"Ona baxanda qardaşımı görürəm" - Fələstinli və israilli rejissorlar "Oskar"da

"Ona baxanda qardaşımı görürəm" -  Fələstinli və israilli rejissorlar "Oskar"da
3 mart 2025
# 13:30

Builki "Oskar" gecəsində "Ən yaxşı sənədli film" mükafatını qazanan "No Other Land" sənədli filminin rejissorları – fələstinli aktivist Basel Adra və israilli jurnalist Yuval Abraham çıxışları ilə hər kəsi təəccübləndiriblər.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində Basel Adra filmin fələstinli qardaşlarının uzun illərdir məruz qaldığı acı reallığı əks etdirdiyini deyib:

"Dünyanı ədalətsizliyi dayandırmağa və fələstinlilərin etnik təmizlənməsinə son qoymağa çağırırıq".

İsrailli jurnalist Yuval Abraham isə qardaşı hesab elədiyi Baselə görə narahatlığını dilə gətirib:

"Baselə baxanda qardaşımı görürəm, amma biz bərabər deyilik. Mən azad yaşadığım halda, Basel qeyri-insani qanunlar altında yaşayır".

# 161 dəfə oxunub

Müəllifin son yazıları

# # #