Erməniləri hər dəfə öz rekordunu təzələyən idmançılara bənzədirəm. Məsələn, Hüseyn Bolt qaçış rekordunu təzələyir, Ronaldo qol rekordunu, ermənilər isə ləyaqətsizlik və alçaqlıq rekordunu.
Kəlbəcəri tərk edərkən, daha doğrusu, oradan rədd olarkən etdikləri də bu məsələyə növbəti bir nümunə oldu.
Evləri yandırmaq, ağacları qırmaq və unitazı söküb aparmaq...
Əslində unitazı ermənilərin milli simvolu da saymaq olar. Çünki onların tarix boyu etdiklərini, gördükləri işi unitaz qədər dəqiq ifadə edə biləcək ikinci əşya yoxdur. Hətta bundan sonra getdikləri yerdə “Unitaz” abidəsi də ucaltsalar, heç təəccüblənmərəm.
Ermənilərin Kəlbəcərdən rədd olarkən evlərini yandırma videolarını anamla birgə izləyirdim. Mənə bir hadisəni danışdı.
O vaxt anamgil qaçqın düşəndə, götürə bildikləri lazımlı əşyaları maşınlara yükləyib çıxırlarmış. Nənəm evin pərdələrini də çıxarmaq istəyib. Bahalı, gözəl pərdələr imiş.
Nənəm pərdələri çıxarmaq istəyəndə, dayım icazə verməyib. Deyib ki, pərdələri çıxarma, ev pis görünəcək.
Təsəvvür edirsiniz? Müharibəyə görə evinizi tərk edirsiz, qayıdıb qayıtmayacağınızı bilmirsiz, amma yenə də evinizin pis görünməyini istəmirsiz. Çünki o ev bizim evimizdi, bizə doğma idi, ona nəsə pis bir şey etməyə ürəyimiz gəlməzdi.
Hə... Biz evlərimizi həyətdəki toyuqlara dən səpib, qapıları bağlayıb açarları da özümüzlə götürüb gəlmişdik, çünki bir gün yenə qayıdacağımıza inanırdıq.
Ermənilər isə özləri ilə unitazları söküb apararaq indən belə onlara nəyin lazım olacağını göstərdilər.