Lütfən Aya heç kim getməsin...

Lütfən Aya heç kim getməsin...
21 avqust 2012
# 14:07
Ayda idim. Təpənin dönəndə iki balaca qızcığazı torpağın üzərinə əyilmiş gördüm. Çevrilib məni görən kimi gülüb qaçdılar. Əyilib baxdım, çiçək əkmişdilər. Çobanyastığı. Bütün ləçəkləri çəkilmişdi, biri qalmışdı. Onu da mən çəkdim. Yağış yağdı. Qızcığazları aralıda ikisi bir çətirin altında dayanmış gördüm. Gülürdülər. Yaxımnlaşıb mən də çətirin altına sığındım... Çətirdən süzülən yağışın arxasında həyətimizi gördüm (Nənəm təndirdə çörək bişirirdi. Anam zümzümə edərək aynəbəndin pəncərələrini silirdi. Bacım pilləkənin ayağında oturub məhəllənin ən yekə gəlinciyini yatırdırdı. Üst mərtəbədəki qonaq otağından piano səsi gəlirdi. Böyük qardaşım yenə sevimli mahnısını çalırdı... Əkiz qardaşım heyva ağacının altindaki çarpayıda uzanıb kitab oxuyurdu...

Nədənsə mən onların hamısından böyük idim). Tut ağacının altındakı masaya yaxınlaşdım. Hər şey yerində idi. Sulu boyalar, karandaşlar, pozan, “Aleksndrovski” adlanan ağ böyük rəsm kağızları...

Həyətimizin rəsmini çəkdim. Rəsmdəki təndirdən həyətə od düşdü. Həyət şəhəri yandırdı... Göz qaraldan xarabalığın içində gördüm özümü. Qaçırdım səmtinini dəyişmiş boş küçələrlə. Hər şey ağ-qara təsvirdə idi... Bircə Aydan başqa...

Aya paxıllığın tutdu. Orda hələ ki xəyallarda, o da çiçək əkmək üçün qazılır torpaq... Bir vaxt yerdə də belə olub-düşündüm-insan torpağı səngər üçün yox, əkin üçün qazıb. Ayın üzündəki daimi kədərin səbəbini anladım. İnsan. İnsanın yerdə törətdiyi bütün naqisliklər Ayın ətəyində baş verir...

Ayın insansızlığını sevdim. Müharibəsizliyin ən etibarlı qarantı insansızlıqdır...

(Yazarın Facebook hesabından götürülüb)
# 1681 dəfə oxunub

Oxşar xəbərlər

Bir qadın iki min beş yüz kişini  necə xoşbəxt edir?

Bir qadın iki min beş yüz kişini necə xoşbəxt edir?

12:00 22 avqust 2025
Türkləri və yəhudləri qıranlar kimlərdir?

Türkləri və yəhudləri qıranlar kimlərdir?

15:00 2 avqust 2025
Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər