Utanın, axı siz qadınsınız
17 sentyabr 2012
06:00
Feminist deyiləm. Amma Şərqin yaratdığı klassik qadın obrazını da sevmirəm. Qıcıq oluram hətta.
Mənim öz düsturum var; insanlıq-kişiliyin (mərdliyin) və qadınlığın (zərifliyin) cəminə bərabərdir. Burda toplananların yerini dəyişəndə cəmin heç tini də tərpənmir. Çünki cinsin insanlığa dəxli yoxdur.
Bu düsturda xüsusiyyətlər də nisbidir. Siz heç hər hansı kişidən daha mərd bir qadın, hər hansı qadından daha həssas bir kişi görmədinizmi?
Bir dəfə yazmışdım ki, şairə sözündəki “ə” səsini heç sevmirəm. Çünki Azərbaycan dilinin qrammatikasında cins kateqoriyası yoxdur. Çünki bizdə sözlərin sonuna bu saiti qəsdən artırırlar. Qarşısındakına qadın olduğunu xatırlatmaq məqsədiylə. Bu “ə” saitinin nəyə qadir olduğunu elə bircə katibə sozündən anlamaq mümkündür. Sonra gəlir şairə, müəllimə, məhkumə, hətta mərhumə.
Öz şeirimi xatırlayıram:
Bir axşamüstü
Bir şərq şəhərində
Sıxıldım qadın olmaqdan...
Bir şərq ölkəsində qadın doğulmaq oyuna sıfır-bir hesabıyla başlamaq deməkdir. Özün üçün necə azad mühit yaradırsan, yarat, kiçik bir detalda sənə Şərqdə yaşadığını xatırladacaqlar.
***
Bu günlərdə Facebookda “mən gözəl döyüşürəm” məzmunlu bir status paylaşmışdım. O saat kişi yazarların birindən cavab gəldi; “ Döyüşmək qadınlara yaraşarmı, bilməm”
Cənablar, arxadaşlar, nuri-didələr, sahibi-zamanlar, icazə verin hər kəs ona nəyin yaraşdığını özü seçsin!
Lənət şeytana, yenə əsəbiləşdim. Hətta zəhləm getmiş nida işarəsinə belə əl atdım. Üsyançı qanım qaynadı lap. Nə qədər ki, şuluq salmamışam, başıma gələn bir əhvalatı da danışıb, bu təhlükəli mövzunu bağlayım.
Deməli belə. Əhvalat iyirmi birinci əsrin ikinci onilliyində Bakı şəhərində vaqe olur. Baş rolda özüməm. Dekorasiyanı da siz düşünün. Remarka təxminən belədir; Günün günorta çağı. “İyirmi yanvar” metrosunun kənarı. Avtobus dayanacaqlarından biri.
“N” saylı avtobusun arxa qapısından düşüb, ön qapıya yaxınlaşıram. Xırdam olmadığından konduktora kağız pul uzadıram. Konduktor bir az eşələnib pulu geri qaytarır. Onun da xırdası yoxmuş. Bu saatda bu boyda avtobusda beş manatlığa xırda olmamağı ağlıma batmır. İsrar edirəm:
-Pulumu çıxın!
Konduktor beşliyi zorla ovcuma basır:
-Ay bacı, çıx get, pulun-zadın lazım deyil. Bizi ləngitmə, yolu bağlamışıq.
İlk dəfədir ki, hansısa konduktora mənim pulum lazım deyil. Qeyri-ixtiyari əlimi açıram. Verdiyim təptəzə beş manatlığın əvəzinə, mənə əzik-üzük, istifadəyə yararsız kağız parçası qaytarıblar. Vəziyyəti anlamağa vaxt yoxdu. Tələsik etiraz edirəm:
-Bu, mənim pulum deyil.
Konduktorun guya heyrətdən gözləri bərəlir. Və nədənsə “sən”dən “siz” ə keçir:
-Aaa, nə danışırsız, ay bacı? Utanın e, axı siz qadınsınız...
Məntiqlə bu yerdə heç olmasa pauza gəlməliydi. Amma bizim tamaşanın bu hissəsində konduktora qahmar çıxan bir sərnişinin replikası gəlir.( Bu artıq alayı dərdin mövzusudur).
Susuram. Avtobus çıxıb gedir. Yolun ortasında donub qalıram. Əlimdə cırıq beş manat, üstümdə başqa pul yox, evə çatmaq üçün hələ bir avtobusa da minmək lazımdır.
Bir tərəfdən də elə bilirəm ki, hamı mənə baxır. Oğurluq etmiş kimi utanıram. Ən çox da öz-özümdən. Başqa nə edə bilərəm ki. Konduktor qardaş demiş, axı mən qadınam.
P.S. Narahat olmayın, evə gəlib çıxmışam. Maaş kartı sayəsində. Şərqdə yaşamaq həm də ehtiyat tələb edir, unutmayın.

1308 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024