Yəhudilər, aclıq, ədalətsizlik - Düşmənin uşağına atalıq edən qocanın axırı

Yəhudilər, aclıq, ədalətsizlik - Düşmənin uşağına atalıq edən qocanın axırı
1 iyul 2024
# 21:00

Bu gün görkəmli fransız rejissoru Klod Berrinin doğum günüdür.

Kulis.az onun ən yaxşı beş filmini təqdim edir.

1. Jan de Florett - 1986

Jean de Florette

Filmdə baş rolları Jerar Depardye, İv Montan və Daniel Otil canlandırır.

Jan Kadore şəhərdə yaşayan zəhmətkeşdir və bir gün ailəsi ilə birlikdə miras qaldığı kəndə köçməyə qərar verir. Onun məqsədi orada torpağını becərmək və yeni həyat qurmaqdır. Ancaq Janın torpağında gizli bulaq var və bu bulaq yaxınlıqdakı böyük torpaq sahibi Papet və onun qardaşı oğlu Uqolinə lazımdır.

Papet və Uqolin bulağa sahib olmaq üçün Janın həyatını çətinləşdirmək qərarına gəlirlər. Onlar bulağın gözünü gizlədərək Janın su təchizatını kəsir və onun fermer olaraq uğur qazanmasına mane olurlar. Jan torpağını yaşatmağa və məhsul yetişdirməyə çalışarkən çox böyük çətinliklərlə üzləşir.

2. Manon mənbələri - 1986

Manon des Sources (PG) – The Byre Theatre

Marsel Panyolun romanı əsasında ekranlaşdırılan film "Jan de Florett"in davamı olaraq çəkilib.

Hadisələr ilk filmdən bir neçə il sonra baş verir. Jan Cadorenin qızı Manon atasının ölümündən sonra təkcə təbiət qoynunda yaşayır. Manon atasının torpağını almasına mane olan Papet və onun qardaşı oğlu Uqolinin planlarını öyrəndikdə intiqam almaq qərarına gəlir.

O, kəndin su mənbəyini taparaq onu bağlayır və kənd sakinlərini susuzluqla üz-üzə qoyur. Bu hadisə kənddə böyük çaxnaşma yaradır və Papet ilə Uqolinin üzləşməsinə səbəb olur. Kənd sakinləri Manonun bu hərəkətini və onun səbəbini öyrəndikdə Jan Cadorenin başına gələnləri daha yaxşı başa düşürlər.

3. Germinal - 1993

Germinal (1993) | MUBI

Emil Zolyanın eyniadlı romanı əsasında ekranlaşdırılan filmdə XIX əsr Fransasında kömür mədənində işləyən işçilərin həyatı təsvir olunur. Filmdə sənaye inqilabı dövründə işçi sinifinin mübarizəsi və ağır iş şəraitlərindən bəhs edilir.

Filmin baş qəhrəmanı Etyen Lantye iş axtarmaq üçün Fransanın şimalındakı Montsu kəndinə gəlir. Nəhayət, kömür mədənində iş tapır və işçilərin çox ağır şəraitdə çalışdıqlarını, az maaş aldıqlarını və iş şərtlərinin çox pis olduğunu görür. Etyen işçilərin hüquqları uğrunda mübarizə aparmağa, onları birləşdirməyə qərar verir.

Mədən sahibləri ilə işçilər arasında gərginlik artır və nəhayət, böyük tətil başlayır. Bu tətil zamanı işçilər çox çətinliklərlə üzləşirlər, aclıq və şiddət artır. İşçilər arasında birlik və həmrəylik ruhu güclənir, lakin bu mübarizənin uğurla nəticələnməsi üçün çox böyük qurban verilir.

4. Qoca və uşaq - 1967

Vieil homme et l'enfant (Le) - Transmettre le cinéma

Yəhudi uşağı Klod valideynləri tərəfindən nasistlərdən qorunmaq üçün kənddə yaşayan yaşlı cütlüyə göndərilir. Antisemitik düşüncələrə sahib olan və yəhudiləri sevməyən Pepe uşağın yəhudi olduğunu bilmədən ona sığınacaq verir.

Klod və Pepe arasında zamanla təsirli bir dostluq yaranır. Klod Pepenin düşüncələrini və münasibətlərini dəyişdirir.

5. Uranus - 1990

Uranus (1990)

Marsel Aymenin eyniadlı romanı əsasında ekranlaşdırılan film müharibədən sonra yaranan sosial-siyasi qarışıqlıqları, insanlar arasındakı münasibətləri və bu müddətdə yaşanan ziddiyyətləri əks etdirir.

Film İkinci Dünya müharibəsindən sonrakı dövrü əhatə edir. Fransanın kiçik kəndində müxtəlif siyasi-sosial baxışlara sahib insanlar bir yerə toplaşır. Bu kəndin sakinləri arasında kommunistlər, millətçilər, müharibə dövründə əməkdaşlıq edənlər və müxaliflər var. Zamanla bu qruplar arasında qarşıdurmalar, ziddiyyətlər yaranır.

Jerar Depardye kəndin sadiq, dürüst sakini Leopold rolunu ifa edir. O, kəndin müxtəlif qrupları arasında sülh yaratmağa, birgəyaşayışı təmin etməyə çalışır.

# 1427 dəfə oxunub

Müəllifin son yazıları

# # #