

Nargis İsmayılova, yazar

Nargis İsmayılova, yazar

8 mart 2023
# 12:30

Kulis.az Nargisin “8 mart – bayram, yoxsa adi gün?” yazısını təqdim edir.

8 martın mahiyyəti 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş saatlarına, eyni zamanda pis iş şəraitinə etiraz olaraq tətil etməsi ilə başlayır. Polis aksiyanı amansızlıqla dağıdır.

Daha sonra 8 mart 1908-ci ildə Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha qısa çalışma saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün yenidən nümayiş keçirir. İlk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" olur. 28 fevral 1909-cu ildə isə Nyu Yorkda baş tutan tətili yad etmək üçün ilk qadın günü qeyd olunur.

Beləliklə, bu tarix getdikcə dünyanın beyninə “Qadınlar günü” kimi həkk olunur. Etirazlarla başlayan, qanlı-qadalı bitən 8 mart çağdaş dünyada müsbət ab-hava ilə bəzədilərək cəmiyyətə təqdim olunur və qeyd olunur. Çörək və gül mübarizəsi, sonradan sevginin dozasını ölçmək vasitəsinə çevrlir.... Bəs bu gün çörək və gül qadınlarımızı qane edirmi?

Bizə 8 mart lazımdırmı?

Bəzi xüsusi beynəlxalq bayrama çevrilən günlər olur ki, biz bunu dünyanın təqvimindən silə, dəyişə, əvəzləyə bilmirik. Özününküləşmə konsepsiyası getdikcə inkişaf etsə də, dünyada gedən ciddi PR kompaniyaları beynəlxalq ruhu canımıza hopdurur. Hətta bir müddət sonra qan iyisini də unuduruq. Yəni, qısaca, gözəl görüb, gözəl də düşünürük?!...

8 mart ölkəmizdə böyük əhəmiyyət kəsb edir. Bu günün əhval-ruhiyyəsini danmaq qeyri-mümkündür. Səhər açılandan etibarən mağazaların vitrinlərindən tutmuş, feysbuk statuslarına qədər, hər yerdə bu bayrama dair şüarlar, elementlər, statuslar, videolar görürük.

8 martı yüksək qiymətləndirən insanlarla yanaşı, 14 fevralda olduğu kimi bu günü tənqid edənlər də olur. Hətta bir qrup qadın bu münasibətlə onu təbrik edən insanları ciddi cəhdlə qınayaraq, 8 martı qəbul etmədiyini, bunun insan hüquqlarına ziddlik, qadınlığa təhqir kimi qiymətləndirir.

Qısaca¸ 8 mart heç də hər kəsin həyatında, ömür gündəliyində qırmızı rənglərlə yer almır. Ya da alsa da, bunu etiraf etməkdən çəkinirlər. “Yaşasın “izm”lər” fonunda həyatlarına davam edirlər.

Bəs gerçəkdə necədir?

Küçədə gedərkən, görürük ki, əksər qadınların geyimi, baxışı dəyişib, hətta mimikaları yumşalıb, nəzakətlərinin dozası artıb, digər günlərdəki kimi qaşqabaqlı deyillər. Hətta sevimli parfümləri ilə ətirlənib, gözəl əlbisələrini də geyiniblər. Bu instinktir. Gözlənti instinktidir.

Bəs bu gözlənti qarşılanmadıqda nə baş verir? Günlərə, aylara, illərə doğru çiyələkvari bığçıqlar vasitəsiylə uzanmırmı? Bu yaxşı haldırmı? Bununla işimiz yoxdur, ancaq, qadınlar nə üçün yalnız 8 martda qadın olduqlarını xatırlayırlar?

Axşama kimi hədiyyə almayan xanım özünü psixiolojik olaraq pis hiss etməyə başlayır. Bu əksər xanımlar üçün belə olur. Emosional olaraq xanım özünü dəyərsiz hiss edir. Bir növ qarşı cinsi günahlandırır. Sanki bu gün təbrik və hədiyyə almamaq onun qadınlığına təhqirdir. Yaxud bu əməllə onun qadınlığı azalır, azaldılır.
Heç olmasa boynu əyri qalmış bircə güllə də olsa yerimədinsə, nə 8 mart axı?

Ölkəmizdə bu gün çox maraqla qeyd olunur. Kişilər 8 martda analarına, xanımlarına, qadın həmkarlarına, dostlarına hədiyyələr alır, onları təbrik edirlər.

Bəs 8 mart qadınlıq günüdürmü? Bu gün qadın anlayışını əslində bəsitləşdirmirmi? Əslində, bu tərz günlər sevgini günlərə bölmürmü? Bu isə hər iki cinsdə aqresiyya yaratmırmı? Suallar, beynimizdəki suallar. Bu günü qadınlardan çox kişilər müzakirə obyektinə çevirirlər. Qadınları isə gün yox, hədiyyə maraqlandırır. Nə edək, hədiyyə almaq gözəl deyilmi?

Gözəl və mənalı günlər olması arzusu ilə təqvimə salınan bayramların pərdəarxası heç də hər zaman arzulanan təsirə malik olmur. Burada fərqli məqamlar da üzə çıxır. Bəzi insanlar bayram əhval-ruhiyyəsini yarışa çevirirlər. Onlar aldıqları hədiyyələri dostlarına, ətraflarına yayırlar, bu isə qarşı tərəfə psixoljik olaraq təsir edir. Bəzən bütün bunlar ailələrdə münaqişlərə səbəb olur.

Bu gün sənə alınan bahalı hədiyyəni paylaşıb, “əzizim çox sağ ol, mənə bu hədiyyəni adığın üçün” yazmadınsa, nə 8 mart axı?

8 mart kapitalist dünyanın taktikalarından, pul qazanma pryomlarından biridirmi? Bu gün gül satışları artır, hədiyyə bazarı rekord satış həyata keçirir. Təbəqələşmə getdiyindən cəmiyyətdə hər təbəqənin özünə məxsus hədiyyə seçdiyi məkanlar formalaşır. Sosial media insanların aldıqları, qəbul etdikləri hədiyyələrin geniş kütləyə çatdırılmasında böyük rol oynayır. Beləliklə, yarış psixiologiyası, üstünlük davranışları yayıldıqca yayılır.

1000 manatlıq gül ilə, 1 manatlıq gülün fərqi nədədir? Gülün və günün dəyəri mahiyyətində deyilmi? Sevmək, düşünmək, dəyərləndirmək, qiymətlimsən demək... Bütün bunların bünövrəsində bu durur...

Henri Miller deyir ki, “Qadınlar üçün edilə bilən üç şey var. Siz onu sevə, onun üçün əziyyət çəkə və ya ədəbiyyata çevirə bilərsiniz”.

Bütün xanımlarımıza ömürboyu davam edəcək, bir günə sığmayacaq qədər nəhəng sevgini özündə ehtiva edən günlər arzu edir, onlara ədəbiyyata çevrilməyi arzu edirik...

# 4592 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #