Mənim zənci yazıçılarım
6 aprel 2011
13:46
Yarımçıq baxdığımız o qədər film var ki.
Eləcə də yarımçıq oxuduğumuz kitablar yaddaşımızda yer alıb.
Uşaq vaxtı o qədər evimizdə “Azərbaycan” jurnalı vardı.
Oxuyurdum dalbadal əsərləri.
İndiki zövqümlə orda çox gözəl əsərlər oxuduğumu hiss edirəm.
Misal üçün sanatoriyada keçən bir roman oxumuşdum.
Seyran Səxavətlə tanış olandan sonra bildim ki, bu roman Seyran müəllimindir.
İndi bu yazını yazanda zəng vurub dəqiqləşdirdim.
Seyran müəllimin romanı imiş.
***
Məndən çıxmayan iş mətləbi yaman uzadıram.
Oysa oxucular bilir ki mən salamsız-kəlamsız mövzuya girirəm.
Bir filmə baxmışdım, yarımçıq baxdım amma.
Absurd bir film idi.
Xalqın qəzəbinə gələn bir adamı axtarırlar.
Linç etmək istəyirlər.
Amma məlum olur ki, o adam zəncidir.
Hamı dağılışır.
Heç kim zəncini linç etmək istəmir.
Ağ adam olsaydı linç edərdilər.
Film Amerikan filmiydi və Amerika tarixində zəncilərlə bağlı utanc duyulan səhnələr çoxdur.
Steynbekin əsərlərində də yer alır zənci linçi.
Zənci günahkardır, amma onu linç etmək istəyən yoxdur.
Buna da bir ad qoyaq: pozitiv diskriminasiya.
***
Mənim zəncim də Yazıçılar Birliyidir.
İllərdir bu qurumun əleyhinə onlarla yazı yazmışam.
Yox, mən Amerikadakı irqçi Ku Kuks Klan təşkilatı kimi linç etməmişəm.
Etmişəmsə də özümü haqsız saymıram tənqidlərimdə.
Sadəcə bir məqam var: Bir qurum haqda dalbadal yazırsınızsa, cəmiyyətin bir hissəsinin gözündə “Anarın tənqidçisi” kimi bir imiciniz varsa və o xalq yazıçısı sizin haqqınızda yazdığı təhqiramiz yazılarla bu imici möhkəmləndirirsə, efirə çıxıb sizin savadınızı sorğulayırsa, sizi Simon de Buvarın adını düz yazmamaqda ittiham edirsə maksimum ehtiyatlı olmalısan.
Qərəzli olmamalısan.
Yüzdə doxsan doqquz həqiqət olan şeyi yazmamalısan.
Yüzdə yüz haqlı olan arqumentlərlə yazmalısan.
Bu da sənin çiyninə yük qoyur.
Sən qərəzli olmadığını sübut etməlisən.
Çiynində bir kisə var, içi dolu yumurta.
Onu daşımalısan sonuna qədər.
Birini də qırmadan daşımalısan.
***
AYB-nin yubileyində AYB sədri 17 ölkədən gəlmiş xarici qonağın qarşısında adımı çəkib məni tənqid etdi.
Mən onda yazdım ki, 17 ölkədən gəlmiş xarici qonağın qarşısında məni eləcə də Xaliq Bahadır və Elnur Astanbəylinin tənqid etmək doğrudurmu?
AYB katiblərindən biri bu yazımdan sonra gözlənilmədən məni aradı və dedi ki, tam haqlısan, yer düzgün seçilməmişdi.
Artıq bu cür yazmağa, hədəfə doqquzluqdan vurmağa borcluyam.
Sübut etməliyəm ki, qərəzim yoxdur.
***
Bu uzun girişi özətləyək:
AYB haqda yazmalıyam, lakin mırt, sataşma xarakterli yazılar yazmaq limitim çoxdan tükənib.
Qarşıdan isə qurultay gəlir, o zamana qədər tənqid, nəsr, poeziya, tərcümə, uşaq ədəbiyyatı məruzələri dinlənilmədir.
Yəqin başqa məruzələr də olacaq, mən yadımda qalanları yazıram.
Bu məruzələr də nəyin nəsidir?
Yazıçı, şair də məruzə edərmi?
Keçən günlərdə Yasamal rayon polis idarəsinin qarşısında idim.
Vəkil gəlmişdi, İctimai Palatanın aksiyasında saxlanılanlarla görüşmək istəyirdi.
Serjant onu içəri buraxmırdı, bir mayor çıxdı, serjanta eynən belə də dedi: “Rəisə məruzə elə ki, vəkil gəlib”.
O an AYB-nin məruzələri düşdü yadıma.
Fikirdən, ideyadan məhrum, adam adları ilə dolu, heç kimin xətrinə dəyməmək üçün yazılan mətnlərdir bunlar.
İçində tənqid abzasları də olmalıdır əlbəttə.
Partiya məktəbinin ənənləri var axı.
O tənqidlər də Azad Yazarlar Ocağının üzvlərinə ünvanlanır.
***
Axı bu nə komediyadır?
Məruzə nəyə gərəkdir?
Hamının əlində qələm yoxdurmu?
Media nəyə lazımdır bəs?
Bir adama 7 illik nəsri təhlil etmək ixtiyarını kim verib?
Sovetizm qoxumurmu bu məruzələr?
İttifaq sözünü Birlik sözü ilə əvəzləməkdirmi müstəqilliyin tələblərinə uyğun ədəbi birlik yaratmaq?
Bu məruzələrin ictimai rəyə bircə qram təsiri varmı?
Bu bürokratiya bir gün bitəcəkmi?

1645 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024