Valeh Kərimov uzun fasilədən sonra səhnədə

Valeh Kərimov uzun fasilədən sonra səhnədə
6 mart 2026
# 17:40

Sumqayıt Dövlət Dram Teatrı 10 Mart – Milli Teatr Gününü premyera ilə qeyd edəcək. Həmin gün tanınmış tatar dramaturqu Taufiq Minullinin “Ərmağanlı Əlməndər” əsəri əsasında hazırlanan “Sonuncu qonaq” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, yeni səhnə əsərinin quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovdur.

Bu tamaşa eyni zamanda uzun müddət teatrdan uzaq düşən görkəmli teatr və kino aktyorunun yenidən səhnəyə qayıdışı ilə əlamətdardır. Sənətkar səhnə əsərində baş qəhrəmanı – Əlməndəri obrazını canlandıracaq.

Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Gülcahan Yusifova, rejissor köməkçisi Ləman Məmmədli, rəqslərin quruluşçusu Kamil Ağazadədir. Səhnə əsərində Əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova rol alıblar.

“Sonuncu qonaq” fəlsəfi çalarları, incə yumoru və dramatik qarşıdurmaları ilə seçilən səhnə əsəridir. Əsərin mərkəzində əzrail tərəfindən unudularaq yer üzündə qalan 91 yaşlı, həyata möhkəm bağlanan qoca Əlməndər dayanır. Həyat eşqi sönməyən, yenidən sevgi və macəra axtarışında olan Əlməndər gözlənilməz qonağı – əzraillə üz-üzə qalır...

Tamaşa boyunca həyat və ölüm, insanın iradəsi, sevgi, zaman və taleyin qaçılmazlığı dərin fəlsəfi prizmadan təqdim olunur. Sonda isə Əlməndər taleyi ilə barışaraq son qərarını verir.

Xalq artisti Valeh Kərimov uzun fasilədən sonra səhnədə

# 1640 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər