Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri Məleykə Abbaszadənin “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən dediyi sözlər müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Kulis.az-a açıqlama verən Xalq yazıçısı Kamal Abdulla Məleykə Abbaszadənin bu sözləri yarızarafat dediyini bildirib:
"Məncə, Məleykə xanım bu sözləri yarızarafat deyib. Əslində, onun sözlərinin mənası bu idi ki, yazıçılar imtahan prosesinin qaydalarını, tərtib üsullarını diqqətdən keçirib öz məsləhətlərini versinlər".
- Məşədibaba özünü yandırmayıb, o, öz-özünə alışıb
- Ən yaxşı 10 Yeni il kitabı - Siyahı
- Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Prezidentə təşəkkür etdi
O, Xalq yazıçısı Anarın məsələyə münasibətini başa düşmədiyini də qeyd edib:
"Anar müəllim niyə məsələni bu şəkildə “ciddiləşdirib”, başa düşmürəm".