Sənət adamları: "Nazir də onunla bacarmır, o əməkdaş bizə qan uddurur" - İttiham

Sənət adamları:  "Nazir də onunla bacarmır, o əməkdaş bizə qan uddurur" - İttiham
18 sentyabr 2024
# 15:30

"Mən və sənət dostlarım artıq uzun illərdir ki, Mədəniyyət Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyevanın haqsızlıqlarına dözürük..."

Kulis.az xəbər verir ki, bu sözləri müğənni Almaxanım Əhmədli deyib.

Onun sözlərinə görə, Mənzər Nurəliyeva cəzalandırılıb, vəzifəsindən azad edilməlidir:

"Mən və sənət dostlarım artıq uzun illərdir ki, Mədəniyyət Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyevanın haqsızlıqlarına dözürük. Xarici səfərlər və dövlət tədbirləri üçün bizdən təmanna güdür. Hansı ki, uzun illərdir bütün səfərlərə, xarici və daxili konsertlərə öz yaxını olan iki-üç xanəndə və instrumentalistləri göndərir. Biz də haqqımızı tələb edirik. Bu özbaşınalığa bir son verilməlidir. Biz hansısa dövlət tədbirində və xarici səfərlərdə oxumaq üçün, "qabağa getmək" üçün onun şərtləri ilə razı olmalı deyilik. İstedadımıza güvənirik. Mən Heydər Əliyev Sarayı daxil olmaqla Azərbaycan və ölkə hüdudlarından kənarda öz gücümə dəfələrlə solo konsertlər vermişəm. 22 yaşında bu cür uğurlar əldə etmək heç də asan deyil. Mənzər Nurəliyeva isə biz gənclərə dəstək olmaq əvəzinə yolumuzu kəsir. Yaxınlarda Özbəkistan Mədəniyyət Günləri keçirildi. Mən və bir neçə sənət dostum da daxil olmaqla Mənzərə rüşvət vermədiyimiz üçün bizim adımızı siyahıdan sildirdi. Daha sonra mən cənab nazir Adil Kərimliyə müraciət etdim. Məsələ həll olundu. Amma o, işdən azad edilmədi. Dəfələrlə cənab nazirə şikayət etməyimizə baxmayaraq, Mənzər Nurəliyeva haqqında tədbir görülmür. Sanki ona gücü çatmır. Biz öz haqqımızı tələb edirik. Mənzər Nurəliyeva cəzalandırılıb, vəzifəsindən azad edilməlidir".

Şəhriyar Musayev: “Yaradıcı insan gördüyü işləri ilə ön planda olmalıdır” +  VİDEO

Kamança ifaçısı Şəhriyar Musayev də Mənzər Nurəliyevadan şikayətçidir:

"2014-cü ildən etibarən, TÜRKSOY tərəfindən Mədəniyyət Nazirliyinə mənim adıma göndərilən bütün dəvətlərə eyni cavablar verildi. Dedilər ki, dövlət büdcəsində vəsait yoxdur, biz öz musiqiçilərimizi göndərə bilərik. Bu, Mənzər Nurəliyevanın rəhbərliyi altında baş tutub. Bizim də o dövlət tədbirlərində iştirak etmək haqqımız var. Ancaq Mədəniyyət Nazirliyində özünə aid olmayan kresloda əyləşən o xanım illərdir bizə qan uddurur və adımıza gələn dəvətləri rədd etdirir. Bir il bundan əvvəl tarzən Ruslan Zərbəliyevin və kamança ifaçısı Pərviz Fərhadovun adına məktub gəlmişdi nazirliyə, onlar da Muğam Mərkəzinin solistlərini göndərmişdi. Halbuki dəvət göndərənlər bilet pulunu da almışdı, ancaq Mənzər Nurəliyeva mane olmuşdu. Belə monopoliya mədəniyyətimizə yaraşmır".

Vüqar Əhməd-60: Nəğmə dolu ürəyin çoxşaxəli palitrası - Gülbəniz Babayeva |  Edebiyyatqazeti.az

Şair Vüqar Əhmədin sözlərinə görə, Mənzər Nurəliyeva Zərifə Əliyevanın yubileyində altı nəfərdən pul yığıbmış:

“Mədəniyyət naziri Adil Kərimli məni mədəniyyətimizin problemləri ilə bağlı qəbul eləyəndə Mənzər Nurəliyeva haqqında məlumat verdim. Ancaq heç bir irəliləyiş olmadı. Sonra bir satirik şeir yazdım. Nazir müavini məni qəbul elədi, xahiş elədi ki, şeiri paylaşmayım. Heç paylaşmamışdım. Bir dostuma göndərmişdim, sonra yayılmışdı. Onlar dedi ki, biz bununla bacara bilmirik.

Bilirəm ki, ona arxa duranlar var. Nazir belə bacara bilmir onunla. Ancaq onun əməllərinə son qoyulmalıdır. Dövlət tədbirlərində nələr eləyir, bilirik. Saxta profillərlə bizi məhkəmə ilə hədələyir. Məhkəməyə də hazırıq.

Bir tarzən var idi, ona Prezident mükafatı verdirdi. Həmişə deyirdi ki, gedirik xaricə, qayıdanda evinə gedib hədiyyəsini verirəm, mənə “qara kişmişim” deyir.

Xanəndə Pərviz Qasımov hər şeyin başında rüşvətin dayandığını vurğulayıb:

"Mən 2017-ci ildə Muğam Televiziya Müsabiqəsinin, 2018-ci ildə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olmuşam. 2019-cu ildə Özbəkistanda keçirilən "Şərq təranələri" festivalının 75 ölkə üzrə birincisiyəm. 2017-ci ildən Mədəniyyət Nazirliyində qadağadayam. Daxili və xarici səfərlərlə bağlı heç bir tədbirdə iştirak etməmişəm. Bunların da ən böyük səbəbkarı Mənzər Nurullayevadır. Bilmirəm, musiqiçilərimizə qarşı niyə belə hərəkət edir. Ancaq bilirəm ki, hər şeyin başında rüşvətxorluq dayanır.

Bu yaxınlarda Özbəkistanda Mədəniyyət günləri keçirildi və mən festivalın sonuncu qalibi olaraq orada iştirak edə bilmədim. Çox səbirli, humansit olduğuma görə heç nə danışmırdım, ancaq baxıram ki, sənət dostlarıma qarşı da eyni münasibət sərgilənir. Məsələ çox çirkinləşdi. Ona görə də susmaq istəmirəm".

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin rəhbəri Aynur Kərimova isə bu ittihamların həqiqətə uyğun olmadığını deyib:

"Bu ittihamlar həqiqətə uyğun deyil! Qeyd edim ki, bu tipli tədbirlərin təşkili xüsusi proqram əsasında hazırlanır. Mədəniyyət Nazirliyi tərəfindən dövlət tədbirləri üçün bədii proqramların təşkili müvafiq mütəxəssislərin də iştirakı ilə kollegial qaydada həyata keçirilir.

Dövlət tədbirləri zamanı konsertlər üçün repertuarın təsdiq olunması, həmçinin iştirak edəcək incəsənət ustalarının seçimi xüsusi diqqətlə aparılır.
Bu məsələyə həssas yanaşmanın nəticəsidir ki, ölkəmizdə və xaricdə təqdim olunan sərgilər, konsert və tamaşalar böyük maraqla qarşılanır. Təsadüfi deyil ki, həm Azərbaycan, həm də xarici ölkələrin media qurumlarında, eyni zamanda sosial şəbəkələrdə mədəniyyətimizin yüksək səviyyədə təqdimatı razılıq doğurur, təqdir edilir.

Bir daha qeyd edirik ki, bu prosesdə heç bir qanunsuz müdaxilədən söhbət gedə bilməz".

# 9152 dəfə oxunub

Müəllifin son yazıları

# # #